Digital Memarlıq və 3D sahəsi futuristik binaların, yaradıcı interyerlərin virtual olaraq canlandırıldığı bir sahədir. Yaradıcılığı isə əlbəttə ki, düzgün formada əks etdirmək lazımdır. Bu mənada portfolio digital memarın həm layihələrinin nümayişi, həm də peşəkarlığının sübutudur. Burada əks olunan hər bir eskizin, strukturun altında sizin yaradıcı imzanız var. Bəs bir digital memarın uğurlu portfoliosu necə olmalıdır? Nələri özündə əks etdirməlidir?
Digital Memarlıq və 3D proqramı üzrə ekspert instruktorumuz Sevinc Bağırova həm bu sualları cavablandırdırdı, həm də sahədə diqqət etməli olduğunuz məqamları açıqladı.
Əsas Prinsiplər: Üz qabığı
Portfolio potensial işəgötürən ilə digital memarın arasındaki ilk təmas nöqtəsidir. Bu səbəbdən üz qabığı çox önəm daşıyır. Digital Memarlıq və 3D tədrisi üzrə instruktorumuz Sevinc Bağırova da bu fikri dəstəkləyir: “Üz qabığı səliqəli, yaradıcı və diqqətçəkici olmalıdır, çünki o, ilk təəssüratı formalaşdıran əsas hissədir.”
Cəlbedici Tərtibat
Digital memarlıq və 3D portfolionuzda CV xüsusi əhəmiyyət daşıyır. Bu bölmədə təhsiliniz, iş təcrübəniz və müvafiq sertifikatlarınız barədə qısa və dəqiq məlumat verməlisiniz. İnstruktorumuz Sevinc Bağırova bu hissəni xüsusi vurğulayır:
“Digital Memarlıq və 3D portfolionuzda ən vacib və ilkin mərhələlərdən biri məhz CV-dir. “
Unutmamaq lazımdır ki, CV işəgötürənin gözləntilərini də qarşılamalıdır. Bu səbəbdən digital memarlıq və 3d sahəsinə xas bacarıqlarınızı vurğulamağı unutmayın.
Proqram Bacarıqlarınız
Əlbəttə bir digital memar yaradıcılığını düzgün alətlərlə işə salır və ortaya möhtəşəm işlər qoyur. Digital memarlıq və 3D sahəsində istifadə olunan proqramları bilmək məhz bu baxımdan önəm daşıyır. Sevinc müəllimənin müvafiq biliklərinizi göstərməklə bağlı bəzi məsləhətləri var.
“Proqram bacarığı bölməsində bildiyiniz və işlədiyiniz proqramları göstərə bilərsiniz. Lakin bunu hansısa bir dərəcə və faizlə nümayiş etmək tövsiyə olunmur, çünki sizin ölçmə meyarlarınızla işəgötürənin meyarları üst-üstə düşməyə bilər.”
Bu yanaşma ilə əminik ki, digital memarlıq sahəsi üzrə proqram bacarıqlarınızı daha doğru formada təqdim edə biləcəksiniz.
Mündəricatın Rolunu Artırmaq
Biri sizə portfolionuzun yaxşı olduğunu deyirsə, deməli çox yaxşı mündəricat hazırlamısınız. Bu digital memarlıq və 3d layihələrinizi təsnif etməsi və oxuyucuya ümumi bir baxış keçirməsi üçün yaxşı bir imkan yaradır.
Burada həmçinin, rahatlıqla layihələrinizin adlarını, sayını göstərə bilərsiniz.
Final Məhsulla Məhdudlaşmayın
Digital memarlıq və 3D dizaynında proses ən az yekun nəticə qədər önəmlidir. Elə Sevinc Bağırova da bu fikri dəstəkləyir.
“Çalışmaq lazımdır ki, biz portfolioda layihənin yekun versiyasını deyil, həm də digər vacib mərhələlərini illustrasiyalar şəklində göstərək. Çünki burda tərtibat və rəng korreksiyası da önəmlidir.”
Layihənin ilkin versiyasından son render halına qədərki mərhələləri göstərmək sizin yaradıcılıq prosesinizi qarşı tərəfin anlaması üçün çox doğru bir üsuldur. Bununla siz möhtəşəm layihənizlə getdiyiniz yolu rahatlıqla göstərə biləcəksiniz.
Rəng Korreksiyası və Ümumi Tərtibatın Önəmi
Unutmamaq lazımdır ki, Digital memarlıq və 3d mütəxəssisi əslində binaları, tikililəri dilə gətirən, canlandıran bir dizaynerdir. Yaxşı dizaynerin isə həmişə gözəl zövqü var və o, mütləq ki, portfolio tərtibatında işəgötürənin qarşısına düzgün tərtibat və rəng korreksiyası ilə hazırlanmış peşəkar bir portfolio qoymalıdır.
Beləcə sizin iş prosesində nədən ilhamlandığınızı, necə işlədiyinizi görmək daha asan olacaqdır. Bu yanaşma ilə siz vacib hesab etdiyiniz məqamları vurğulayacaq və layihənizi daha effektiv formada təqdim edə biləcəksiniz.
Akademiyamızın Digital Memarlıq və 3D tədris proqramında yuxarıda qeyd olunan bütün məqamlarla bağlı həm tələbələrə məlumatlar verilir, həm də iş həyatına hazırlaşdırılırlar.
“Biz tədris zamanı tələbələrimizə bu incə nüanslara diqqət etmələrini tövsiyə edirik. Təbii ki, bunlar ilkin və sadə tövsiyələrdir. Digital Memarlıq və 3D tədrisimizdə bu mövzuları daha ətraflı müzakirə edirik.”
Digital Memarlıq və 3D tədris proqramı üzrə instukrotrumuz Sevinc müəllimənin tövsiyələrindən də aydın olur ki, digital memarlıq və 3d sahəsində uğurlu bir portfolio hazırlamaq üçün kreativ yanaşma, düzgün təqdimat, tərtibat, rənglər və bu kimi bir çox kiçik məqamlara diqqət yetirmək lazımdır. Zamanla şəxsi portfolionuzu təkmilləşdirməklə işəgötürənlərin gözündə peşəkar digital memarlıq və 3d mütəxəssisi təəssüratını elə ilk baxışdan yarada biləcəksiniz.