UX dizayn (User Experience) – İstifadəçi Təcrübəsi
UX dizayn istifadəçinin tətbiqdən və ya saytdan necə istifadə etdiyini qarşılıqlı əlaqədə nə qədər rahat olduğunu təyin edir. Buraya istifadəçinin bir məqsədə çatmaq üçün keçdiyi addımlar, interfeysin məntiqi axını, yükləmə sürəti və ümumi rahatlıq daxildir. UX dizaynda məqsəd istifadəçiyə asan, effektiv bir təcrübə təqdim etməkdir. Yaxşı bir UX dizayn, istifadəçinin ehtiyac duyduğu funksiyanı tez və rahat tapmasına imkan yaradır.
UX dizayn bir çox sahə və sənayedə tətbiq oluna bilər. İstifadəçi təcrübəsini ən yaxşı hala gətirmək məqsədilə dizaynerlər məhsulun hansı kontekstdə istifadə olunacağını da nəzərə almalıdırlar. Bundan əlavə, dizayn edilən məhsulun hansı cihazda göstəriləcəyi və istifadəçilərin onu günün hansı saatlarında daha çox istifadə etdiyi kimi amillər də nəzərə alınmalıdır.
Əlçatanlıq (accessibility), məlumat iyerarxiyası, adaptiv (responsive) dizayn və naviqasiya axınları UX dizaynın əsas tərkib hissələrindəndir və bunlar çox zaman UI dizaynerlərlə sıx əməkdaşlıq tələb edir ki, nəticədə məhsul mümkün qədər bir çox istifadəçi üçün rahat olsun.
UI dizayn (User Interface) – İstifadəçi İnterfeysi nədir?
UI dizayn, istifadəçinin məhsulla vizual təmasıdır. Ekranda gördüyümüz hər bir düymələr, ikonlar, yazı tipləri, rənglər və boşluqlar UI dizaynın tərkib hissəsidir. UI dizaynerin əsas vəzifəsi bu elementləri həm vizual cəhətdən cəlbedici, həm də istifadəçi üçün istiqamətləndirici şəkildə təşkil etməkdir. Məsələn, eyni funksiyaya sahib iki düymədən biri daha aydın görünürsə və istifadəçi onu tez tapırsa, bu yaxşı UI dizayndır. UI dizayn həm də brendin vizual kimliyini əks etdirir. Rəng seçimi, kontrast, animasiyalar və responsiv dizayn da UI dizaynın mühüm hissələridir. Burada məqsəd odur ki, dizayn həm yaxşı görünsün, həm də istifadəsi asan və başadüşülən olsun.
Həm UX dizayn, həm də UI dizayn bilmək niyə vacibdir?
Uğurlu UX dizayn məhsulu elə göstərir ki, istifadəçi markanın ona təqdim etdiyini dəyərli hesab edir. Yaxşı UI dizaynı isə məhsulda məsələn, mobil tətbiqdə funksionallıq, effektivlik və istifadəçi məmnuniyyəti kimi əsas meyarlara fokuslanır. Məsələn uğurlu tətbiqlərdə UX və UI dizayn bir-birini tamamladıqda həm axıcı istifadəçi yolları (user flows), həm də estetik cəhətdən cəlbedici interfeys əldə olunur və bu da istifadəçilərin tətbiqdən məmnun qalmasına şərait yaradır.

UX və UI dizaynın rollarının bir-birindən fərqli olduğunu, lakin bir-birini tamamladığını görürük. Bu bütöv və hərtərəfli təcrübə məhsulun uğuru üçün olduqca vacibdir.
UX dizayn istifadəçi psixologiyası, idrak axını (cognitive flow) və tapşırıqların yerinə yetirilməsi daxildir. Bu sahədə əsas olaraq istifadəçi problemlərini müəyyənləşdirmək, onları həll etmək və istifadəçi ilə məhsul arasında intuitiv, yəni təbii və başadüşülən qarşılıqlı əlaqə yaratmaqdır. Digər tərəfdən, UI dizayn, interfeysi təşkil edən real vizual komponentlərlə məşğuldur. UI dizaynın əsas məqsədi istifadəçi ilə bu elementlər arasındakı qarşılıqlı əlaqəni mümkün qədər rahat etmək və estetik cəhətdən cəlbedici, istifadəsi asan interfeyslər yaratmaqdır. Bu, istifadəçi yolunu (user journey) daha səmərəli edir.
Hər iki sahədə tələb olunan yumşaq bacarıqlar (soft skills) demək olar ki, eynidir və hər iki rolda faydalı olur. Lakin texniki bacarıqlar (hard skills) isə hər sahə üçün fərqlidir. Aşağıdaki cədvəldə, UX və UI dizayn üçün vacib olan əsas bacarıqları görə bilərsiz.
