Bu yay övladınızı həm texnologiya ilə yaxından tanış edəcək, həm də yaradıcılığını inkişaf etdirəcək bir tədris proqramı axtarırsınızsa, sizi AI-Powered Game Design Yay Bootcamp-inə dəvət edirik! Bu proqram, 12–16 yaş arası yeniyetmələr üçün nəzərdə tutulub və oyun dizaynının əsaslarını öyrətməklə yanaşı, süni intellektin gücündən necə istifadə olunacağını da praktiki şəkildə göstərir.
Game Design Yay Bootcamp-i 5 həftə müddətində davam edəcək və hər həftənin 5 günü, hər gün 3 saatlıq dərs sessiyaları ilə yeniyetmələr öz oyunlarını sıfırdan dizayn etməyi öyrənəcəklər.
Modullar və Tədris Prosesi
Sadəcə oynamaq yox, artıq yaratmaq vaxtıdır! Game Design Yay Bootcamp-ində tədris proqramı aşağıdakı əsas mövzuları və modulları əhatə edir:
1. Həftə: Oyun Dizaynına Giriş, Mətn Əsalı Süni İntellekt Alətləri, Sənədləşdirmə
Game Design Yay Bootcamp-nin ilk həftəsində yeniyetmələr oyun dizaynının əsas anlayışlarını və oyun növlərinin xüsusiyyətlərini öyrənəcək, platforma oyunu üçün səviyyə dizayn edərək bu prinsipləri tətbiq edəcəklər. Alqoritm məntiqi və proqramlaşdırma düşüncəsinin əsasları möhkəmləndiriləcək. Tələbələr oyun konsepti yaradılmasını, hekayə, mövzu və personaj kimi əsas komponentləri qurmağı öyrənəcək, mətn əsaslı süni intellekt alətlərindən istifadə bacarığı qazanacaqlar. Atributlar hesab sistemləri (Score systems) və fizika qaydaları ilə tanış olaraq oyun təcrübəsini inkişaf etdirəcək, Game Design Document hazırlamağı öyrənəcəklər.
2. Həftə: Vizual Süni İntellekt Alətləri, 2D Vizuallar, Puzzle və Platforma Oyunlarının Yaradılışı
Yay Bootcamp-nin ikinci həftəsində övladlarınız oyun incəsənətinin əsas anlayışlarını öyrənəcək, süni intellekt alətləri vasitəsilə 2D qrafikalar yaradaraq onları layihələrə inteqrasiya etməyi bacaracaqlar. Bu müddət ərzində yaradıcı düşüncə və vizual dizayn bacarıqları inkişaf etdiriləcək. Tələbələr hazırladıqları vizuallarla Arcade tipli puzzle və 2D platforma oyunları üzərində işləyəcək, fiziki dinamikalar (cazibə qüvvəsi, toqquşma, hərəkət) tətbiq etməyi öyrənəcəklər. Həftə sonunda həm manual, həm də süni intellekt dəstəyi ilə oyun dizaynını başa düşərək, bu bilikləri layihələrində tətbiq edəcəklər.
3. Həftə: Oyunlarda UX/UI Dizayn, Animasiya Sistemləri
Game design Yay Bootcamp-nin üçüncü həftəsində yeniyetmələr texniki tərəfdən, random spawner mexanikası, taglərlə obyekt təsnifi və düşmən AI davranışlarının qurulması kimi bacarıqları inkişaf etdirəcəklər. Health bar simulyasiyası ilə oyunçu vəziyyətlərini dinamikaya daxil etməyi öyrənəcək, komanda işi və layihə idarəetmə təcrübəsi qazanacaqlar. Eyni zamanda UX/UI prinsiplərini öyrənərək menyu, düymə, xal və nəticə ekranları kimi interfeys elementlərini dizayn edib layihələrə inteqrasiya etməklə funksional və estetik oyun təcrübəsi yaratma bacarığı əldə edəcəklər.
4. Həftə: Səs Effektləri, Məlumat Əsaslı Proqramlaşdırma
Yay Bootcamp-nin bu mərhələsində yeniyetmələr oyunlarda səslərin rolunu anlayacaq, süni intellekt alətləri ilə özünəməxsus səs faylları yaradaraq onları layihələrə inteqrasiya etməyi öyrənəcəklər. Müxtəlif oyun mexanikalarını birləşdirərək oyun axınını və dinamikasını təkmilləşdirəcəklər. Table vasitəsilə məlumatların istifadəsi və oyun mexanikalarına inteqrasiyası da təcrübə edəcəklər.
5. Həftə: Oyunların test edilməsi və yayınlanma prosesi, Final layihə üzərində iş
Game Design Yay bootcamp-nin son həftəsində övladınız tam oyun layihəsi üzərində işləyəcək. Burada onlar əvvəlki həftələrdə öyrəndikləri hər şeyi, yəni dizayn, süni intellekt, səs və oyun mexanikalarını bir layihədə birləşdirəcəklər. Layihənin planlaşdırılması, təqdimat bacarıqları və oyunun nümayiş etdirilməsi kimi mərhələləri də əhatə edən bu həftə, iştirakçıların oyun yaratma prosesinə tam şəkildə anlama imkanı yaradacaq. Nəticədə, övladlarınız sıfırdan öz oyunlarını qura bilən və bunu başqalarına təqdim edə bilən oyun dizaynerlərinə çevriləcəklər.
Praktiki Yanaşma və Real Nəticələr
Game Design Yay Bootcamp-i nəzəriyyə ilə məhdudlaşmır. Hər bir yeniyetmə tədris sonunda real oyun layihəsi ilə çıxış edir. Bu layihələr onların həm portfoliolarına əlavə edilir, həm də gələcək texnoloji bacarıqlarının təməlini qoyur.
Niyə bu Game Design Yay Bootcamp-i?
– Yaradıcılıq və problem həll etmə bacarığı inkişaf edir
– Komanda işi və kommunikasiya bacarıqları formalaşır
– Süni intellektlə işləmə bacarığı yaranır
– Uşaqlar yalnız oynamağı deyil, həm də yaratmağı öyrənirlər
Bu yay, uşağınızın potensialını Game Design Yay Bootcamp-də ortaya çıxarmaq vaxtıdır!