Kamran Cəbiyev A+A Təhlükəsizlik şirkətində peşəkar karyerasına servis mühəndisi olaraq başlayıb. Daha sonra Cisco üzrə beynəlxalq "CCNA switching and routing" sertifikatını əldə edib.Hazırda 2017-ci ildə Code Academy-nin proqramlaşdırma üzrə məzunu olduqdan sonra A+A təhlükəsizlik şirkətində karyera yüksəlişi əldə edərək Software Developer vəzifəsində işləyir. Kamran Code Academy komandasının 2019-cu ilin aprel ayından etibarən proqramlaşdırma müəllimi olaraq üzvüdür.