Bloq / Dizayn / Qrafik Dizaynerlər üçün AI: Təhlükə Yoxsa Təkamül?

Qrafik Dizaynerlər üçün AI: Təhlükə Yoxsa Təkamül?

AI (süni intellekt) həyatımızın demək olar ki, bütün sahələrinə nüfuz edib. Bir vaxtlar qrafik dizayner olmaq üçün yalnız Adobe alətlərini bilmək kifayət edirdisə, bu gün AI (süni intellekt) ilə əməkdaşlıq qrumaq tələb olunur. Bəziləri AI-ın (süni intellekt) dizaynerləri əvəz edəcəyindən narahatdır, bəziləri isə onu yaradıcı prosesin gücləndiricisi kimi görür. Bəs AI-ın qrafik dizayn sahəsinə təsiri necədir? Qrafik dizaynda AI-ın üstünlükləri, riskləri nə qədərdir? Sualların cavabını bloqda tapacaqsan.

AI Qrafik Dizaynda Necə İstifadə Olunur?

AI alətləri dizaynerlərə ideya yaratmaqdan tutmuş, vizual elementlərin redaktəsinə, prototiplərin hazırlanmasından hərəkətli qrafikalara qədər bir çox mərhələdə dəstək olur. Amma insanın duyğusu, empatiyası və estetik baxışı AI-ın təklif etdiyi bütün funksiyaların mərkəzində dayanmağa davam edir.

Adobe Firefly, Canva Magic Design, Midjourney, DALL·E 3 kimi alətlər artıq minlərlə qrafik dizaynerin gündəlik işinin bir hissəsinə çevrilib. Məsələn:

  • Canva AI platformasında istifadəçilər sadəcə mətni daxil etməklə sosial media vizualları və təqdimatlar hazırlaya bilirlər.
  • Adobe Firefly dizaynerlərə prompt əsaslı vizual generasiya, stil transferi və brend uyğunluğunu qorumaq imkanı təqdim edir.
  • Midjourney və DALL·E vasitəsilə konsept dizaynlar və moodboard-lar bir neçə dəqiqəyə yaradılır – bu, xüsusən agentliklər və freelance dizaynerlər üçün zaman baxımından inqilabi üstünlükdür.

AI-ın Qrafik Dizaynda üstünlükləri nələrdir?

  • Şəxsləşdirilmiş dizaynlar: AI istifadəçi məlumatlarını təhlil edərək fərdi ehtiyaclara uyğun dizayn təklifləri yarada bilir. Bu, xüsusilə reklam və UX/UI sahəsində AI və qrafik dizayn sintezini gücləndirir.
  • Vaxt effektivliyi: AI ilə şəkil ölçülərinin dəyişdirilməsi, fonun silinməsi və rəng uyğunlaşdırmaları saniyələr içində edilir. Bu, dizaynerə daha kompleks tapşırıqlara zaman ayırmağa şərait yaradır.
  • Yaradıcılığın artması: AI, dizaynerə yeni kompozisiya və stil alternativləri təklif etməklə, yaradıcı blokların qarşısını almaqda effektiv rol oynayır.
  • Data əsaslı qərarlar: AI alətləri istifadəçi davranışlarını analiz edərək dizayn qərarlarını daha düzgün istiqamətləndirir. Neurons kimi alətlər dizaynların effektivliyini test etməyə və təkmilləşdirməyə kömək edir.
  • Motion Dizayn: Kling, Runway, Pika Labs, PixVerse, Higgsfield, Midjourney, Sora, Hailou, Hedra kimi platformalar sayəsində AI ilə animasiyalar yaratmaq mümkündür. Bu, dizaynerlərə daha az resursla daha dinamik kontent hazırlamağa imkan verir.

Məşhur tipoqrafiya şirkəti Monotype bildirir ki, AI  (süni intellekt) şrift və mətn quruluşunda vacib rol oynaya bilər. Amma son qərarı yenə də qrafik dizaynerlər verməlidir. Adobe-un 2023 sorğusuna görə, qrafik dizaynerlərin 69%-i artıq AI ilə işləməyi planlaşdırır. Bu, sadəcə texnoloji trend deyil. Bu, yeni bir əməkdaşlıq dövrüdür.

AI ilə Qrafik Dizaynın Riskləri:

AI alətlərinin çox istifadəsi bəzi riskləri də özü ilə gətirir. Qrafik dizaynda orijinallıq əsas dəyərlərdən biridir. AI isə təlim aldığı məlumatlara əsaslandığı üçün tamamilə orijinal deyil, daha çox mövcud trendləri təkrarlayır. Bu da bəzən qrafik dizaynda vizualların “şablon” görünməsinə səbəb ola bilir.

AI Dizaynerləri Əvəz Edəcəkmi?

AI riyazi olaraq işləyir və məlumatlara əsaslanır. İnsan dizaynerlər isə emosiyalar, kontekst, və mədəni anlayışlarla dizayna fərdi toxunuş verir. Məsələn, bir mobil tətbiqin interfeysi təkcə gözəllik yox, istifadəçi təcrübəsi və hissiyatı baxımından da dizayn edilir. Bu isə hələlik yalnız insan tərəfindən mümkün olan bir prosesdir.

AI Dövründə Dizaynerlər Nə Etməlidir?

  • Davamlı öyrənmək: Yeni AI alətlərini mənimsəmək, texniki və konseptual bacarıqları təkmilləşdirmək vacibdir.
  •  Yumşaq bacarıqları gücləndirmək: Kommunikasiya, problem həll etmə və detallara diqqət qrafik dizayn sahəsində həlledici rol oynayır.
  • AI-ı əməkdaş kimi görmək: AI-ı rəqib deyil, yaradıcı köməkçi kimi qəbul edin. Bu sizə daha çox “fikir yaratmaq” üçün vaxt qazandıra bilər.

AI və qrafik dizayn bir-birini tamamlayan güclərə çevrilib. Doğru istifadə edildikdə, AI dizaynerin güclü yardımçısına çevrilir. Lakin əsas yaradıcı qərarlar hələ də insan beyninin məhsuludur. Əgər sən də qrafik dizayn prosesində süni intellektin imkanlarından yararlanmaq və rəqabətə davamlı qalmaq istəyirsənsə, bacarıqlarını inkişaf etdirməyə başla. Gələcək yaradıcı əməkdaşlığa açıq olanlarındır!

Qrafik Dizayn və Vizual Kommunikasiyalar

Dizayn istənilən mesajı vizuallar vasitəsilə ötürməkdir. Qrafik Dizayn və Vizual Kommunikasiyalar tədris proqramının sonunda yaradıcılığın daha da inkişaf edəcək, vizuallarla danışmaq sənə asan gələcək.

Növbəti qrup: 30 Avqust 2025