Code Academy-də tam təqaüdlü

“Game Design and Development” tədrisi! 

Game Design and Development üzrə Bootcamp

Ölkədə ilk dəfə keçirilən və oyun hazırlanması sahəsinin inkişafına böyük təkan verəcək bu bootcamp, intensiv tədris metodu vasitəsilə bu sahədə ixtisaslı kadrların yetişdirilməsi üçün tətbiq olunan xüsusi tədris proqramıdır.

Proqram çərçivəsində oyun dünyasının sirlərini öyrənmək, ​​hazırladığı oyunlarla həm ölkədaxili, həm də ölkəxaricində fərq yaratmaq istəyən, əldə edəcəyi bilik və təcrübəsini daha sonra tədris etməkdə maraqlı olan şəxslər oyun dizaynı və kodlaşdırılması ilə bağlı Türkiyədən dəvət olunmuş ekspertlər tərəfindən lazımi bilik və bacarıqlar əldə edəcək, qlobal bazarın iş imkanlarından faydalana biləcəklər. Hər iki sahə üzrə təhsil türk dilində tədris olunacaq.

Qlobal oyun dünyasının tələb və ehtiyaclarına uyğun hazırlanan və bu sahədə peşəkarların yetişdirilməsini hədəfləyən bu qısamüddətli və intensiv tədrisi bitirən bootcamp iştirakçılarının işlə təmin olunmasına dəstək göstəriləcək. 

*İş imkanlı TAM TƏQAÜDLÜ təhsil! 

Bootcamp modelində keçiriləcək Game Design and Development tədrisində iştirak hüququ qazanan bütün namizədlərin təhsil xərclərini Code Academy tam təqaüd verməklə qarşılayacaq. Qeyd edək ki, bir nəfər üçün tədris proqramının dəyəri 7500 AZN həcmindədir. Proqrama qoşulan hər bir şəxs bu xərclərdən azad olunaraq, tam ödənişsiz şəkildə təhsil ala biləcək.

*Tədrisi uğurla bitirən namizədlər Code Academy tədris müəssisəsində və onun nəzdində fəaliyyət göstərəcək Game Studio-da, həmçinin akademiyanın qlobal tərəfdaşlarında iş imkanı əldə edə biləcəklər.

“Game art and design” tədrisi

15 nəfərdən ibarət qrupda 8 həftə, həftəiçi hər gün saat 09:00-dan 18:00-dək olmaqla oyun qaydalarının formalaşdırılması, oyunların Adobe Photoshop, Blender proqramlarından istifadə etməklə 2D və 3D modelləşdirilməsini, həmçinin oyun hazırlanmasında tələb olunan texniki bacarıqları öyrənin və rəngarəng oyun dünyasının tanınan simalarından biri olun. 

Proqramın əhatə etdiyi mövzularla ətraflı tanış olmaq üçün kurikulumu yükləyin.

“Game development” tədrisi

15 nəfərdən ibarət qrupda 8 həftə, həftəiçi hər gün saat 09:00-dan 18:00-dək olmaqla Unity və Visual Studio proqramlarından istifadə etməklə, oyun hazırlanmasını öyrənin.

Proqramın əhatə etdiyi mövzularla ətraflı tanış olmaq üçün kurikulumu yükləyin.

Proqrama hansı tarixə kimi müraciət etmək olar?

Hər iki sahə üzrə müraciət üçün son tarix 28 avqust, saat 23:59.

Tədrisin başlama tarixi

Hər iki sahə üzrə dərslər 26 sentyabr tarixində başlayır.

 

Proqrama kim qoşula bilər?

 

Game design sahəsi üzrə tədris proqramına oyun sahəsinə marağı olan, Adobe Photoshop proqramında ilkin və orta səviyyədə işləməyi bacaran, təsviri incəsənət, qrafik dizayn və memarlıq sahəsi üzrə təhsili və ya praktiki biliyi olan şəxslər qoşula bilər. 

Game development sahəsi üzrə oyun sahəsi ilə maraqlanan, C# proqramlaşdırma dilinə bələd olan, proqramlaşdırma üzrə biliyi və ya təcrübəsi olan şəxslər iştirak edə bilər. 

Yalnız imtahandan keçən namizədlər növbəti mərhələyə buraxılacaqlar.
8 həftəlik bootcamp formatında keçiriləcək tədrisdə namizədin həftədə ən az 40 saatını biliyini artırmağa ayırması gözlənilir. Tədrisdən azad olan saatların isə namizədin ev tapşırıqlarını yerinə yetirmək üçün ayrılması nəzərdə tutulur.

Bootcamp

modeli ilə öyrən

PYP təhsilində dərslər “Code Academy”də 2 təlimçinin (Lead Instructor & Co-Instructor) birlikdə iştirakı ilə tətbiqi formada tədris olunur. 

Dərslərin gündəlik davamiyyəti 6 saatdır. Dərsin ”Code Challenge” hissəsi “Code Review” – işəqəbul müsahibələrində verilən tapşırıqlar və ya təlimçi tərəfindən verilən qısa, praktiki tapşırıqlardan ibarətdir. 

Canlı Proqramlaşdırma hissəsi isə işəgötürən tərəfindən qoyulmuş məqsədlərə uyğun olaraq tədris olunur. Burada əsas məqsəd təhsil alanlara nəzəri biliklərlə yanaşı, rutin iş həyatına aid tapşırıqları, iş əsnasında ortaya çıxan problemləri başa düşmək və həll etməyi öyrətməkdir.

Canlı Proqramlaşdırmada “MEBESE™” modeli tətbiq olunur: Mən Edirəm, Biz Edirik, Sən Edirsən.

Təlimçi günün mövzusuna uyğun konseptdən danışmaqla onu izah edir və sadə konsept yaradır.

Təhsil alan şəxs təlimçi ilə birgə kodlaşdırır və verilmiş təlimata uyğun yeni kosept hazırlayır.

Təhsil alan şəxs müstəqil olaraq yeni konsept hazırlayır. Təlimçi bu mərhələdə təhsil alan şəxsə mümkün boşluqları doldurmaqda dəstək olur.

Tapşırıqlar hissəsi təhsil alanlara kiçik layihələr verməklə həyata keçirilir. Təhsil alanlar qrup və ya iki nəfər olmaqla tapşırıqları yerinə yetirir.

Dərslər 2 həftəlik bloklar halında tədris olunur. Hər blokun sonunda test imtahanı, hakaton və kiçik layihə təqdimatı olur.

Ən sonda isə buraxılış layihəsi hazırlanaraq təqdim olunur.

FAQ

Bootcamp rejimində həyata keçəcək tədris offline şəkildə Code Academy-də baş tutacaq.

Bu proqramda iştirak edəcək şəxslər Code Academy tərəfindən 7500 AZN həcmində tam təqaüd əldə edəcək, yəni ödənişiz olaraq təhsil alacaq. 

Proqramda iştirak üçün iş praktikası, yəni portfoliosu olanlara üstünlük veriləcək. 

Ümumilikdə 30 nəfər seçilərək layihədə iştirak hüququ qazanacaqlar. Onlardan 15 nəfəri “game design”, 15 nəfəri “game development” tədrisi üzrə proqrama qoşulacaqlar. 

Seçilmiş namizədlərə Code Academy tərəfindən iş təklifi olunacaq.

Tədris türk dilində həyata keçiriləcəyindən orta səviyyədə türk dili biliyi və eyni zamanda ən az orta səviyyədə (B2) ingilis dili biliyi tələb olunur.

Proqram çərçivəsində dərslər türk dilində keçiriləcək.

Qeydiyyat formunu doldur və

tədrisə qoşul

Game art and design

Game development