Digital marketinqin əsas qollarından olan SEO marketinqi sayəsində axtarış motorlarında vebsaytınızı önə çəkə bilərsiniz. SEO, veb saytın axtarış nəticələrində üst sıralarda görünməsi və daha çox ziyarətçi cəlb etməsi üçün istifadə olunan üsuldur. Bunun üçün bir çox SEO alətlərindən istifadə edə bilərsiniz.
PULSUZ SEO ALƏTLƏRİ
Google bir çox pulsuz alət təqdim edir ki, bunlar SEO strategiyanıza böyük dəstək ola bilər:
- Google Search Console:
Digital marketing sahəsində istifadə olunan bu alət vebsaytınızın Google-da görünməsi haqqında ətraflı hesabatlar təqdim edir. O, saytınızdakı problemləri müəyyənləşdirməyə kömək edir, Google-un səhifələrinizi necə indekslədiyi haqqında məlumat verir, saytınıza trafik gətirən axtarış sorğularını göstərir. - Google Analytics:
Bu analitika aləti saytınızdan insanların necə istifadə etdiyini anlamağınıza kömək edir. O, ziyarətçilərin sayı, davranışı, saytda qalma müddəti və bu kimi bir çox məsələlər haqqında məlumat verir. Bu məlumatlara əsaslanaraq siz daha yaxşı digital marketinq strategiyaları qura bilərsizniz. - Google Keyword Planner:
Google Ads-ə daxil olan bu alət, yeni açar sözləri kəşf etməyə və onların performansını qiymətləndirmək üçün axtarış həcmlərini öyrənməyə kömək edir. Lakin Google Ads müştərisi deyilsinizsə, təqdim olunan axtarış həcmləri dəqiq olmur. - Google Trends:
Bu alət Google-dan ən son trend və məlumatları görməyə imkan verir. Göstərdiyiniz xidmət, məhsulunuzla bağlı trend mövzuları və ya terminləri müəyyən etmək üçün faydalı ola bilər. O, dəqiq say təqdim etməsə də, açar sözləri müqayisə edərək hansının daha populyar olduğunu öyrənməyə kömək edir. Beləliklə digital marketinq strategiyanızı gücləndirmək üçün bu alətdən istifadə edə bilərsiniz. - Google PageSpeed Insights:
Bu alət veb səhifələrinizin performansını qiymətləndirir və onları necə yaxşılaşdırmaq barədə təkliflər təqdim edir. Xüsusilə, səhifə sürətini optimallaşdırmaq üçün çox faydalıdır. - Google My Business:
Bu pulsuz alət bizneslərin Google-da, o cümlədən Axtarış və Xəritələrdə onlayn mövcudluğunu idarə etməyə imkan verir. Biznes məlumatlarınızı təsdiqləyərək müştərilərin sizi tapmasına kömək edə bilərsiniz.
Digital marketinqdə yüzlərlə başqa pulsuz SEO alətləri mövcuddur, hər birinin öz üstünlükləri var, amma biz Ahrefs-in 3 alətinə fokuslanacağıq.
Webmaster Tools
Ahrefs Webmaster Tools, veb saytınızın performansını analiz edən pulsuz bir alətdir. Onun köməyi ilə SEO problemlərini müəyyənləşdirə və həll edə, saytınızın orqanik axtarış performansını artırmaq üçün digital marketinq imkanlarını araşdıra bilərsiniz. Bu pulsuz SEO aləti yalnız Google Search Console vasitəsilə təsdiqlənmiş saytlarla işləyir.
Pulsuz Açar Söz Generatoru
Ahrefs Pulsuz Açar Söz Generatoru açar sözləri tapmağa kömək edən bir alətdir. O, açar sözləri təklif edir, onların axtarış həcmini təxmin edir və rəqabət səviyyəsini göstərir. Bu alət spesifik ölkə nəticələri üçün nəzərdə tutulub. Pulsuz versiya məlumatı daha sadə şəkildə təqdim edir, buna görə də daha az açar söz təklifi alırsınız.
Veb Sayt Trafik Yoxlayıcısı
Ahrefs Veb Sayt Trafik Yoxlayıcısı, bir saytın aylıq orqanik trafikini təxmin edir və digital marketinq strategiyasında analizlər üçün faydalıdır. Rəqib analizi, SEO strategiyasının anlama və yeni açar söz imkanlarının kəşfi üçün faydalıdır.
ÖDƏNİŞLİ SEO ALƏTLƏRİ
Digital marketinqdə bir çox mükəmməl pulsuz alət mövcud olduğu halda, ödənişli SEO alətlərinə həqiqətən ehtiyacınız varmı? Qısa olaraq cavab belədir: SEO-da yaxşı irəliləyiş əldə etmək üçün ödənişli proqramlar mütləq lazım deyil.
Əgər büdcə ilə bağlı narahatlıq varsa, bir ay müddətinə premium bir alətə abunə olub açar söz araşdırması, rəqib araşdırması kimi tapşırıqları yerinə yetirə bilərsiniz. Bu da öz növbəsində digital marketinq strategiyalarınıza öz töhvəsini verəcək.
SEO üçün ən effektiv və çoxfunksiyalı alətlər hansılardır?
SEO layihəniz üçün müxtəlif ödənişli alətlər mövcuddur. Digital marketinq strategiyanız üçün hansı alətlərin saytınızın ehtiyaclarına uyğun olduğunu başa düşmək vacibdir.
Ahrefs, Moz və SEMrush
Digital marketinqdə Ahrefs, Moz və SEMrush, ən çox istifadə olunan premium SEO alətlərindəndir. Moz daha çox başlanğıc və orta səviyyə istifadəçiləri üçün nəzərdə tutulub, Ahrefs və SEMrush isə orta və irəliləmiş istifadəçilər üçün məqsədlənmişdir. Ahrefs daha çox SEO-ya yönəlibsə, SEMrush daha geniş xüsusiyyətlərə malikdir və digər marketinq fəaliyyətlərinə də kömək edir.
Burada hər üç alətdə mövcud olan əsas xüsusiyyətlərdən bəziləri:
- Texniki audit: Alətlər saytınızı araşdırır və axtarış motorlarının saytınızdakı məzmunu düzgün tapmaq və anlamaq üçün qarşılaşa biləcəyi texniki problemləri bildirir.
- Açar söz araşdırması: Bir açar söz daxil edə bilərsiniz və bu açar sözə uyğun digər oxşar mənalı açar sözləri təklif edərək hansılarını hədəf alacağınızı müəyyənləşdirə bilərsiniz.
- Rəqib araşdırması: Alətlər, rəqiblərinizin hansı açar sözlərdə sıralandığını və hansı backlink-ləri əldə etdiyini bildirir. Bu da digital marketinq layihələrində uğurlu nəticə üçün nə etməli olduğunuzu sizə göstərir.
Ahrefs, Moz və SEMrush bəzi freemium xüsusiyyətlər təklif edir. Məsələn, pulsuz şəkildə az sayda backlink və ya açar söz əldə etmək mümkündür.
Bu alətlər adətən saytları çox sürətlə araşdırır və səhvləri müəyyənləşdirir. Ahrefs və SEMrush xüsusilə faydalıdır, çünki onlar səhvləri vurğulayır və potensial SEO zəiflikləri barədə xəbərdarlıq edir. Bu da Digital Marketinq layihələrinizin daha yaxşı yöndə inkişaf etməsinə və ümumi saytın balının yaxşılaşmasına səbəb olur.
Screaming Frog
Screaming Frog başqa bir premium alətdir, hansı ki, Digital Marketinq sahəsində çox istifadə olunur. Lakin o, bulud sistemi ilə çalışan bir SEO aləti deyil, yalnız texniki SEO üçün nəzərdə tutulub və kompüterinizdə proqram kimi işləyir. Onun SEO spider aləti 500 URL-ni pulsuz araşdırır, ödənişli versiya isə limitləri aradan qaldırır və əlavə qabaqcıl xüsusiyyətlər təklif edir.
Əgər sən də SEO biliklərini artırmaq və Digital Marketinq sahəsində daha uğurlu olmaz istəyirsənsə onda Code Academy-ə müraciət et!