Prototipləmə UX/UI Dizayn prosesində əsas addımlardan biridir. Dizaynerlərin ideyalarını vizuallaşdırmağa, müxtəlif ideyaları test etməyə, baş verə biləcək riskləri azaltmağa sonda isə istifadəçi mərkəzli və uğurlu məhsullar əldə etməyə kömək edir.
Prototipləmənin Rolu
İdeyaların Vizuallaşdırılması:
Prototiplər, statik UX/UI Dizayn ideyalarını həyata keçirir, bu, dizaynerlərə öz ideyalarını ilkin mərhələdə vizuallaşdırmağa kömək edir. Bu vizual dizayn ideyalarını daha asan şəkildə əlaqələndirməyi asanlaşdırır, nəticədə isə daha yaxşı geridönüş almağa imkan verir.
Test və Təsdiqləmə:
Prototiplər, dizayn ideyalarının erkən mərhələlərdə test edilməsi və təsdiqlənməsi üçün istifadə olunur. Prototiplər vasitəsilə dizaynerlər istifadəçi rəyləri toplaya bilər. Bu da məhsulun inkişafına başlamazdan əvvəl potensial problemləri və ya dizayn səhvlərini aşkar edə bilərlər. Bu proses, ideal istifadəçi dostu interfeys və axıcı istifadəçi təcrübəsi yaratmağa kömək edir.
İstifadəçi Mərkəzli Dizayn:
UX/UI dizayn sahəsində, dizaynerlər prototiplər sayəsində istifadəçi istəklərini nəzərə alaraq dizaynlar hazırlayırlar. Bu, istifadəçi təcrübəsinə fokuslanır və məhsul interfeysinin uğurlu olması üçün vacibdir.
Risklərin Azaldılması:
Prototipləmə, səhvləri erkən aşkara çıxarmağa və həll etməyə kömək edir. Bu da yenidən dizayn edərkən həmin səhvləri etmə ehtimalını minimuma endirməyə kömək edir. Eyni zamanda həm vaxta, həm də resurslara qənaət etməyə şərait yaradır.
Müştərilərlə əlaqə qurmaq:
Prototiplər, dizayn ideyalarını təqdim etməkdə əsas tərəf rolunu oynayır. Funksional bir prototip, dizayn görünüşünü ifadə etmək üçün verbal və statik dizaynlardan daha təsirli ola bilər.
Prototipləmənin Növləri
UX/UI Dizayn sahəsində istifadəçi interfeysi və istifadəçi təcrübəsinin müxtəlif elementlərini yaratmaq və test etmək üçün bir neçə növ prototip istifadə olunur.
Kağız Prototipləri:
Kağız prototipləri dizaynın ilkin mərhələlərində istifadə olunur. Bu prototiplər kağız üzərində çəkilir. Dizaynerlər ideyalarını sadə xəttlər və formalardan istifadə edərək əl ilə çəkirlər. Burada daha çox ideyalar ön planda olur.
“High Fidelity” Prototipi
Bu prototip daha detallıdır və son dizayna yaxındır. Bunlar realist qrafika, elementlər və şəkillərdən istifadə edir. Bu prototiplər istifadəçi testləri üçün və dizayn üzərində daha dəqiq geridönüş almaq üçün istifadə olunur.
“Low Fidelity” Prototipi
Bu prototiplər dizaynın əsas təsviridir. Bu prototiplər daha sürətli və asan şəkildə hazırlanır, sadə formalarla doldurulur. Onlar məhsulun ilkin detallarını fikirləşmək və formalaşdırmaq üçün sürətlə yaradılır.
İnteraktiv Prototiplər:
İnteraktiv prototiplər istifadəçilərə əsas məhsul ilə necə əlaqə quracaqlarını simulyasiya etməyə imkan verir. Bu növ prototiplər adətən kliklənə bilən elementlər, menyular, düymələr, və s. özündə cəmləyir. Onlar, qarşılıqlı əlaqələrin və işin gedişatını sınaqdan keçirilməsi məqsədilə istifadə olunur.
Mobil Tətbiq Prototipləri:
Bu prototiplər, adından da göründüyü kimi, yalnız mobil tətbiqlər üçün dizayn edilir. Mobil tətbiq prototipləri, mobil ekranlarının məhdudiyyətlərini, ölçüsünü nəzərə alaraq yaradılır, eyni zamanda mobil cihazlarda hərəkət, toxunma və tapşırıq kimi qarşılıqlı əlaqələrə də diqqət yetirir.
UX/UI Dizaynında İstifadə Edilən Prototip Alətləri
UX/UI dizaynında prototipləmə alətləri istifadəçilərin təcrübəsini inkişaf etdirmək və dizaynın effektivliyini test etmək üçün mühüm rol oynayır. Bu alətlər, dizaynerlərə müxtəlif prototiplər yaratmaq, qarşılıqlı əlaqələri test etmək və dizaynın necə işlədiyini anlamaq imkanı verir.
Figma:
Figma bu sahədə demək olar ki, lider mövqe tutub. O vektor əsaslı dizayn və prototipləmə alətidir. Figma, dizaynların və prototiplərin qurulmasında geniş istifadə olunur. Bu alət istifadəçilərə vizual dizayn yaratmaq, qarşılıqlı əlaqələri simulyasiya etmək və animasiyalar tətbiq etmək imkanı tanıyır. Figma həmçinin, istifadəçilərin qarşılıqlı əlaqələrini izləmək və müvafiq düzəlişlər etmək üçün analitika xüsusiyyətlərinə malikdir.
Balsamiq:
Balsamiq, sadə və sürətli “wireframe” (işləmə əsaslı) prototiplər yaratmaq üçün istifadə edilən bir alətdir. Bu alət daha çox ideya mərhələsində, dizaynın ilkin konturlarını formalaşdırmaq üçün istifadə olunur. Sadə və səmərəli interfeysi, dizaynerlərin vizual elementlərə diqqət yetirmədən əsas strukturları yaratmağa imkan verir. Balsamiq aləti, məhsul və ya xidmətin ilkin dizaynını vizuallaşdırmaq və qarşılıqlı əlaqələri təsvir etmək üçün mükəmməldir.
Əgər sən də bu sahədə biliklərini genişləndirmək, müasir dizayn alətləri ilə işləməyi öyrənmək və professional UX/UI dizayner olmaq istəyirsənsə, Code Academy sizin üçün ən doğru seçimdir!