Bloq / Game Design / AI Powered Game Design – Game Design tədris proqramı

AI Powered Game Design – Game Design tədris proqramı

Artıq yeniyetmələr də Code Academy-də tədris ala biləcəklər! Yeni tədris proqramımız AI powered Game Design 12-16 yaş aralığında olan, öz oyunlarını yaratmaq istəyən yeniyetmələr üçün nəzərdə tutulmuşdur.

Game Design proqramında yeniyetmələr yaradıcılıqlarını, problem həll etmə və texniki bacarıqlarını inkişaf etdirərək, süni intellekt dəstəyi (AI powered) ilə sıfırdan öz oyunlarını yaradacaqlar.

12 həftə müddətində davam edəcək Game Design tədrisi, əsas olaraq oyun mexanikası, vizual-audio dizayn, istifadəçi təcrübəsi və süni intellekt alətlərinin oyuna inteqrasiyasını öyrədərək, tələbələrə gələcəyin oyun dünyasında güclü bir baza və baxış qazandıracaq. 

Game Design tədris proqramına nələr daxildir?

1-3-cü həftə:

İlk üç həftədə tələbələr Game Design sahəsinin əsas prinsipləri, alqoritmik anlayışlar, oyun mexanikaları, konsept yaradılması, yəni hekayə, mövzu, personaj və səviyyə anlayışları, oyunlarda vizual incəsənət və süni intellekt alətlərindən istifadəni mənimsəyəcəklər.

Tələbələr Game Design əsas prinsiplərini və anlayışları öyrənəcək həmçinin platforma oyunu üçün bir səviyyə dizayn edərək oyun dizaynı prinsiplərini möhkəmləndirəcək və oyun yaradıcılığına giriş edəcəklər. Bundan əlavə, alqoritm məntiqini möhkəmləndirərək proqramlaşdırma düşüncəsinin əsaslarını mənimsəyəcəklər. Bu müddət ərzində Game Design proqramında tələbələr həmçinin, mətn əsaslı AI alətlərindən oyun yaradılmasının istifadə üsullarını öyrənəcəklər. 

Code Academy-nin tərtib etdiyi “Hesablamağı Öyrənirəm” oyununda bir labirint səviyyəsi dizayn edərək, toplama və maneələrdən yayınma kimi əsas oyun mexanikalarını sadə şəkildə təsvir edərək tətbiq edəcəklər. Bu riyazi bcaraqılarını daha da inkişaf etdirəcək. Əlavə olaraq, fizika qaydalarından istifadə edərək oyun təcrübəsini daha realistik hala gətirməyi bacaracaq və üstəlik, Game Design tədrisində süni intellekt alətlərindən istifadə edərək oyunlar üçün 2D qrafikalar yaratmağı öyrənəcəklər. Game Design tədris proaqramında ilk 3 həftə tələbələrin yaradıcı düşüncə və vizual dizayn bacarıqlarını inkişaf etdirməyinə yönəlmiş olacaq. 

4-6-cı həftə:

Bu müddət ərzində Game Design tədris proqramında tələbələr həm fizika, həm də süni intellekt alətlərindən istifadə edərək Arcade tipli puzzle və 2D Platforma oyunlarını, mükafat-cəza və səviyyə irəliləyişi üzrə sistem dizaynlarının hazırlayacaqlar. Həmçinin, Code Academy tərəfindən hazırlanan Forest Survivor oyununun hazırlanması ilə tag-lərləişləməyi və düşmən oyunçular üçün AI-dan istifadə etməyi öyrənəcəklər. 

Beləliklə, Game Design tədrisində 4-6-cı həftənin sonunda bu oyunların yaradılma prosesini tamamlayacaq və vizualları layihələrinə inteqrasiya etməyi öyrənəcəklər. Həmçinin, fizika qanunlarından istifadə edərək cazibə qüvvəsi, toqquşma və hərəkət kimi dinamikaları tətbiq edəcəklər. Beləcə, bir oyun layihəsini başdan sona planlama və tətbiq etmə təcrübəsi qazanacaqlar. Yeni Game Design proqramında dizayn proseslərini sənədləşdirməyi (GDD) öyrənəcək, texniki işlər çərçivəsində, random spawner mexanikasını yaradaraq təsadüfi obyekt və düşmənlər əlavə etməyi öyrənəcək, tag-lər istifadə edərək oyun elementlərini təsnif edə biləcəklər. 6-cı həftənin sonunda Game Design tədrisi tələbələri bir oyunun həm manual, həm də süni intellekt dəstəkli üsullarla necə dizayn edilə biləcəyini öyrənəcək, texniki bacarıqlarını daha da gücləndirəcək, komanda işi və layihə idarəetmə təcrübəsini də qazanacaqlar.

7-9-cu həftə:

Yeni həftədə Game Design tələbələri oyun proyektlərinin UI elementlərini,menyu, yenidən başlama, qazanma/məğlubiyyət ekranlarını yaradacaq ve inteqrasiya edəcək, eyni zamanda, ElevenLabs kimi süni intellekt (AI) ilə səs effektlərini hazırlayacaq, Code Academy-nin dizayn etdiyi “Hesablamağı Öyrənirəm” oyununun toplama/çıxma əməliyyatı bölməsinin yaradılması, cədvəllərlə işləmə, məlumat çəkilməsi və redaktəetmə kimi riyazi bacarıqlarını da inkişaf etdirəcəkdir. 

Beləliklə, yeniyetmələr Game Design tədris proqramınının 9-cu həftəsinin sonunda oyunlarda istifadəçi təcrübəsinin (UX/UI Dizayn) əsas prinsiplərini öyrənərək layihələrinə effektiv interfeys elementlərini inteqrasiya edə bilmə bacarığı qazanacaq, vizual estetika ilə funksionallığı birləşdirməyi bacaracaqlar. Həmçinin, süni intellekt (AI) alətlərindən istifadə etməklə özünəməxsus səs faylları yaradıb layihələrinə inteqrasiya edərək oyun təcrübəsini zənginləşdirəcəklər. Üstəlik, riyazi əməliyyatları oyunlaşdıracaq və daha dinamik bir oyun təcrübəsi yaradacaqlar. 

Game Design tədrisində tələbələr bütün bu proses ərzində AI alətlərindən istifadə edərək daha özünəməxsus və effektiv məzmunlar yaratma bacarığını da qazanacaqlar. 

10-12-ci həftə:

Artıq 10-cu həftədə Game Design tədris proqramının tələbələri oyun iqtisadiyyatı və balanslaşdırma, test prosesi, oyunun optimizasiyası, yayımlanma prosesi və layihə təqdimatı texnikalarını öyrənəcəklər. Yəni, sıfırdan özlərinin hazırladıqları oyunları təqdim etməyə hazır olacaqlar.

Game Design proqramı bir oyun layihəsini tamamlamağın bütün mərhələlərini öyrətmiş olur. Tələbələr layihələrini planlaşdırma prosesinə başlayacaq və təqdimat texnikalarını öyrənərək, oyunlarını effektiv şəkildə nümayiş etdirmə bacarığı inkişaf etdirəcəklər. Bu proses, həm texniki, həm də kommunikasiya bacarıqlarını möhkəmləndirəcək. 11 və 12-ci həftənin sonunda tələbələr öz oyun ideyalarını reallaşdıraraq öyrəndikləri bütün nəzəri və praktiki bilikləri bir layihədə tətbiq etmək imkanı əldə edəcəklər. 

Game Design tədrisində final layihə zamanı tələbələr, istifadəçi interfeysi, AI , səs inteqrasiyası və oyun mexanikaları kimi mövzuları bir araya gətirərək bütövlükdə bir oyun inkişaf etdirmə prosesini təcrübədən keçirəcəklər. 

Övladınızın həm öz oyunlarını yaradıb, həm də gələcəyin peşəsinə yiyələnməsini istəyirsinizsə Game Design tədrisinə müraciət etməyə tələsin.

AI Powered Game Design

Gələcəyin texnoloji dünyasında övladınız yalnız oyun oynayan deyil, həm də oyun yaradan bir lider olacaq! AI Powered Game Design tədris proqramımız ona süni intellekt və dizayn bacarıqları ilə öz oyunlarını yaratmaq imkanı verir – özü də kod yazmadan!

Növbəti qrup: 31 May 2025