• 120 saat tədris
  • Campus/Online

Digital Marketing Professional – DMI Pro

“SEO”, “PPC”, “Conversion rate”, “ROI”, “Email marketing”, “Ads Manager” - bu terminlər indi sənə anlaşılmaz gələ bilər. Tədris proqramının sonunda nəinki gələcək ixtisasının bütün terminlərinə bələd olacaqsan, həmçinin brendləri digital dünyada var edən professionala çevriləcəksən.

Code Academy’nin üstünlükləri
Praktiki tədris

Dərs saatlarından əlavə təşkil edilən Lab günlərində instruktor və mentorlarla birlikdə keçirilən mövzular üzrə praktika edəcəksən. Nəticədə hər şey sənə daha asan gələcək.

Buraxılış işi

Buraxılış işi Code Academy-dəki təhsilin yekun layihəsidir və gələcək həyatında çox önəmli rol oynayacaq.

Akademik transkript

Tapşırıq və layihələr instruktor tərəfindən yoxlanılır, qiymətləndirmə əsasında sənin bilik və bacarıqların müəyyənləşir.

Mentor sistemi

Akademiyada öyrəndiyin bilik və bacarıqları mentor sistemi ilə daha da inkişaf etdirəcəksən.

Beynəlxalq sertifikat

Tədris proqramlarını uğurla başa vuran tələbələrimiz Code Academy diplomu qazanmaqla yanaşı, beynəlxalq sertifikasiya imtahanlarına daxil olma haqqı əldə edirlər.

Təhsil lisenziyası

Elm və Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunmuş ilk və tək əlavə təhsil müəssisəsiyik.

Tədris proqramı

120 saat

Tədrisimiz akademik partnyoru olduğumuz, İrlandiya mərkəzli Digital Marketing Institute-un proqramı əsasında hazırlanmışdır.

1. Digital Marketinqin əsasları

Sual kopyalandı
plus

Bu modul digital marketinqin əsas prinsiplərini və məqsədlərini əhatə edir. Modul sizə aydın, həyata keçirilə bilən biznes hədəfləri müəyyən etmək, digital araşdırma apararaq auditoriyanız və sektorunuz haqqında məlumat əldə etmək, müştərilərinizlə effektiv kommunikasiya yaradaraq tam inteqrasiya olunmuş 360 dərəcə digital marketinq kampaniyasının təməllərini hazırlamağa imkan verəcəkdir.

2. Vebsayt optimizasiyası

Sual kopyalandı
plus

Bu modul veb saytın effektiv dizaynını və veb saytın optimallaşdırılmasının əsas anlayışlarını əhatə edir. Bu sizə WordPress istifadə edərək sadə, yaxşı tərtib edilmiş və optimallaşdırılmış veb sayt qurmaq imkanını verəcəkdir. Modul veb saytların fəaliyyətini izləmək və nəticələri ölçmək üçün statistikadan necə istifadə olunacağını da əhatə edir.

3. SMM – Sosial Media Marketinqi

Sual kopyalandı
plus

Bu modul Digital Marketinq üçün əsas sosial media platformalarını əhatə edir və sosial medianın biznes məqsədli necə istifadə ediləcəyini göstərir. Sosial media auditoriyasını böyütmək və cəlb etmək üçün ən yaxşı üsulları və təcrübələri izah edir. Həmçinin əsas sosial platformalarda effektiv ödənişli reklam kampaniyalarının necə qurulacağını öyrədir.

4. Kontent Marketinqi

Sual kopyalandı
plus

Bu modul kontent marketinqin əsas prinsiplərini əhatə edir. Kontent marketinq strategiyasını yaratmaq, planlaşdırmaq və həyata keçirmək üçün tələb olunan bilik və bacarıqları aşılayır. Kontentin yaradılması, təkmilləşdirilməsi, planlaşdırma vasitələri və təşviq üsullarından istifadə edərək onun dəyərini artırmağı əhatə edir.

5. SEO – Axtarış Motoru Optimizasiyası

Sual kopyalandı
plus

Bu modul SEO-nun əsasları və axtarış motorlarının necə işlədiyindən başlayır. Veb sayta düzgün ziyarətçi gətirən SEO kontent planını qurmaq üçün açar söz və rəqib araşdırmalarından necə istifadə olunacağını izah edir. Həmçinin, real veb saytın Googleda indexlənməsi prosesi, nəticələrin ölçülməsi və analizi öyrədilir.

6. Digital Display və Video Reklamları

Sual kopyalandı
plus

Bu modulun əsasları Display və Video reklamı ilə başlayır. Bir YouTube kanalının necə qurulacağını və idarə olunacağını nümayiş etdirir. Google Display Şəbəkəsi və YouTube’da mövcud olan reklam formatlarını əhatə edir. Display və Video kampaniyalarının necə qurulduğunu və idarə olunduğunu göstərir. Ayrıca, auditoriyanı necə düzgün hədəfləməli olduğunuzu izah edir.

7. Axtarış Motoru Reklamları

Sual kopyalandı
plus

Bu modul Google Ads istifadə edərək ödənişli axtarış kampaniyalarının necə yaradılması və idarə olunmasını öyrədir. Auksionunun əsas anlayışlarını, reklam büdcələrini necə idarə etməyi və ödənişli axtarış kampaniyalarını necə optimallaşdırmağı izah edir. Ayrıca, Google Analytics və Google Search Console-dan istifadə edərək axtarış kampaniyalarının performansını necə ölçməyi və hesabat verməyi əhatə edir.

8. E-Mail Marketinqi

Sual kopyalandı
plus

Bu modul seqmentləşdirmə, şəxsiləşdirmə, məlumatların qorunması ilə bağlı qanunvericilikdən bəhs edir. Modul əsas e-mail marketinq vasitələri və üsulları ilə yanaşı, abunə olanların siyahısı və e-mail dizaynının ən yaxşı təcrübələrini araşdırır. E-mail-ın açılması, klik sayı və marketinqin avtomatlaşdırılması vasitələri ilə e-mail kampaniyasını yaratmaq, test etmək və optimallaşdırmaq yollarını əhatə edir.

9. Veb Analitik

Sual kopyalandı
plus

Google Analytics 4-un necə qurulduğunu, konfiqurasiyasını, veb saytın trafiki və izləyiciləri haqqında məlumatları əldə etmək üçün Google Analytics 4 izləmə kodu quraşdırmağı izah edir. Kampaniyaları izləmək və təhlil etmək üçün Google Analytics 4 hesabatlarından və xüsusiyyətlərindən necə istifadə ediləcəyi barədə ətraflı məlumat verilir.

10. Digital Marketinq Strategiyası

Sual kopyalandı
plus

Bu modul effektiv digital marketinq strategiyasının əsas komponentlərini müəyyənləşdirir. Effektiv büdcə planının hazırlanması və ROI-nin ölçülməsi yollarını izah edir. Kanal seçimi, düzgün mesaj, aydın, effektiv hədəflər və ölçülə bilən KPI-ların necə qurulacağını əhatə edir. Modul ümumi plan, ödənişli media planı, kampaniyanın fəaliyyət planı və digital marketinq strategiyasının necə həyata keçiriləcəyini izah etməklə başa çatır.

Növbəti qruplarımız
2 yeni qrup

Aşağıdakı bölmədən tezliklə başlayacaq qruplarımızla tanış ol və tədris başlamadan yerini tut.

22 İyun 2024
Dərs günləri

Həftəsonu

Dərs saatları

15:20 - 20:10

  • campus
  • online campus
22 İyul 2024
Dərs günləri

Həftəiçi

Dərs saatları

19:00 - 21:45

  • campus
  • online campus
Digital dünyaya keçənlər #məzunlarburada
Könül Həsənova

Performance Marketing Specialist / Bolt, Tallin

"Code Academy vasitəsilə digital marketing sahəsi ilə tanış olmağım “hansı sahə üzrə karyera qurmaq istəyirəm?” sualına dəqiq cavab tapmağıma səbəb oldu."

Bayram Camallı

Digital Marketing Specialist / Brendup

"Akademiya netvörking baxımından mənə çox kömək oldu. Həm burada mütəxəssislərin təcrübələrindən faydalana bildim, həm də instruktorumun məni yönəltdiyi bir çox iş görüşmələrində uğurlu nəticələr göstərdim."

Tomris Bədəlova

Digital Marketing Expert / Kapital Bank

"Code Academy-də aldığım təhsil nəinki mənə yeni biliklər, həmçinin, yeni iş, yeni insanlar qazandırdı və böyük imkanlar yaratdı! Bir sözlə, bir tədrisdən daha çoxu!"

Kənan Rəcəbli

Key Account Manager / Evido

Hürü İsmayılova

Digital Marketer / Google

"Code Academy-də aldığım biliklər iş prosesini mənim üçün asanlaşdırdı və digital marketing sahəsində istifadə oluna biləcək alətlər haqqında yeni məlumatlar verdi."

Şəhla Orucova

Senior Digital Marketing Specialist / ABB

"Code Academy-də təhsil almaq qərarını verdiyimdə mənim üçün bu qədər vacib bir yer olacağını düşünməmişdim. Çünki zamanla akademiya, sadəcə, gəlib tədris alıb getdiyiniz bir yerdən bütün gününüzü keçirdiyiniz doğma bir məkana çevrilir. Bu da öz növbəsində yeni dostluqlar, əlaqələr yaradır."

Lalə Babaşova

Digital Marketing Specialist / Kazunion Turoperator Azerbaijan by Rustar

"Digital marketinqin sərhədsiz dünyasını kəşf etmək, bazarda olan böyük markaların hədəflərinin reallaşmasının bir parçası olmaq, hər gün yenidən yaşadığım həyəcanlı təcrübədir. Bu bənzərsiz təcrübədə ən böyük və ilk yol yoldaşım Code Academy olduğu üçün şanslıyam."

Yusif Cəfərzadə

Digital Marketing Specialist / HAVAS

"Həmişə yaşadığım dünyanın sərhədləri mənə maraqlı gəlib. Amma biraz təmbələm. Oturduğum yerdən öz dünyamı necə tanıya bilərəm?-deyə düşünəndə özümü Code-da tapdım. Oradakı təhsilim sayəsində indi dünya mənim əlimin altındadır. Sərhədləri özüm təyin edirəm."

Sualın var?
Gəl görüşək!

Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.

Zəhmət olmasa, adınızı qeyd edin

Zəhmət olmasa, soyadınızı qeyd edin

Telefon nömrəsin düzgün daxil edin

Zəhmət olmasa, doğru email ünvanınızı qeyd edin

img

Müraciətiniz qeydə alındı

Qısa zaman ərzində sizə geri dönüş edəcəyik!

Digital gələcəyi yaradanlar #MeetCodeEducator
#sertifikatburada (Code Academy)

Digital Marketing Professional tədris proqramını bitirdiyini təsdiq edəcək diplom və gələcək karyeranı qurmaqda sənə dəstək olacaq beynəlxalq sertifikat imtahanlarına giriş imkanı yaradırıq. Həmçinin, aşağıda qeyd edilən qlobal sertifikatlara sahib ola bilərsən.

#sertifikatburada (Certified Digital Marketing Professional (CDMP)

Eksklüziv partnyorluq nəticəsində Code Academy-nin Digital Marketinq tədris proqramı beynəlxalq standarta uyğun olaraq hazırlanmışdır və bu proqramdan məzun olan tələbələr ödənişsiz şəkildə beynəlxalq “Certified Digital Marketing Professional” sertifikat imtahanına daxil olaraq bu sertifikatı əldə etmək imkanına sahib olurlar.

#sertifikatburada (Meta Blueprint)

Həmçinin uğurlu nəticə göstərən tələbələr “Meta Blueprint” sertifikat imtahanına daxil olmaq imkanı qazanırlar.

Bizdən tez-tez soruşurlar

  • Ümumi
  • Tədris proqramları
  • Qəbul
  • Qiymət və ödəniş

Code Academy nə ilə məşğuldur?

Sual kopyalandı minus

2015-ci ildə fəaliyyətə başlayan Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.

Harada yerləşir?

Sual kopyalandı minus

Code Academy şəhərin mərkəzində, gediş-gəliş üçün ictimai nəqliyyat imkanlarının əlverişli olduğu bir məkanda, Nizami küçəsi 203B, AF Business House-un 2-ci mərtəbəsində yerləşir.

Hansı tədris proqramları mövcuddur?

Sual kopyalandı minus

Code Academy 8 tədris proqramı mövcuddur. Full stack back-end, Full stack front-end, Qrafik Dizayn və Vizual Kommunikasiyalar, UX/UI Dizayn, Digital Memarlıq və 3D, 2D Motion Dizayn, Digital Marketing, “Offensive” Cyber Security, “Defensive” Cyber Security.

Online tədrislər olur?

Sual kopyalandı minus

Bəli, Code Academy daxilində Digital Marketing, Full stack back-end, Full stack front-end və Digital Memarlıq və 3D tədris proqramları üzrə online tədris keçirilir. Tələbələr başlayacaq qruplara online formada sinifdaxili tələbələr ilə birlikdə dərsdə canlı şəkildə iştirak edirlər. Online qoşulan tələbələr tədris proqramının tərkib hissəsi olan ev tapşırıqları, quiz və test, kiçik və buraxılış layihələrini təhvil verib Code Academy-dən məzun ola bilərlər.

Dərs zamanı öz kompüterim olmalıdır?

Sual kopyalandı minus

Tədris zamanı mövzuların praktiki tətbiqinin dərhal həyata keçirilməsi üçün hər bir tələbə sinifdaxili kompüterlərlə təmin olunur.

Rus dilində dərslər var?

Sual kopyalandı minus

Akademiyada dərslər Azərbaycan dilində keçirilir

Qəbul üçün hansı sənədlər lazımdır?

Sual kopyalandı minus

Tədris proqramlarına qeydiyyat üçün yalnız şəxsiyyət vəsiqəsi tələb olunur.

Qeydiyyat neçə yaşdan aparılır?

Sual kopyalandı minus

Akademiyamızda qeydiyyat 15 yaşdan etibarən aparılır və tədris proqramlarından asılı olaraq dəyişir.

Qeydiyyat üçün nə zaman yaxınlaşa bilərəm?

Sual kopyalandı minus

Proqram məsləhətçiləri ilə danışdıqdan sonra, sizin üçün uyğun olan qrupa qeydiyyat aparılır. Dərslərin başlama tarixi isə akademiya tərəfindən müəyyən edilir.

Ali təhsilə ehtiyac var?

Sual kopyalandı minus

Code Academy-də təhsil almaq üçün ali təhsil vacib deyil. Tədris proqramına qatılan tələbələrin gələcəkdə mütəxəssis olmaq üçün istəkli olmaları kifayətdir.

İngilis dili vacibdir?

Sual kopyalandı minus

Full stack back-end, Full stack front-end, Digital Marketinq və Kiber Təhlükəsizlik tədris proqramları üçün ingilis dili biliyi vacibdir. Akademiya daxilində yalnız qeydiyyatdan keçən tələbələrimiz üçün yaradılan ingilis dili tədrisi ilə baza bilik çatışmazlığı təhsilin ilk aylarında aradan qaldırılır.

Tədris ödənişlidir?

Sual kopyalandı minus

Code Academy ödənişli xidmət göstərən bir tədris mərkəzidir. Tədris proqramının qiyməti tələbənin seçəcəyi ödəmə üsuluna, ödəmə şəklinə, seans seçiminə əsasən müəyyənləşdiyi üçün bu məlumatı proqram məsləhətçilərimiz görüş zamanı təqdim edir. Proqram məsləhətçilərimiz həftənin 6 günü xidmət göstərir

Niyə qiymət görüş zamanı deyilir?

Sual kopyalandı minus

Qiymət cədvəli ilə tanış olmaq üçün akademiyaya yaxınlaşaraq proqram məsləhətçiləri ilə görüşmək mümkündür. Görüş zamanı akademiyada dərslərin keçirilmə şəraiti, instruktorlar, təhsil modeli, kurrikulum, akademiyanın maddi texniki bazası və ümumi atmosferi ilə tanış ola biləcəksən. Yalnız bundan sonra namizəd bizimlə davam etmək istəyərsə qiyməti elan edirik və ona uyğun müvafiq ödəniş planını seçərək qeydiyyatdan keçir.

Zəmanət verilir?

Sual kopyalandı minus

Code Academy-nin Zəmanətli Təhsil Modeli ilə hər bir tələbəyə təhsilini təkrarlama imkanı verilir. 90% dərslərdə iştirak etməsinə baxmayaraq, tədrisi yetərincə mənimsəmədiyini düşünən məzunların təkrar təhsil alma hüququ var. İlk dəfə Code Academy-də tətbiq olunan bu sistem özünə tam inanan və sektorun tələblərinə hazır peşəkarlar yetişdirir.

Hansı ödəniş formaları mövcuddur?

Sual kopyalandı minus

Ödənişi hissəli və ya birbaşa şəkildə etmək mümkündür. Hissəli ödəniş 6-10 aylıq ödəmə şəklindədir. Qiymət seçdiyiniz ödəniş formasına görə müəyyənləşir. Həmçinin, BirBank kartın varsa tədris proqramlarını aylara bölərək də ödənişi həyata keçirə bilərsən.

Gələk əsas məsələyə…

Tədris proqramını tamamladıqdan sonra iş həyatına başlamağa tam hazır olursan. Sahə üzrə əməkhaqqı səviyyəsi belədir:

Junior Specialist

Təcrübə: 2 ilə qədər

15.600 AZN +

Lead Specialist

Təcrübə: 3 ilə qədər

30.000 AZN +

Digital Marketing Manager

Təcrübə: 3 ildən çox

44.400 AZN +

Qərar verə bilmirsən? Master-klassda iştirak et

Onlayn və ya əvvəlcədən görüş təyin edərək kampusda demo dərsə qatıla bilərsən. Əminik ki, gələcəyin üçün ən yaxşı qərarı verəcəksə