Əslində bu əməkdaşlıq heç də təsadüfi deyil, çünki Code Academy Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən xüsusi təhsil lisenziyası əldə edən ilk özəl tədris müəssisəsidir. Bu əməkdaşlıq çərçivəsində Ali Təhsil Müəssisələrində mərkəzlər qurulmuş və gələn çoxsaylı müraciətlər arasından 748 tələbə seçilərək Code Academy-nin təşkil etdiyi müxtəlif tədris proqramlarında iştirak etmək fürsətini əldə etmişdir.
Bu tərəfdaşlıq ilə həm təhsil müəssisələrinin həm də tədris proqramlarının sayının yaxın gələcəkdə artırılması nəzərdə tutulmuşdur. Code Academy barədə daha ətraflı məlumat üçün bu linkə keçid edə bilərsiniz.