Digital dünya sürətlə dəyişir və bu dəyişikliklə ayaqlaşmaq üçün digital marketing artıq seçim deyil, zərurətə çevrilib. Bu sahədə beynəlxalq səviyyədə tanınan bilik və sertifikatlara sahib olmaq isə karyera baxımından böyük üstünlük yaradır. Məhz bu ehtiyacı nəzərə alaraq Code Academy, dünyanın ən nüfuzlu qurumlarından biri olan Digital Marketing Institute (DMI) ilə əməkdaşlıq edir.
Bu əməkdaşlıq sayəsində Azərbaycanda beynəlxalq standartlara uyğun digital marketing təhsili almaq və qlobal səviyyədə tanınan sertifikatlara sahib olmaq mümkün olur.

Digital Marketing Institute (DMI) nədir?
Digital Marketing Institute (DMI) 100-dən çox ölkədə fəaliyyət göstərən, digital marketing üzrə beynəlxalq sertifikatlaşdırma və təhsil standartlarını müəyyən edən aparıcı qurumdur. DMI proqramları Google, Meta, IBM, Microsoft kimi qlobal şirkətlər tərəfindən tanınır və əmək bazarında yüksək etibar qazanıb.
Code Academy və DMI əməkdaşlığı nə vəd edir?
Code Academy və Digital Marketing Institute əməkdaşlığı, yerli tədris təcrübəsini qlobal bilik və standartlarla birləşdirir. Bu tərəfdaşlıq çərçivəsində təqdim olunan Digital Marketing tədris proqramı yalnız nəzəri biliklərlə kifayətlənmir, eyni zamanda real layihələr və praktiki tətbiqlər üzərində qurulub.Bu əməkdaşlığın ən önəmli üstünlüklərindən biri isə ikiqat diplom imkanıdır.

İkiqat diplom – ikiqat dəyər
Digital Marketing tədrisini uğurla tamamlayan iştirakçılar:
- Code Academy diplomu əldə edərək yerli bazarda tanınan rəsmi təhsil sənədinə,
- Digital Marketing Institute (DMI) sertifikatı ilə isə beynəlxalq səviyyədə tanınan, qlobal karyera imkanları yaradan sənəd sahib olurlar.
Bu, məzunların həm Azərbaycan, həm də beynəlxalq əmək bazarında rəqabət üstünlüyü qazanmasını təmin edir.
Tədris proqramında nələri öyrənəcəksən?
Proqram DMI-nin beynəlxalq kurikulumu əsasında hazırlanıb və aşağıdakı əsas digital marketing istiqamətlərini əhatə edir:
- SEO (Search Engine Optimization)
- Social Media Marketing (SMM)
- Performance & Paid Advertising
- Content Marketing
- Email Marketing
- Digital Strategy & Analytics
- Data əsaslı qərarvermə

Bu proqram kimlər üçün uyğundur?
- Digital marketing sahəsinə 0-dan başlamaq və ya karyerasında yüksəlmək istəyənlər
- Marketinq biliklərini beynəlxalq diplomla gücləndirmək istəyənlər
- Karyerasını digital sahəyə yönəltmək istəyən mütəxəssislər
- Frilanser və remote işləmək istəyənlər
- Biznes sahibləri və startap qurucuları
Niyə DMI diplomlu Digital Marketing təhsili almalısan?
Bugünkü əmək bazarında sadəcə digital marketing biliyi kifayət etmir. İşəgötürənlər ölçülə bilən nəticələr, strateji düşüncə və beynəlxalq standartlara uyğun bacarıqlar axtarır. Digital Marketing Institute sertfikatı, Code Academy-nin praktiki yanaşması ilə birlikdə bu tələblərin hamısını qarşılayır.
Gələcəyini Digital Marketing ilə qur
Əgər sən də digital marketing sahəsində peşəkar karyera qurmaq, qlobal trendlərə uyğun biliklər qazanmaq və həm Code Academy diplomu, həm də Digital Marketing Institute sertfikatı əldə etmək istəyirsənsə, bu proqram sənin üçün doğru seçimdir.
Gələcəyin digitaldır. Gələcəyini bu gündən formalaşdır.