Bloq / Digital Memarlıq / Digital Memarlıq və 3D: 3 layihə, 3 fərqli üslub

Digital Memarlıq və 3D: 3 layihə, 3 fərqli üslub

Code Academy-də Digital Memarlıq və 3D tədrisi tələbələrə yalnız texniki bilik qazandırmır, həmçinin onlara öz dizayn dünyalarını yaratmaq imkanı da yaradır. Tələbələrimizin tədris müddətində əldə etdiyi biliklər eyni olasa da, hazırladıqları layihələr hər zaman bir-birindən fərqlənir. 

Bu dizaynlar təkcə renderdən ibarət deyil. Onlar tələbənin düşüncə tərzini, estetik zövqünü, üslub baxımından yönləndirmə bacarığını və memarlıq problemlərini həll etmək qabiliyyətini göstərir.

Bu bloqda üç istedadlı tələbəmizin, Aytən Eyvazlı, Günel Mehdiyeva və Samirə Abdullayevanın fərqli üslubları əks etdirən dizaynlarını təqdim edirik. Hər biri memarlıq və interyer dizaynına öz fərdi üslubu ilə rəng qatır:

Günel Mehdiyeva – Şərq lüksü ilə tropik resort atmosferinin sintezi 

Günel Mehdiyeva öz əl işlərində iki fərqli dünyanın, Şərq memarlığının zəngin ornamentləri ilə tropik resort interyerlərinin rahat lüksünü ustalıqla bir araya gətirir. Onun yaratdığı məkanlar həm dekorativ, həm premium, həm də emosional olaraq isti atmosferə malikdir. Bu yanaşma dizaynerin həm klassik Şərq incəliyini qorumaq, həm də müasir lüksü vurğulamaq bacarığını nümayiş etdirir.

Fasad kompozisiyası. Naxışlar, tağlar və klassik şərq silueti

Günelin fasad dizaynlarında Şərq memarlığına xas olan dekorativ elementlər, sütunlar və tağlı girişlər üstünlük təşkil edir. Bej-qızılı tonlar isə bu kompozisiyaya aristokratik bir parlaqlıq gətirir.

Tropik Rahatlıq: Geniş otaqlar və palmalı istirahət zonası

Bu interyerlər Maldiv və Bali resort estetikasını xatırladır. Geniş, nəfəs alan, rahat və eyni zamanda premium görünüş. Tropik elementlərlə lüks Şərq detallarının harmoniyası məkanlara həm istirahət, həm də prestij hissi bəxş edir.

Lüks butik atmosferi – zərif işıqlandırma və premium əşyalar

Günelin butik məkanları və vanna otağı dizaynları pastel tonlar, yumşaq işıqlandırma və klassik qızılı aksentlərlə tamamlanır. Bu yanaşma həm modern, həm də zərif klassik lüks anlayışını əks etdirir.

Mebeldə modern retro imzası

Fərqli teksturların cəsarətli kombinasiyası, rəng oyunları və retro-modern formalar onun mebel dizaynında özünü göstərir.

Samirə Abdullayeva – Təbii materialların gücünü müasir lükslə birləşdirən rustik modern yanaşma

Rustik modern və dark contemporary üslublarının premium sintezini yaradan dizayn dili

Samirə Abdullayeva layihəsində təbiətin original fakturaları ilə müasir şəhər lüksünün tünd və premium atmosferini birləşdirib. Onun layihələrində həm səliqəli konstruksiya, həm də emosional dərinlik görünür. Bu, Samirənin məkana yalnız forma ilə deyil, atmosfer ilə də hakim olduğunu göstərir.

Rustik fasad estetikası. Daş, taxta və modern siluetlərin ahəngi

Daş üzlüklər, taxta səthlər və müasir qara çərçivəli pəncərələr Samirənin fasadlarında əsas rol oynayır. Təbii həyət kompozisiyası və hovuz ətrafının işlənməsi isə dizayna həm təbiilik, həm də premium şəhərətrafı villa görünüşü qazandırır.

Dark Contemporary İnteryer. Tünd tonlarla yaradılan dərin premium atmosfer

Samirənin interyerlərində tünd tonlar, mərmər və metal kimi premium materiallar, linear neon işıqlandırmalar xüsusi emosional dərinlik yaradır. Bu, sadəcə vizual effekt deyil, məkana xarakter verən bir imzadır.

İşıqla məkan duyğusunun idarə edilməsi

Onun vizuallarında işıq yalnız texniki element deyil, məkanın “ovqat yaradan” əsas komponentidir. Hər detal, hər kölgə interyerin hekayəsini danışır.

Mebeldə skandinaviya yüngüllüyü ilə müasir formanın birləşməsi

Yumşaq radiuslu formalar, təbii taxta görüntüsü və funksional minimalizm onun mebel dizaynlarını həm rahat, həm də estetik cəhətdən zəngin edir.

Aytən Eyvazlı – Aralıq dənizi memarlığını müasir minimalizmlə harmonik şəkildə birləşdirən zərif dizayn

Aytənin dizaynında ağ-krem rəngli fasadlar, tağlı pəncərələr və taxta panjurlar Aralıq dənizi üslubunu xatırladır. O, bu elementləri müasir və sadə formalarla birləşdirərək həm isti, həm də səliqəli görünən məkan yaradır.

İnteryerlərdə təbiilik və sakitlik. Pastel tonların, günəş işığının və bitkilərin yaratdığı rahat yaşam məkanı

Bu interyerlərdə yumşaq pastel çalarlar, təbii işığın geniş istifadəsi və texniki deyil, “yaşayan” bitki elementləri məkana təbiət hissiyyatı əlavə edir. Aytənin məqsədi məkanın yalnız gözəl deyil, həm də insanı sakitləşdirən bir mühit yaratmasıdır.

Skandinaviya–Yapon minimalizmi ilə yaradılan vanna otağı

Aytənin vanna otağı dizaynı Skandinaviya və Yapon minimalizminin vahid estetikasını əks etdirir. Neytral tonlar və funksional sadəlik məkana dərin rahatlıq hissi qazandırır.

Mebel dizaynında zərif erqonomika. Taxta və dəri kombinasiyası ilə yaradılan müasir komfort

Mebel modelləri vizual yüngüllüyü qoruyarkən funksional rahatlığı da saxlayır. Taxta və dəri elementlərinin kombinasiyası, radiuslu formalar və balanslı kompozisiya Aytənin incə dizayn baxışının nəticəsidir.

Bu layihələr tələbələrin yalnız proqram biliklərinə yiyələndiyini yox, həm də öz memarlıq imzasını formalaşdırmağa başladığını açıq şəkildə göstərir.

Digital Memarlıq və 3D oxuyan tələbələr eyni alətlərdən istifadə etsə də, ortaya çıxan dizaynlar tamamilə fərqlidir. Hər bir tələbə öz hekayəsini, öz estetikasını və məkanlara olan şəxsi münasibətini dizayn dili vasitəsilə danışır. 

Sən də portfolionu real layihələrlə gücləndirmək istəyirsənsə Digital Memarlıq və 3D tədrisinə indi müraicət et!

Digital Memarlıq və 3D

İnteryer və eksteryer dizaynla maraqlanırsansa, xəyalındakı layihəni yaratmaq və modelləmək istəyirsənsə, bu sahədə biliklərini artırmağı hədəfləyirsənsə, Digital Memarlıq və 3D tədris proqramını sənin üçün hazırlamışıq.  Memarlıq ixtisası üzrə ali təhsilin olmasa da, tədris proqramını bitirdikdən sonra xəyallarının memarı olacaqsan.

Növbəti qrup: 17 Yanvar 2026