Bloq / Dizayn / UX/UI Dizayn: Məhsul dizaynı nədir?

UX/UI Dizayn: Məhsul dizaynı nədir?

Məhsul dizaynı (Product Design), istifadəçi ehtiyaclarını ödəmək və biznesin hədəf və strategiyalarına uyğun təcrübələri inkişaf etdirmə prosesidir. O, təcrübələri şirkətinizin məqsədləri ilə əlaqələndirən daha geniş yol xəritəsini əhatə edir.
Məhsul dizaynı yalnız vizual estetika ilə məhdudlaşmır, eyni zamanda funksionallıq, istifadəçi təcrübəsi (UX), bazar strategiyası və texniki imkanları da əhatə edir. Məhsulun həm istifadəçiləri məmnun etməsi, həm də biznes məqsədlərinə uyğun olması üçün məhsul menecerləri, tədqiqatçılar və marketinq komandası ilə əməkdaşlıq vacibdir. 

Məhsul dizaynının mərhələləri 

1: Məqsədləri müəyyənləşdirmək
Məhsul dizaynında şirkət rəhbərliyi, komandanın rəyləri ilə uzunmüddətli biznes məqsədini müəyyən edir. Biznes məqsədlərini müəyyənləşdirmək sadə görünə bilər, amma bu, ən vacib addımlardan biridir. 

2: Tədqiqat
Məhsul dizaynı prosesində dizaynerlər tədqiqat aparır və ya tədqiqatçılara proses boyu dəstək verirlər. Bu mərhələdə məqsəd, məhsul dizayının prosesini daha yaxşı yönləndirmək üçün lazımi məlumatları toplamaqdır. 

3: Təhlil etmə
Fərqli sahələrdə olan komanda üzvləri ilə yaxından işləyərək, məhsul dizaynerləri tədqiqat nəticələrini praktik və tətbiq edilə bilən fikirlərə çevirirlər. Məhsul dizaynı prosesində dizaynerlər istifadəçi ehtiyaclarını və məhsulun imkanlarını nəzərə alaraq, tədqiqat nəticəsində aşkar olunan problemlərə həll yolları tapırlar. 

4: Strategiya qurmaq və planlamaq
Məhsul dizaynı zamanı biznes məqsədlərinə nail olmaq üçün strategiya hazırlanır. Bu proses, ilk altı ay üçün ətraflı hərəkət planı və uzunmüddətli məqsədləri əhatə edə bilər. Məhsul dizaynında planlaşdırma mərhələsi, komandaların şirkət məqsədləri və müştəri ehtiyacları ilə uyğunlaşmasına kömək edərək, uğur şanslarını artırmağa imkan verir. 

5: İcra etmək
Komanda, məhsulu bazara təqdim etmək üçün irəliləyişi izləyərək layihə üzərində birgə işləyir. Məhsul dizaynının bu mərhələsində dizayner istifadəçi rəylərini toplayır və məhsul və ya xidmətin buraxılış sonrası testini aparır. 

Məhsul dizaynı zamanı diqqət yetirilməli məqamlar

Biznes və istifadəçi ehtiyaclarını balanslaşdırmaq
Məhsul dizaynının ən böyük çətinliklərindən biri istifadəçi və biznes ehtiyacları arasında mükəmməl balansı tapmaqdır. Məhsul dizaynı prosesində məhdud büdcə və vaxt kimi resurslar arasında seçim etmək bəzən istifadəçi təcrübəsinə təsir edə bilər.

Əlçatanlıq üçün dizayn
Məhsulunuzu hər kəsə, o cümlədən əlilliyi olan istifadəçilərə əlçatan etmək, məhsul dizaynı dövründəki çətinliklərdən biridir. Rəngləri görmə qüsuru olanlar üçün rəng sxemləri və bu kimi başqa dizaynlar nəzərə alınmalıdır.

Komandada kommunikasiya təmin etmək
Məhsul dizaynı edərkən yanlış kommunikasiya, anlaşılmazlıqlara, gecikmələrə və hətta komanda əhval-ruhiyyəsinə təsir göstərə bilər. Məhsulun keyfiyyətini yaxşılaşdırmaq üçün, effektiv komanda kommunikasiya prosesinizin bir hissəsi olmalıdır.  

Texnoloji məhdudiyyətləri idarə etmək
Komandanızın istifadə etdiyi (və ya istifadə edə bilmədiyi) texnologiya dizayn prosesinə təsir göstərə bilər. Avadanlıq məhdudiyyətləri, proqram təminatının uyğunluq problemləri və ya hətta yaddaş məsələləri irəliləyişi ləngidə bilər və sonda keyfiyyətə təsir edə bilər.

Hədəf auditoriyanızı anlamaq
Hədəf auditoriyanızı dərindən anlamaq, effektiv məhsul dizaynının təməlidir. Onların demoqrafiyası, davranışları, ehtiyacları və problemlərini bilmək, onlarla həqiqətənuyğun gələn məhsullar dizayn etməyə imkan verir.

UX dizayn nədir?


İstifadəçi təcrübəsi (User experience),  istifadəçinin ətrafındakı texnologiya və ya mühitlə olan münasibətini təsvir edir. Yaxşı UX dizayn istifadəçilərin problemlərini həll etməyə kömək edir, insan mərkəzli və əlçatan istifadəçi təcrübələri yaradır. 

Məhsul dizaynı və UX dizayn

Çox zaman məhsul dizaynı və UX dizayn arasında qarışıqlıq olur.

Məhsul dizaynı

  • Daha geniş kontekst. Məhsul dizaynerləri, biznes strategiyası, layihə idarəetməsi və istifadəçi mərkəzli dizaynın kəsişməsində işləyir, məhsulun həm istifadəçi ehtiyaclarına, həm də biznes məqsədlərinə uyğun olmasını təmin edir.
  • Daha böyük təsir. Məhsul dizaynerləri məhsul xəritəsini formalaşdırmağa kömək edir, ROI-nı maksimumlaşdırmaq üçün xüsusiyyətlər və funksionallığı prioritetləşdirən qərarlar verir.
  • Uzunmüddətli vizyon. Məhsul dizaynı uzunmüddətli biznes məqsədlərini və ümumi şirkət strategiyasını dəstəkləyir. Atlassian və Spotify kimi şirkətlər, böyüdükcə ardıcıllığı qorumaq üçün dəyişənlər kimi alətlər istifadə edərək dizaynlarında miqyaslanmaya diqqət yetirirlər.

UX dizayn

  • Qısa müddətli fokus. UX dizaynerləri, mövcud sprintdə müəyyən xüsusiyyətləri və axınları yaxşılaşdırmağa fokuslanır, istifadəçi təcrübəsini dərhal təkmilləşdirmək üçün öncəlik verir.
  • Daha dar çərçivə. UX dizayn prosesi, daha geniş biznes kontekstinə az diqqət yetirərək, problemsiz və intuitiv bir istifadəçi təcrübəsi yaratmağa yönəlir.
  • Daha az təsir. UX dizaynerləri, son istifadəçinin ehtiyaclarını anlamağa və təmsil etməyə fokuslanır, dizaynlarını məlumatlandırmaq üçün əsasən tədqiqat və testlərə güvənirlər.

UX/UI Dizayn

UX/UI dizayner hər zaman istifadəçini prosesin mərkəzində saxlamalı, onun kimi düşünməli, qarşılaşa biləcəyi çətinliyi öncədən müəyyənləşdirməli və istifadəçi təcrübəsini müxtəlif həllərlə asanlaşdırmalıdır. Bu məqamları nəzərə alaraq Code Academy-nin UX/UI Dizayn tədris proqramı qabaqcıl beynəlxalq təcrübələri nəzərə alaraq praktiki tapşırıqlar əsasında hazırlanmışdır.

Növbəti qrup: 21 İyul 2025