Bloq / Digital Memarlıq / İNTERYER DİZAYNDA RƏNGLƏR PSİXOLOGİYAYA NECƏ TƏSİR EDİR?

İNTERYER DİZAYNDA RƏNGLƏR PSİXOLOGİYAYA NECƏ TƏSİR EDİR?

Dizayn sənətində rənglər sadəcə estetik elementlər deyil, həm də insan psixologiyasına və əhval-ruhiyyəsinə güclü təsir göstərən vasitələrdir. Peşəkar bir interyer dizayner üçün rənglərin psixologiyasını bilmək əsas bacarıqlardan biridir. Hər bir rəngin öz enerjisi, simvolikası və şüuraltına təsiri var. Bu bloqda interyer dizaynda rənglərin rolunu və onların insanlara necə təsir etdiyindən danışacağıq. 

Məkanın Dilini Danışan Rənglər

İnteryer dizayn layihəsi üzərində işləyərkən doğru rəng seçimi otağın atmosferini tamamilə dəyişə bilər. Sakitlik, enerji, rahatlıq və ya yaradıcılıq hislərini oyandırmaq üçün fərqli rəng palitraları mövcuddur.

  • Mavi: Bu rəng sakitlik və etibar hissi yaradır. Yataq otaqları və ofislər üçün ideal seçimdir, çünki stresi azaldır və konsentrasiyanı artırır. İnteryer dizaynda mavi rəngi çox istifadə etmək insanı rahatlaşdırır və məhsuldarlığı artırır. Bu səbəbdən bir çox ofis dizaynında mavi tonlara rast gəlmək olar.
  • Qırmızı: Enerjini, sevgini və dinamizmi simvolizə edir. Qırmızı iştahı artırdığı üçün mətbəx və yemək otaqlarında tez-tez istifadə olunur. Lakin çox miqdarda istifadə edildikdə narahatlıq və hətta aqressivlik yarada bilər. Buna görə də aksent rəngi kimi istifadəsi daha məqsədəuyğundur. İnteryer dizaynda cəsarətli bir seçimdir.
  • Sarı: Sevinc, nikbinlik və yaradıcılığı təmsil edir. Gündəlik otaqlar və uşaq otaqları üçün uyğun bir seçimdir. Lakin çox parlaq sarı tonlar göz yorğunluğu yarada bilər. İnteryer dizaynda yumşaq sarı çalarlardan istifadə etmək daha yaxşıdır.
  • Yaşıl: Təbiətlə əlaqəli olan yaşıl, rahatlıq, tarazlıq və sağlamlıq hissi verir. Stresi azaldır və istirahətə kömək edir. Memarlıq layihələrində yaşılın sakitləşdirici gücündən tez-tez istifadə edilir.
  • Narıncı: Enthuziazm və hərarət rəngi. Qırmızı və sarı rənglərin gücünü birləşdirən narıncı, enerjili və xoş bir atmosfer yaradır. Qonaq otaqları və idman zalları üçün əla seçimdir. İnteryer dizaynda dinamik və müasir bir görüntü verir.
  • Qəhvəyi: Təbiilik, təhlükəsizlik və sabitlik rəngidir. Taxta materialları və təbii teksturaları xatırlatdığı üçün isti və rahat bir atmosfer yaradır. Qəhvəyi rəng etibarlı və sakitləşdirici bir təsirə malikdir.
  • Boz: Qavrayış, balans və neytrallıq rəngidir. Müasir interyer dizaynda geniş istifadə olunur. Digər rənglər üçün mükəmməl bir fon yaradır.
  • Çəhrayı: Şəfqət, sevgi və sakitlik rəngidir. Açıq çəhrayı tonlar rahatlaşdırıcı və zərif bir atmosfer yaradır. Qırmızı rəngin enerjisini azaldaraq daha yumşaq bir mühit yaradır.
  • Bənövşəyi: Dəbdəbə, yaradıcılıq və sirr rəngi. Bənövşəyi rəngin açıq tonları (lavanda) sakitləşdirici, tünd tonları isə lüks və zənginlik hissi verir. Yataq otaqları və ya yaradıcı iş mühitləri üçün ideal seçimdir.

İnteryer Dizayner Olmaq və Rəng Psixologiyasını Bilmək

Bir interyer dizayner kimi rənglərin şüuraltına təsirini bilmək hər bir layihəyə dərinlik və məna qatmağa kömək edir. Məsələn, bir kafe dizaynı edərkən isti rənglər (qırmızı, narıncı) müştərilərin daha çox vaxt keçirməsinə səbəb ola bilər. Əksinə, bir spa salonu dizayn edərkən sakitləşdirici rənglər (mavi, yaşıl, bənövşəyi) rahatlaşma hissini gücləndirir. Bu biliklər tələbənin memarlıq və 3D dizayn bacarıqlarını peşəkar səviyyəyə qaldırır.

Code Academy-də Digital Memarlıq və 3D Tədrisi

Code Academy olaraq, Digital Memarlıq və 3D tədrisimizdə biz yalnız proqram təminatlarını öyrətmirik. Tədrisimiz zamanı siz rəng psixologiyası, işıqlandırma və materialların rolu haqqında dərin biliklər qazanırsınız. Nəzəri bilikləri praktik layihələr üzərində tətbiq edərək, real dünya üçün rəqabətədavamlı bacarıqlar əldə edəcıksiniz. İnteryer dizaynda karyeranıza peşəkar səviyyədə başlamaq üçün ilk addımı atın.

Digital Memarlıq və 3D sahəsində uğurlu karyera qurmaq istəyirsinizsə, Code Academy sizin üçün ən doğru seçimdir.