• 400 saat tədris
  • Campus/Online

Full stack əsaslı front-end​

Front-end proqramlaşdırmanın incəliklərini öyrənməyə indi başla, tələb olunan professional proqramçılardan biri də sən ol. Ali riyaziyyat və ya mühəndislik sahəsindəön biliklərə ehtiyac yoxdur. Tədris proqramının 85%-i praktiki iş üzərində qurulub və gələcəkdə proqramçı olmaq üçün istəkli olmağın kifayətdir. 

Code Academy’nin üstünlükləri
Praktiki tədris

Dərs saatlarından əlavə təşkil edilən Lab günlərində instruktor və mentorlarla birlikdə keçirilən mövzular üzrə praktika edəcəksən. Nəticədə hər şey sənə daha asan gələcək.

Buraxılış işi

Buraxılış işi Code Academy-dəki təhsilin yekun layihəsidir və gələcək həyatında çox önəmli rol oynayacaq.

Akademik transkript

Tapşırıq və layihələr instruktor tərəfindən yoxlanılır, qiymətləndirmə əsasında sənin bilik və bacarıqların müəyyənləşir.

Mentor sistemi

Akademiyada öyrəndiyin bilik və bacarıqları mentor sistemi ilə daha da inkişaf etdirəcəksən.

Beynəlxalq sertifikat

Tədris proqramlarını uğurla başa vuran tələbələrimiz Code Academy diplomu qazanmaqla yanaşı, beynəlxalq sertifikasiya imtahanlarına daxil olma haqqı əldə edirlər.

Təhsil lisenziyası

Elm və Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunmuş ilk və tək əlavə təhsil müəssisəsiyik.

Tədris proqramı

400 saat

Tədris zamanı dizayn alətlərinin ən son versiyasını öyrənəcək, bütün iş prosesini mənimsəyəcək və instruktorların geniş təcrübələrindən faydalanacaqsan.

Bu dillərdə danışacaqsan!

1. Veb proqramlaşdırma əsasları

Sual kopyalandı
plus

Bu modul HTML işarələmə dili, CSS təsvir və Javascript proqramlaşdırma dilinin əsaslarını əhatə edir. Modulda HTML etiketlərinin yaradılması, CSS özəllikləri və onların dəyərləri, Sass texnologiyası, Javascript Ecmascript 6 versiyası, DOM (Document Object Model), BOM (Browser Object Model), debugging və jquery kitabxanasından istifadə yolları öyrədilir.

2. HTML, CSS (Fundamentals & Advanced)

Sual kopyalandı
plus

Bu modul front-end tərəfinin təməl proqramlaşdırma dilləri sayılan HTML, CSS dillərinin detallı şəkildə öyrənilməsini əhatə edir.

3. JavaScript (Fundamentals & Advanced)

Sual kopyalandı
plus

Bu modulda JavaScript dilinin təməldən başlayaraq mükəmməl şəkildə öyrənilməsi əhatə olunur.

4. React (Fundamentals & Advanced)

Sual kopyalandı
plus

Bu modul müasir front-end dillərindən sayılan REACT dilinin əsasları və professional şəkildə öyrənilməsini və tətbiqini əhatə edir.

5. Next.js & TypeScript (Fundamentals & Advanced)

Sual kopyalandı
plus

Bu modul front-end tərəfinin Api-lərlə inteqrasiyasını ve bu inteqrasiya üçün nəzərdə tutulmuş texnologiyaların öyrənilməsini əhatə edir.

6. Backend Technologies and Data Base (MongoDB)

Sual kopyalandı
plus

Bu modul front-end tərəfi ilə back-end tərəfinin birləşdirmə texnologiyalarının öyrənilməsi, həmçinin, verilənlər bazası ilə inteqrasiyasını əhatə edir.

7. Secuirty (JWT)

Sual kopyalandı
plus

Bu modul veb layihəsinin təhülkəsizlik tədbirlərini gücləndirmək məqsədilə istifadə olunan texnologiyalarının izahını əhatə edir.

8. Design Patterns & MERN

Sual kopyalandı
plus

Bu modul dizayn pattern-lərinin öyrənilməsi və MERN yanaşmasının icrasını əhatə edir.

9. e-Commers Project & SEO services

Sual kopyalandı
plus

Bu modulda e-ticarət tipli bir layihənin inteqrasiyası və hazır layihədəki SEO xidmətlərinin əsaslarının öyrənilməsini əhatə edir.

Növbəti qruplarımız
2 yeni qrup

Aşağıdakı bölmədən tezliklə başlayacaq qruplarımızla tanış ol və tədris başlamadan yerini tut.

24 iyun 2024
Dərs günləri

Həftəiçi

Dərs saatları

19:00-21:45

  • campus
  • online campus
27 iyul 2024
Dərs günləri

Həftəsonu

Dərs saatları

15:20 - 20:10

  • campus
  • online campus
Gələcəyi kodlaşdıranlar #məzunlarburada
Nurlan Hüseynov

Development Team Lead / Kapital Bank

"Təhsilim müddətində səhhətimlə bağlı problemlər yaşadığım üçün son imtahandan kəsildim. Ancaq Code Academy-nin mənə təklif etdiyi Zəmanətli təhsil sayəsində yenidən tədrisə başladım və yüksək şərəf diplomu ilə bitirdim."

Yasin Uğur

Software engineer / AREALai

"Code Academy-ə gəlməkdə əsas məqsədim karyerama tez zamanda başlamaq idi. Elə də oldu. Həm beynəlxalq Microsoft sertfikatının sahibi oldum, həm də məzun olduqdan qısa zaman sonra artıq işləməyə başladım."

İrada Feyzullayeva

Software Developer / Freelancer

"Qarşına təkcə hədəf qoymaq və xəyal etmək kifayət etmir, nəaliyyətə çatmaq üçün hərəkətə keçməlisən. Beləcə Proqramlaşdırma biliyimi artırmaq üçün akademiyaya gəldim."

Rəsul Ağarzayev

Frontend mühəndisi / Gamesys, Estoniya

"Akademiyadan ilk gözləntim yüksək səviyyəli təhsil, karyeramı bu sahə üzrə davam etdirmək və əhatəmi genişləmdirmək idi. Bunların hamısına nail ola bildim."

Sualın var?
Gəl görüşək!

Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.

Zəhmət olmasa, adınızı qeyd edin

Zəhmət olmasa, soyadınızı qeyd edin

Telefon nömrəsin düzgün daxil edin

Zəhmət olmasa, doğru email ünvanınızı qeyd edin

img

Müraciətiniz qeydə alındı

Qısa zaman ərzində sizə geri dönüş edəcəyik!

Gələcəyi proqramlaşdıranlar #MeetCodeEducator
#sertifikatburada (Code Academy)

Full stack əsaslı front-end tədris proqramını bitirdiyini təsdiq edəcək diplom və gələcək karyeranı qurmaqda sənə dəstək olacaq beynəlxalq sertifikat imtahanlarına giriş imkanı yaradırıq.

Bizdən tez-tez soruşurlar

  • Ümumi
  • Tədris proqramları
  • Qəbul
  • Qiymət və ödəniş

Code Academy nə ilə məşğuldur?

Sual kopyalandı minus

2015-ci ildə fəaliyyətə başlayan Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.

Harada yerləşir?

Sual kopyalandı minus

Code Academy şəhərin mərkəzində, gediş-gəliş üçün ictimai nəqliyyat imkanlarının əlverişli olduğu bir məkanda, Nizami küçəsi 203B, AF Business House-un 2-ci mərtəbəsində yerləşir.

Hansı tədris proqramları mövcuddur?

Sual kopyalandı minus

Code Academy 8 tədris proqramı mövcuddur. Full stack back-end, Full stack front-end, Qrafik Dizayn və Vizual Kommunikasiyalar, UX/UI Dizayn, Digital Memarlıq və 3D, 2D Motion Dizayn, Digital Marketing, “Offensive” Cyber Security, “Defensive” Cyber Security.

Online tədrislər olur?

Sual kopyalandı minus

Bəli, Code Academy daxilində Digital Marketing, Full stack back-end, Full stack front-end və Digital Memarlıq və 3D tədris proqramları üzrə online tədris keçirilir. Tələbələr başlayacaq qruplara online formada sinifdaxili tələbələr ilə birlikdə dərsdə canlı şəkildə iştirak edirlər. Online qoşulan tələbələr tədris proqramının tərkib hissəsi olan ev tapşırıqları, quiz və test, kiçik və buraxılış layihələrini təhvil verib Code Academy-dən məzun ola bilərlər.

Dərs zamanı öz kompüterim olmalıdır?

Sual kopyalandı minus

Tədris zamanı mövzuların praktiki tətbiqinin dərhal həyata keçirilməsi üçün hər bir tələbə sinifdaxili kompüterlərlə təmin olunur.

Rus dilində dərslər var?

Sual kopyalandı minus

Akademiyada dərslər Azərbaycan dilində keçirilir

Qəbul üçün hansı sənədlər lazımdır?

Sual kopyalandı minus

Tədris proqramlarına qeydiyyat üçün yalnız şəxsiyyət vəsiqəsi tələb olunur.

Qeydiyyat neçə yaşdan aparılır?

Sual kopyalandı minus

Akademiyamızda qeydiyyat 15 yaşdan etibarən aparılır və tədris proqramlarından asılı olaraq dəyişir.

Qeydiyyat üçün nə zaman yaxınlaşa bilərəm?

Sual kopyalandı minus

Proqram məsləhətçiləri ilə danışdıqdan sonra, sizin üçün uyğun olan qrupa qeydiyyat aparılır. Dərslərin başlama tarixi isə akademiya tərəfindən müəyyən edilir.

Ali təhsilə ehtiyac var?

Sual kopyalandı minus

Code Academy-də təhsil almaq üçün ali təhsil vacib deyil. Tədris proqramına qatılan tələbələrin gələcəkdə mütəxəssis olmaq üçün istəkli olmaları kifayətdir.

İngilis dili vacibdir?

Sual kopyalandı minus

Full stack back-end, Full stack front-end, Digital Marketinq və Kiber Təhlükəsizlik tədris proqramları üçün ingilis dili biliyi vacibdir. Akademiya daxilində yalnız qeydiyyatdan keçən tələbələrimiz üçün yaradılan ingilis dili tədrisi ilə baza bilik çatışmazlığı təhsilin ilk aylarında aradan qaldırılır.

Tədris ödənişlidir?

Sual kopyalandı minus

Code Academy ödənişli xidmət göstərən bir tədris mərkəzidir. Tədris proqramının qiyməti tələbənin seçəcəyi ödəmə üsuluna, ödəmə şəklinə, seans seçiminə əsasən müəyyənləşdiyi üçün bu məlumatı proqram məsləhətçilərimiz görüş zamanı təqdim edir. Proqram məsləhətçilərimiz həftənin 6 günü xidmət göstərir

Niyə qiymət görüş zamanı deyilir?

Sual kopyalandı minus

Qiymət cədvəli ilə tanış olmaq üçün akademiyaya yaxınlaşaraq proqram məsləhətçiləri ilə görüşmək mümkündür. Görüş zamanı akademiyada dərslərin keçirilmə şəraiti, instruktorlar, təhsil modeli, kurrikulum, akademiyanın maddi texniki bazası və ümumi atmosferi ilə tanış ola biləcəksən. Yalnız bundan sonra namizəd bizimlə davam etmək istəyərsə qiyməti elan edirik və ona uyğun müvafiq ödəniş planını seçərək qeydiyyatdan keçir.

Zəmanət verilir?

Sual kopyalandı minus

Code Academy-nin Zəmanətli Təhsil Modeli ilə hər bir tələbəyə təhsilini təkrarlama imkanı verilir. 90% dərslərdə iştirak etməsinə baxmayaraq, tədrisi yetərincə mənimsəmədiyini düşünən məzunların təkrar təhsil alma hüququ var. İlk dəfə Code Academy-də tətbiq olunan bu sistem özünə tam inanan və sektorun tələblərinə hazır peşəkarlar yetişdirir.

Hansı ödəniş formaları mövcuddur?

Sual kopyalandı minus

Ödənişi hissəli və ya birbaşa şəkildə etmək mümkündür. Hissəli ödəniş 6-10 aylıq ödəmə şəklindədir. Qiymət seçdiyiniz ödəniş formasına görə müəyyənləşir. Həmçinin, BirBank kartın varsa tədris proqramlarını aylara bölərək də ödənişi həyata keçirə bilərsən.

Gələk əsas məsələyə…

Tədris proqramını tamamladıqdan sonra iş həyatına başlamağa tam hazır olursan. Sahə üzrə əməkhaqqı səviyyəsi belədir:

Junior Developer

Təcrübə: 2 ilə qədər

24.600 AZN +

Middle Developer

Təcrübə: 3 ilə qədər

40.800 AZN +

Senior Developer

Təcrübə: 3 ildən çox

75.420 AZN +

Qərar verə bilmirsən? Master-klassda iştirak et

Onlayn və ya əvvəlcədən görüş təyin edərək kampusda demo dərsə qatıla bilərsən. Əminik ki, gələcəyin üçün ən yaxşı qərarı verəcəksən.