Üstünlüklər səni çağırır!
Praktiki tədris
Dərs saatlarından əlavə təşkil edilən Lab günlərində instruktor və mentorla birlikdə keçirilən mövzuları praktika edəcəksən.
Buraxılış işi
Buraxılış işi Code Academy-dəki təhsilin yekun layihəsidir və gələcək həyatında çox önəmli rol oynayacaq.

Akademik transkript
Tapşırıq və layihələr instruktor tərəfindən yoxlanılır, qiymətləndirmə əsasında sənin bilik və bacarıqların müəyyənləşir.
Mentor sistemi
Akademiyada öyrəndiyin bilik və bacarıqları mentor sistemi ilə daha da möhkəmlənəcək.

Beynəlxalq sertifikat
Tədris proqramlarını uğurla başa vurduqda Code Academy diplomu və beynəlxalq sertifikat əldə etmək haqqı qazanacaqsan.

Təhsil lisenziyası
Elm və Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunmuş ilk əlavə təhsil müəssisəsiyik.
Nələr öyrənəcəksən?
80 saatTəlim proqramı, beynəlxalq sertifikata sahib olub karyerasında rəqiblərindən bir addım öndə olmaq istəyən hər kəs üçün uyğundur.
Bu alətlərlə işləyəcəksən!
1. Əsas alətlərdən istifadəni anlamaq
Bu bölmədə Linux əmrlərini düzgün yazmaq, faylları sıxmaq və açmaq, mətnləri axtarmaq və uzaq serverlərə qoşulmaq öyrənəcəksiniz. Həmçinin fayllar və qovluqlar üzərində əməliyyatlar aparmaq, icazələr təyin etmək və sistem sənədlərindən istifadə etməyi bacaracaqsınız.
2. Proqram təminatının idarə olunması
Burada sistemə yeni proqramlar qurmaq, silmək və onların saxlandığı repozitoriyaları (mənbələri) idarə etməyi öyrənəcəksiniz. Əlavə olaraq RPM və Flatpak paketləri ilə işləmə bacarığı əldə edəcəksiniz.
3. Sadə shell skriptlərinin hazırlanması
Bu mövzuda əmrləri avtomatlaşdırmaq üçün sadə skriptlər yazmağı öyrənəcəksiniz. Şərtli əmrlər, dövrlər (for, while), giriş-çıxış dəyərləri ilə işləməyi bacaracaqsınız.
4. İşləyən sistemləri idarə etmək
Burada sistemi açmaq, söndürmək, müxtəlif rejimlərdə işə salmaq və sıradan çıxmış prosesi dayandırmaq öyrəniləcək. Eyni zamanda sistem jurnallarına baxmaq, xidmətləri başlatmaq və faylları təhlükəsiz ötürmək bacarığı qazanacaqsınız.
5. Yaddaşı idarə etmək
Bu bölmədə disk bölmələri yaratmaq və silmək, LVM idarəçiliyi və sistemin avtomatik fayl qoşmalarını (mount) konfiqurasiya etməyi öyrənəcəksiniz.
6. Fayl sistemlərinin yaradılması və idarəsi
Burada müxtəlif fayl sistemləri (ext4, xfs, vfat) yaratmaq, qoşmaq və ayırmaq bacarığı qazanacaqsınız. Şəbəkə fayl sistemlərinin (NFS) qoşulması və fayl icazələrinin düzəldilməsi də bu bölmədə öyrədiləcək.
7. Sistemlərin qurulması və saxlanılması
Bu mövzuda tapşırıqları avtomatik planlamaq (cron, at), xidmətləri idarə etmək, saat sinxronizasiyası qurmaq və sistemin açılış parametrlərini dəyişmək öyrənəcəksiniz.
8. Şəbəkə idarəçiliyi
Burada IPv4 və IPv6 ünvanlarının qurulması, hostname həlli, firewall ilə şəbəkəyə girişlərin məhdudlaşdırılması və şəbəkə xidmətlərinin avtomatik işə düşməsi öyrədiləcək.
9. İstifadəçilər və qrupların idarə olunması
Bu bölmədə yeni istifadəçilər yaratmaq, şifrələr dəyişmək, qrupları idarə etmək və superistifadəçi (root) səlahiyyətlərini vermək bacarığı qazanacaqsınız.
10. Təhlükəsizliyin idarə olunması
Burada firewall idarəçiliyi, SSH üçün açar əsaslı giriş, SELinux rejimlərinin qurulması və fayl kontekstlərinin bərpası öyrədiləcək. Sisteminizin təhlükəsizlik parametrlərini düzgün idarə etməyi öyrənəcəksiniz.
Kimlər müraciət edə bilər?
Red Hat Certified System Administrator (RHCSA) sertifikatına sahib olmaq istəyən hər kəs
1
IT and Help Desk Professionals
2
System and Network Administrators
3
Cloud and Infrastructure Engineers
4
Red Hat Certified Məzunlarımız #məzunlarburada

Nihad Hüseynov
Linux Administrator / Azerconnect Group
“Code Academy sayəsində RHCSA beynəlxalq sertifikatını əldə etdim. İşdə üzərimə daha böyük məsuliyyət götürürəm və peşəkar inkişafımı hər gün daha aydın görürəm."

Nəsirağa Bəşirov
Information Security GRC Analyst / BirBank
"RHCSA məni sistem tərəfinə daha yaxınlaşdırdı. Code Academy-nin tədris proqramı və beynəlxalq sertifikat isə işimdə etibarı artırdı."

Nəsibə Şahverdiyeva
Information Security Management Specialist / Digital Medical Solutions LLC under TABIB
"Bu sertifikat peşəkar inkişafımda dönüm nöqtəsi oldu. İşimdə inamım artdı və yeni imkanlar açıldı. Code Academy-yə dəstəyə görə minnətdaram."

Yaqub Hacıyev
Cybersecurity Engineer / GuardianLab
"Code Academy sayəsində Red Hat beynəlxalq imtahanına həm hazır oldum, həm də rahatlıqla əldə etdim. Bu sertifikat karyeramda sürətli irəliləyişə yol açdı."

Nəzrin Məmmədova
Köməkçi təlimçi/ Code Academy
"Code Academy-nin dəstəyi ilə Red Hat sertifikatını qazandım. Dərslərimə əlavə peşəkarlıq gətirdi və karyera planımda ciddi addım oldu."
Sualın var?..
Gəl görüşək!
Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.
İnstruktorlarımız #MeetCodeEducator
#sertifikatburada (Code Academy)
Təlim proqramını bitirdiyini təsdiq edəcək diplom və gələcək karyeranı qurmaqda sənə dəstək olacaq beynəlxalq sertifikat imtahanlarına giriş imkanı yaradırıq.

#sertifikatburada (RHCSA)
Dünyanın aparıcı şirkətlərindən biri olan “Red Hat” ilə uzun illərdir davam edən akademik tərəfdaşlığımız çərçivəsində Red Hat Certified System Administrator (RHCSA) beynəlxalq sertifikatına sahib ola bilərsiniz.

Bizdən tez-tez soruşurlar
- Ümumi
- Akademiya
- Qəbul
- Qiymət və ödəniş
Code Academy nə ilə məşğuldur?
2015-ci ildə fəaliyyətə başlayan Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.
Harada yerləşir?
Code Academy şəhərin mərkəzində, gediş-gəliş üçün ictimai nəqliyyat imkanlarının əlverişli olduğu bir məkanda, Nizami küçəsi 203B, AF Business House-un 2-ci mərtəbəsində yerləşir.
Hansı tədris proqramları mövcuddur?
Code Academy 10 tədris proqramı mövcuddur. Full stack back-end, Full stack front-end, Qrafik Dizayn və Vizual Kommunikasiyalar, UX/UI Dizayn, Digital Memarlıq və 3D, 2D Motion Dizayn, Digital Marketing, Kiber Təhlükəsizlik, Data Analitika və AI Powered Game Design.
Online tədrislər olur?
Bəli, Code Academy daxilində Digital Marketing, Full stack back-end, Full stack front-end və Digital Memarlıq və 3D tədris proqramları üzrə online tədris keçirilir. Tələbələr başlayacaq qruplara online formada sinifdaxili tələbələr ilə birlikdə dərsdə canlı şəkildə iştirak edirlər. Online qoşulan tələbələr tədris proqramının tərkib hissəsi olan ev tapşırıqları, quiz və test, kiçik və buraxılış layihələrini təhvil verib Code Academy-dən məzun ola bilərlər.
Dərs zamanı öz kompüterim olmalıdır?
Tədris zamanı mövzuların praktiki tətbiqinin dərhal həyata keçirilməsi üçün hər bir tələbə sinifdaxili kompüterlərlə təmin olunur.
Rus dilində dərslər var?
Akademiyada dərslər Azərbaycan dilində keçirilir.
Qeydiyyat neçə yaşdan aparılır?
Akademiyamızda qeydiyyat 15 yaşdan etibarən aparılır. Qeyd edək ki, yaş ortalaması tədris proqramlarından asılı olaraq dəyişir.
Qeydiyyat üçün nə zaman yaxınlaşa bilərəm?
Dərslərin başlama tarixi isə akademiya tərəfindən müəyyən edilir. Proqram məsləhətçiləri ilə danışdıqdan sonra, sizin üçün uyğun olan qrupa qeydiyyat aparılır.
Ali təhsilə ehtiyac var?
Code Academy-də təhsil almaq üçün ali təhsil vacib deyil. Tədris proqramına qatılan tələbələrin gələcəkdə mütəxəssis olmaq üçün istəkli olmaları kifayətdir.
İngilis dili vacibdir?
Digital Marketinq və Kiber Təhlükəsizlik tədris proqramları üçün ingilis dili biliyi vacibdir. Akademiya daxilində yalnız qeydiyyatdan keçən tələbələrimiz üçün yaradılan ingilis dili tədrisi ilə baza bilik çatışmazlığı təhsilin ilk aylarında aradan qaldırılır.
Tədris ödənişlidir?
Code Academy ödənişli xidmət göstərən bir tədris mərkəzidir. Tədris proqramının qiyməti tələbənin seçəcəyi ödəmə üsuluna, ödəmə şəklinə, seans seçiminə əsasən müəyyənləşdiyi üçün bu məlumatı proqram məsləhətçilərimiz görüş zamanı təqdim edir.
Niyə qiymət görüş zamanı deyilir?
Qiymət cədvəli ilə tanış olmaq üçün akademiyaya yaxınlaşaraq proqram məsləhətçiləri ilə görüşmək mümkündür. Görüş zamanı akademiyada dərslərin keçirilmə şəraiti, instruktorlar, təhsil modeli, kurrikulum, akademiyanın maddi texniki bazası və ümumi atmosferi ilə tanış ola biləcəksən. Yalnız bundan sonra namizəd bizimlə davam etmək istəyərsə qiyməti elan edirik və ona uyğun müvafiq ödəniş planını seçərək qeydiyyatdan keçir.
Zəmanət verilir?
Code Academy-nin Zəmanətli Təhsil Modeli ilə hər bir tələbəyə təhsilini təkrarlama imkanı verilir. 90% dərslərdə iştirak etməsinə baxmayaraq, tədrisi yetərincə mənimsəmədiyini düşünən məzunların təkrar təhsil alma hüququ var. İlk dəfə Code Academy-də tətbiq olunan bu sistem özünə tam inanan və sektorun tələblərinə hazır peşəkarlar yetişdirir.
Hansı ödəniş formaları mövcuddur?
Ödənişi hissəli və ya birbaşa şəkildə etmək mümkündür. Hissəli ödəniş 6-18 aylıq ödəmə şəklindədir. Qiymət seçdiyiniz ödəniş formasına görə müəyyənləşir.
Gələk əsas məsələyə…
Təlim proqramını tamamladıqdan sonra iş həyatına başlamağa tam hazır olursan. Sahə üzrə əməkhaqqı səviyyəsi belədir:
Kiçik mütəxəssis
Təcrübə: 2 ilə qədər
18.000 AZN +
Mütəxəssis
Təcrübə: 3 ilə qədər
30.000 AZN +
Baş Mütəxəssis
Təcrübə: 5 ildən çox