Blog / Dizayn / Qrafik Dizayn: Loqo dizaynı edərkən diqqət etməli olduğunuz məqamlar

Qrafik Dizayn: Loqo dizaynı edərkən diqqət etməli olduğunuz məqamlar

Qrafik dizayn sahəsinə başlayan zaman dizaynın bir çox prinsiplərini rəng nəzəriyyəsini, rastr qrafikası, foto redaktə, qrafik dizaynda 3D, brending, etiket dizaynı və digər məqamları öyrənirik. Öyrəndiyimiz sahələrdən biri də loqo dizaynıdır. Loqo, bir şirkət və ya markanın simvolu və vizual kimliyinin əsas elementidir. Qrafik dizayn isə brendin vizual hekayəsini yaratmağın ən güclü yoludur. Loqo marka tanıtımında ən vacib vasitədir. Qrafik dizayn loqoların yaradılmasında və vizual təsirin artırılmasında əvəzsiz rol oynayır. Bir loqo və onun arxasında dayanan qrafik dizayn yanaşması, markanın bazarda fərqlənməsinə dəstək ola bilər. Bəs loqo hazırlayarkən biz əsas olaraq hansı məqamları nəzərə almalıyıq?

1. Düzgün texniki tapşırığın formalaşdırılması. Müştəridən lazım olan informasiyanı əldə etmədən prosesə başlaya bilmərik. Brendin sahibi odur və biz onun istəklərini bilməliyik. Müştərinin istəklərini tam olaraq anlamaq üçün ondan bəyəndiyi ən azı 10 brendin loqosunun seçib sizə göndərməsini xahiş edin. Bununla siz müştərinin zövqünü anlayacaqsız və proses sürətlənəcəkdir. 

2. Araşdırma. Dizayna başlamazdan əvvəl bazar araşdırması etmək çox vacibdir. Bu addım, qrafik dizayn prosesinin effektivliyi üçün baza rolunu oynayır. Brendin təklif etdiyi məhsul və xidmətlər, rəqiblər bunu nümunədir. Bu əldə etdiyimiz baza ilə analiz prosesinə başlaya bilərik. Effektiv qrafik dizayn, loqoya həm tanınma, həm də dəyər qazandırır. Qeyd edilən proseslər bazar tələblərinə uyğun və orijinal bir loqo dizaynı üçün əsas rol oynayır. 

3. Zamansız dizayn anlayışı Qrafik dizaynda zamansız üslublar və nəzəriyyələr var. Nəzərə alsaq ki, loqo uzunmüddətli istifadə edilən elementdir, onun dəyişdirilməsi, markanın tanınmasına mənfi təsir göstərə bilər. Qrafik dizaynın zamansız üslublarından istifadə edərək, zamanla özünə uyğunlaşacaq, amma həmişə tanınacaq bir loqo yaratmaq daha sağlam bir yanaşmadır. Burada qrafik dizayn prinsiplərinin tətbiqi, uzunmüddətli perspektivdə uğurlu bir nəticə əldə etməyə kömək edəcəkdir. 

4. Brendin xarakteri və dəyərlərinin nəzərə alınması. Brendin vizual kommunikasiyası brendin xarakteri üzərində qurulmalıdır. Qrafik dizayn, loqonun estetik və funksional tarazlığını təmin edir. Ona görə də qrafik dizayner loqonun simvol və tiporqafika quruluşunda bunu nəzərə almalıdır. 

5. Tipoqrafika. Tipoqrafik quruluş (şrift seçimi) loqo dizaynında vizual tanınmanın əsas amillərindən biridir. Qrafik dizaynın vacib prinsipləri tipoqrafik elementlərin balansını təmin edir. Xüsusilə tipoqrafik quruluşlu (wordmark və lettermark) loqolar üçün şrift, loqonun bütününü müəyyən edir. Markanın şəxsiyyətini əks etdirən, oxunaqlı və uzun müddət istifadə edilə bilən şriftin seçilməsi və ya yaradılması şərtdir. 

6. Rəng Seçimi. Rənglər, loqonun emosional təsirini artıran mühüm elementlərdir. Şirkətlərin özünəməxsus rənglərini seçməsi, marka şəxsiyyətini gücləndirir. Uğurlu bir loqoda isə maksimal üç rəng tonunun istifadə edilməsi tövsiyə olunur, çünki bu, mesajın aydın şəkildə çatdırılmasını və yadda qalmağı təmin edir. Qrafik dizayn bir loqonu adi bir işarədən unudulmaz bir simvola çevirir. 

7. Orijinallıq. Orijinal və yaradıcı loqo, bazarda fərqlənmək və yadda qalmaq üçün vacibdir. Qrafik dizayn sahəsində yaradıcılıqla hazırlanmış unikal elementlər bu fərqliliyi təmin edir. Özəl bir şrift, simvol və ya rəng palitrası ilə yaradıcı yanaşma, həm markanın gücünü artırır, həm də rəqiblərdən ayırır. Burada qrafik dizayn alətləri bu yaradıcılığı dəstəkləyən əsas vasitələrdir. 

8. Sadə və minimal yanaşma. Sadə və minimal bir loqo həm istifadəyə rahatdır, həm də tanınmanı asanlaşdırır. Bir şeyi də nəzərə alın ki, dövrümüzdə bir çox informasiyanı kiçik ekranlardan aldığımız üçün çoxdetallı loqolar kiçik ölçülərdə sanki “Ləkə” kimi görünür. Loqonun hər bir detalı sadə və funksional olmalıdır, çünki sadə dizayn, güclü və davamlı bir təsir yaradır. 

Əgər sən də qrafik dizayn sahəsində uğurlu olmaq və qüsursuz loqolar hazırlamaq istəyirsənsə, Qrafik Dizayn və Vizual Kommunikasiyalar tədrisinə qoşul və daha dərin biliklər əldə et.

Qrafik Dizayn və Vizual Kommunikasiyalar

Dizayn istənilən mesajı vizuallar vasitəsilə ötürməkdir. Qrafik Dizayn və Vizual Kommunikasiyalar tədris proqramının sonunda yaradıcılığın daha da inkişaf edəcək, vizuallarla danışmaq sənə asan gələcək.

Növbəti qrup: 17 Mart 2025

Bənzər yazılar