Bloq / Digital Memarlıq / Digital memarlıqda BIM texnologiyası nədir və gələcəyi necə dəyişir?

Digital memarlıqda BIM texnologiyası nədir və gələcəyi necə dəyişir?

Tarix boyu memarlıq sənəti daima dəyişərək dövrün tələblərinə uyğun inkişaf edib. Əvvəllər hər şey kağız üzərində çəkilmiş sadə eskizlərlə başlasa da, daha sonra AutoCAD kimi proqramların yaradılması dizayn prosesinin rəqəmsallaşmasına təkan verdi. Bu gün digital memarlıq artıq təkcə vizual dizaynla məhdudlaşmır. Layihənin hər bir detalı, materiallardan enerji sərfiyyatına, xərclərdən texniki xidmətə qədər rəqəmsal şəkildə izlənilir və idarə olunur. Bu inqilabi yanaşmanın adı BIM (Building İnformation Modeling) texnologiyasıdır.

BIM nədir?

BIM (Building Information Modeling) memarlıqda sadəcə bir 3D model deyil, həmçinin binanın digital əkizidir. O, layihənin a-dan z-yə olan bütün səviyyələrini, yəni ideyadan tikintiyə, istismardan yenidənqurmaya qədər idarə etmək imkanı yaradır.

Digital memarlıqda BIM niyə lazımdır?

1. Əməkdaşlıq imkanı

BIM müxtəlif sahələrin mütəxəssislərini, memarları, mühəndisləri, dizaynerləri, tikinti şirkətlərini və sifarişçiləri eyni platformada birləşdirir. Bununla da, işi görənlərin hər biri eyni model üzərində real vaxtda işləyə bilirlər. Bu isə məlumatların itirilməsinin qarşısını alır və iş prosesini sürətləndirir.

2. Səhvlərin minimuma endirilməsi

Ənənəvi layihələrdə tikinti zamanı gözlənilməz problemlər tez-tez ortaya çıxır. Digital memarlıqda BIM (Building İnformation Modeling) isə bu problemləri layihənin erkən mərhələsində əvvəlcədən görməyə imkan verir. Yəni tikinti başlamadan əvvəl potensial səhvlər aşkarlanır və düzəldilir.

3. Xərclərə nəzarət

BIM vasitəsilə material istifadəsi daha dəqiq hesablanır, israfın qarşısı alınır və büdcə optimallaşdırılır. Bu yanaşma digital memarlıqda həm sifarişçi, həm də memar üçün böyük rol oynayır.

4. Davamlılıq və ekoloji yanaşma

BIM texnologiyası digital memarlıqda enerji səmərəliliyini artıran həllərin əvvəldən modelləşdirilməsinə şərait yaradır. Beləliklə, “yaşıl memarlıq” prinsipləri daha effektiv tətbiq olunur.

5. Vizualizasiya üstünlükləri

Digital memarlıqda BIM yalnız layihəni 3D formada göstərməklə kifayətlənmir. Onu həm də VR (Virtual Reality) və AR (Augmented Reality) mühitində təqdim edə bilir. Bu isə sifarişçiyə layihəni təqdim etməzdən əvvəl tanış olmaq imkanı verir.

BIM texnologiyasının gələcək rolu

BIM artıq bu gün digital memarlıqda əvəzolunmaz rol oynasa da, gələcəkdə onun təsiri daha da artacaq.

Ağıllı şəhərlər

Digital memarlıqda BIM (Building İnformation Modeling) şəhər planlaşdırılmasında istifadə olunaraq bütün infrastrukturun digital modelini yaratmağa imkan verəcək. Nəticədə, nəqliyyat, enerji və ekoloji sistemlər daha effektiv inteqrasiya olunacaq.

Süni intellekt inteqrasiyası

Süni intellekt alətləri ilə zənginləşdirilmiş BIM modelləri, digital memarlıqda layihələrin həm keyfiyyətini artıracaq, həm də sürətli və dəqiq nəticələr əldə etməyə şərait yaradacaq.

VR/AR ilə tam inteqrasiya

Memarlar müştəriləri layihənin içində virtual olaraq gəzdirməklə daha aydın təqdimatlar edə biləcəklər.

Məlumat əsaslı qərarlar

Digital memarlıqda BIM gələcəkdə bütün qərarların məlumat üzərində qurulmasına şərait yaradacaq. Bu isə riskləri azaldaraq tikinti prosesini daha şəffaf şəkildə davam etdirməyə  kömək olacaq

Beynəlxalq standart

Bir çox ölkələrdə artıq dövlət layihələri üçün BIM istifadəsi zəruridir. Yaxın gələcəkdə bu, qlobal memarlıq standartına çevriləcək.

Digital memarlıqda BIM və karyera imkanları

Bugünki əmək bazarında BIM (Building İnformation Modeling) biliklərinə sahib olan mütəxəssislərə tələbat artmaqda davam edir. Çünki şirkətlər yalnız ənənəvi dizayn bacarıqlarını deyil, həm də rəqəmsal texnologiyalarla işləməyi bacaran digital memarlara üstünlük verirlər.

Memarlar üçün BIM bacarıqları:

  • AutoCAD, Revit, ArchiCAD kimi proqramlarla işləmək,
  • BIM modellərinin yaradılması və idarə olunması,
  • Layihə idarəçiliyi və koordinasiya bacarıqlarıdır.

Bu bacarıqlara sahib olan digital memarlar həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə geniş karyera imkanları qazana bilirlər.

BIM texnologiyası artıq sadəcə bir seçim deyil, digital memarlığın ayrılmaz tərkib hissəsinə çevrilib. Bu yanaşma memarlıq və tikinti sahəsində ənənəvi metodları kökündən dəyişdirərək daha dəqiq, sürətli və ekoloji həllər təqdim edir. Layihələrin ilk mərhələsində xətaların qarşısını almaq, vaxt və resurslara qənaət etmək, sifarişçiyə binanı tikilməmişdən əvvəl real mühitdə göstərmək, bütün bunlar BIM-in gətirdiyi üstünlüklərdir.

Gələcəyin memarlığı artıq BIM üzərində qurulur. Bu səbəbdən, digital memarlıq sahəsində uğur qazanmaq istəyən hər bir mütəxəssis üçün BIM biliklərinə sahib olmaq lüks yox, zərurətdir. Çünki BIM yalnız bu günün işlərini asanlaşdırmır, həm də sabahın şəhərlərini, binalarını və həyat tərzini formalaşdırmaqda kömək edir. 

Digital Memarlıq və 3D

İnteryer və eksteryer dizaynla maraqlanırsansa, xəyalındakı layihəni yaratmaq və modelləmək istəyirsənsə, bu sahədə biliklərini artırmağı hədəfləyirsənsə, Digital Memarlıq və 3D tədris proqramını sənin üçün hazırlamışıq.  Memarlıq ixtisası üzrə ali təhsilin olmasa da, tədris proqramını bitirdikdən sonra xəyallarının memarı olacaqsan.

Növbəti qrup: 27 Oktyabr 2025