Blog / Dizayn / 2024-cü ilin Ən Populyar UX/UI Trendləri: Nələri Bilməlisiniz

2024-cü ilin Ən Populyar UX/UI Trendləri: Nələri Bilməlisiniz

2024-cü ilin Ən Populyar UX/UI Trendləri: Nələri Bilməlisiniz

2024-cü ildə təkcə texnologiyalarda deyil, UX/UI dizayn dünyasında da ciddi dəyişiklər və yeniliklər baş verdi. Əlbəttə ki, rəqiblərinizdən hər zaman bir addım öndə olmaq üçün trendləri izləmək və onları tətbiq etmək mütləqdir.

Dinamik və Fərqli Kursorlar

2024-cü ildə UI dizaynında diqqət çəkən trendlərdən biri dinamik və fərqli kursor növlərinin geniş yayılmasıdır. Bu yeni kursorlar, istifadəçi təcrübəsini daha interaktiv və maraqlı edir. “Dinamik və fərqli növlər standart formalardan fərqli olaraq kursorlarınızı daha maraqlı, animativ hala gətirə bilir.” deyə Knyaz müəllim qeyd etdi. Əgər veb saytınızda dinamik kursorlar tətbiq etsəniz, istifadəçilərin saytda qalma müddətini artıracaq, yəni bounce rate-i azaldacaq və onların marağını cəlb etmək üçün əla bir yol tapmış olacaqsınız.

Dağınıq Hero Bölmələri

“Deconstructed Hero Sections” adlı trend 2024-cü ildə ənənəvi hero bölmələrini yavaş-yavaş ötməyə başlayıb. Bu bölmələr daha yaradıcı və qeyri-adi layoutlarla istifadəçilərin diqqətini dərhal cəlb edir. Knyaz müəllim qeyd edir ki, “Bu versiya köhnə hero section”ların daha dağınıq, daha fərqli “layout”da olan, dinamik halıdır.” Bu tip hero bölmələrlə veb sayta daxil olan istifadəçilərin təcrübəsini fərdiləşdirə və üstəlik SEO-nu artıracaq bir UX/UI dizayn ilə effektiv nəticə əldə edə biləcəksiniz.

Daha Böyük Layoutlar və Qalın Tipoqrafika

Böyük layoutlara və qalın tipoqrafikaya malik veb saytlar 2024-cü ildə UX/UI Dizayn sahəsində kifayət qədər populyarlıq qazanır. Bu dizaynlar, əsas məlumatları istifadəçilərə daha aydın və təsirli şəkildə çatdırmaq üçün nəzərdə tutulmuşdur. “Daha böyük layoutlar və tipoqrafika istifadəçilər üçün məlumatı daha əlçatan edir və saytın naviqasiyasını asanlaşdırır,” qeyd edən Knyaz müəllim bu trendin veb sayta daha çox istifadəçi cəlb etməklə yanaşı, SEO performansınızı da artıracağını da bildirdi.

UX-də Süni İntellekt

Süni intellekt (AI) UX dizaynında inqilab yaradır. Süni intellekt sürətlə həyatımıza daxil olur və istifadəçi təcrübəsini şəxsiləşdirir. AI texnologiyası, istifadəçi davranışlarını analiz etməklə, onların ehtiyaclarına uyğun interfeyslər yaratma fürsəti verir.

Səslə İdarə Olunan İnterfeyslər

Səslə idarə olunan interfeyslər UX/UI Dizayn sahəsində daha çox istifadəçi tərəfindən tələb olunur. “Bu növ interfeyslər səslə komandalar verərək nəticəyə çatmaq üçün bizə çox kömək edir.” Knyaz Yaqubov qeyd edir. Bu trendi tətbiq etməklə saytınızın mobil istifadəsini artırmaq və geniş auditoriya cəlb etmək mümkündür. Bu isə veb sayt trafikini də artırır.

Personalizasiya (Şəxsiləşdirmə)

Şəxsiləşdirmə 2024-cü ilin ən vacib UX dizayn trendlərindən biri hesab olunur. Veb saytın istifadəçi təcrübəsini onların davranışlarına uyğunlaşdırmaq, istifadəçilərin səhifənizdə daha uzun müddət qalmasına hətta geri qayıtmasına da səbəb olacaq. “”Personalization” bizim təqdim etdiyimiz məhsullar üzərindən təcrübənin hər bir fərqli istifadəçi kütləsinə görə dəyişməsidir” deyərək Knyaz müəllim bu yanaşmanın SEO üçün də çox əhəmiyyətli olduğunu da bildirir. Çünki daha yaxşı istifadəçi təcrübəsi daha yüksək axtarış sıralaması ilə nəticələnə bilər.

Əslində trendlər burada saydıqlarımızla limitlənmir ancaq qeyd etdiyimiz məqamları tətbiq etməklə, veb saytınızı daha cazibədar, funksional bir hala gətirə bilərsiniz. Bu trendlər haqqında daha çox məlumat əldə etmək və rəqabətdə üstünlük qazanmaq üçün bizim UX/UI Dizayn proqramımıza qoşulmağa tələsin.

UX/UI Dizayn

UX/UI dizayner hər zaman istifadəçini prosesin mərkəzində saxlamalı, onun kimi düşünməli, qarşılaşa biləcəyi çətinliyi öncədən müəyyənləşdirməli və istifadəçi təcrübəsini müxtəlif həllərlə asanlaşdırmalıdır. Bu məqamları nəzərə alaraq Code Academy-nin UX/UI Dizayn tədris proqramı qabaqcıl beynəlxalq təcrübələri nəzərə alaraq praktiki tapşırıqlar əsasında hazırlanmışdır.

Növbəti qrup: 7 Oktyabr 2024

Bənzər yazılar