haqqımızda

2015-ci ildə fəaliyyətə başlayan Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir.

2015

1 tədris proqramı – 1 siniflə fəaliyyətə başladıq​

2016

2 sinif otağımızdan 211 məzun verdik.

2017

Microsoft Authorised Education Partner ilə əməkdaşlıq, tədris sahələri 6-ya çatdırıldı​. Microsoft Imagine Academy, AutoDesk, Digital Marketing Institute ilə akademik partnyorluqlar əldə etdik​

2018

Code Academy Campus böyüdü.

10 sinif otağında dərs keçməyə başladıq.

2019

Korporativ təlimlər verməyə başladıq.

2020

COVID-19 pandemiyası səbəbilə evdə qaldıq, əllərimizi çoxlu su və sabunla yuduq və dərsləri Online Campus formatında keçməyə başladıq.

2021

Əlavə təhsil müəssisəsi kimi lisenziya qazandıq və Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq etməyə başladıq.

#GələcəkBurada

IT təməlli tədris sektorunda köklü dəyişikliklərin əsasını qoyan, məzunları həm Özəl, həm də dövlət sektorunun aparıcı şirkət və təşkilatlarında əsas vəzifələrdə işləyən innovativ tədris mərkəzi olaraq gələcək kadrları burada yetişdirirk.

təhsil

lisenziyası

Azərbaycan Respublikasının İqtisad Nazirliyi tərəfindən 17 Noyabr 2020-ci il tarixində verilmiş xüsusi lisenziya əsasında “CODE” Məhdud Məsuliyyətli Cəmiyyətinə əlavə təhsil müəssisələri fəaliyyətinin həyata keçirilməsinə icazə verilir. Bu o deməkdir ki,

  • Code Academy Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunmuş ilk özəl tədris müəssisəsidir.
  • Təhsil bazarının standartlarına və normalalarına cavab verən tədris təşkil olunur.
  • Müntəzəm yoxlamalardan keçdiyimiz üçün tədris proqramlarımızın keyfiyyətindən əmin ola bilərsiniz.

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.