Təqaüd köməyinə gələcək!

Yeni bir gələcək inşa edərkən Code Academy təqaüd proqramları ilə sənə dəstək olmağa hər zaman hazırdır.

Söz rəqəmlərdədir!

9000+

Təqaüd proqramlarına olan müraciətlərin sayı

1,600

Tələbə sayı

68%

Code Academy diplomu alan məzunlarımızın faizi

400+

Beynəlxalq sertifikat əldə edən məzunlarımızın sayı

Şərtlər

about-img

İştirak şərtləri

Hər sahə üzrə tədrisə 18-30 yaş arasında və müvafiq sahə üzrə 1 il iş təcrübəsi olan və ya sahə üzrə bilik və bacarığını təsdiq edən sertifikatı olan şəxslər müraciət edə bilər. IT əmək bazarında başlanğıc mərhələdə olan şəxslər bu tədrisi bitirdikdən sonra karyeralarını daha yüksək pilləyə qaldıra biləcəklər.

about-img

İş zəmanəti

Tədrisi bitirən iştirakçılara həm tədris zamanı, həm də tədris sonrasında karyeraya dəstək fəaliyyətləri və Code Academy-nin Karyera Planlama Mərkəzinin işə istiqamətləndirmə xidmətləri təşkil olunacaq. Bu fəaliyyətlər ilə məzunların iş tapmaqlarına dəstək göstəriləcək.

about-img

Peşəkar instruktorlar

Dərslər hər bir sahə üzrə geniş təcrübəyə sahib yerli və türk mütəxəssislər tərəfindən tədris olunacaq. Ekspertlərimiz uzun illər ərzində topladıqları bilik və bacarıqları tədris müddətində praktiki dərs tətbiqləri ilə daha da yadda qalan edəcəklər.

image
image
image

Aktiv təqaüd proqramları

Sualın var? gəl görüşək! (2 addımdan 1-cisi)
Sualın var? gəl görüşək! (2 addımdan 2-cisi)

Zəhmət olmasa, adınızı qeyd edin

Zəhmət olmasa, soyadınızı qeyd edin

Telefon nömrəsin düzgün daxil edin

Zəhmət olmasa, doğru email ünvanınızı qeyd edin

Göndərilir...

Müraciət qaydaları

Təqaüdlə təhsil almaq istəyirsənsə, elə indi səhifənin aşağı hissəsindən müraciət et.

1

Müraciət

Müraciət etdikdən sonra CV-in Code Academy peşəkarları tərəfindən gözdən keçirilir.

2

CV-ə baxış

Bundan sonra təqaüdə müraciət edən tələbələr arasında imtahan baş tutacaq.

3

İmtahan

İmtahandan uğurla keçən təqaüd namizədləri müsahibəyə dəvət ediləcək.

4

Müsahibə

Müsahibəni də uğurla tamamladıqdan sonra nəticələr açıqlanacaq.

5

Nəticələr

Ən çox verilən suallar

  • Qəbul
  • Tədris

Proqram ödənişlidir?

Sual kopyalandı minus

Technest proqramı çərçivəsində həyata keçirilən bu proqrama qoşulan hər kəs 100%-dək təqaüd qazanacaq. Təqaüd proqramından ümumilikdə 120 nəfər faydalana biləcək.

Tədrisə kimlər qoşula bilər?

Sual kopyalandı minus

Hər sahə üzrə tədrisə 18-30 yaş arasında və müvafiq sahə üzrə 1 il iş təcrübəsi olan və ya sahə üzrə bilik və bacarığını təsdiq edən sertifikatı olan şəxslər müraciət edə bilər.

Necə qoşulmaq olar?

Sual kopyalandı minus

Karyeranı Yüksəlt təqaüd proqramında iştirak etmək üçün scholarship.code.edu.az veb-saytına daxil olaraq seçdiyiniz istiqamətə uyğun qeydiyyat formunu doldurmalısınız.

Qəbul üçün iş təcrübəsi lazımdır?

Sual kopyalandı minus

Karyeranı Yüksəlt təqaüd proqramında iştirak üçün ən az 1 il iş təcrübəsinə və ya sahə üzrə sertifikatla təsdiq olunmuş bilik və bacarığa sahib olmaq mütləqdir.

İşlə təmin edirsiniz?

Sual kopyalandı minus

Tədrisi bitirən iştirakçılar həm tədris zamanı, həm də tədris sonrasında təşkil olunacaq karyeraya dəstək fəaliyyətləri və Code Academy-nin Talant Mərkəzinin işə istiqamətləndirmə xidmətləri ilə işlə təmin olunacaqlar.

Tədris neçə müddət davam edəcək?

Sual kopyalandı minus

Tədris sahəsindən asılı olaraq həftəiçi hər gün ya 09:00-14:00 və ya 14:00-19:00 aralığında olacaq və 3 ay davam edəcək.

Dərslər hansı dildə keçiriləcək?

Sual kopyalandı minus

6 təqaüdlü tədris proqramımız mövcuddur və hər birində müvafiq dil və texniki biliklər tələbə olunur.

Dərslər online və ya offline şəkildə keçirilir?

Sual kopyalandı minus

Dərslər offline şəkildə Code Academy-də keçiriləcəkdir.