Karyera mərkəzi
Karyera Planlaması Mərkəzi məzunlarımızın potensiallarına uyğun iş həyatına başlaması məqsədilə Code Academy daxilində yaradılan xüsusi bölmədir.
Ölkəmizdə ən çox tələbə sayına malik özəl tədris müəssisəsi
Bu günə qədər olan tələbələrimizin sayı
Hal-hazırda işləyən məzunlarımızın faizi
Akademiyamızda fəaliyyət göstərən pedaqoji heyətin sayı
Karyera Planlamasına giriş
1Qiymətləndirmə və özünü kəşf
2Karyera Seçimlərini Araşdırmaq
3İş Axtarış Strategiyaları
4CV və Rezümə hazırlanması
5İş müsahibələrinə hazırlıq
6Xüsusi iş imkanları üçün CV və Rezümə hazırlanmasına dair təlimat
Aprelin 23-də akademiyamızda “Karyera söhbətləri” görüşü keçirdik🤩 Qonaqlarımız - Azərbaycan Hava Yollarının İstedadların cəlb olunması şöbəsinin rəhbəri Leyla Əliyeva və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Karyera inkişafı şöbəsinin rəhbəri Şəbnəm Yusubova öz iş təcrübələrinə əsaslanaraq, əmək bazarında yeni məzunların qarşılaşdığı çətinliklər və onların inkişafı üçün dəyərli məlumatlar paylaşdılar
Qonaqlarımız - AzIntelecom MMC-nin işəqəbul üzrə meneceri Lətafət Məlikova və PAŞA Həyat Sığortanın Təşkilatı inkişafı şöbəsinin baş mütəxəssisi Vəciyyə Əliyeva məzunlara müsahibə prosesi, mövcud əmək bazarının tələbləri, ön plana çıxan bilik və bacarıqlar, real iş mühiti, məhsulun ərsəyə gəlməsində komanda işinin rolu kimi bir çox mövzular barəsində məsləhətlər verdilər. Görüş boyunca qonaqlarımız və məzunlarımız arasında gedən müzakirələr görüşü daha da maraqlı etdi🤩
Akademiya olaraq ölkənin aparıcı dövlət və özəl qurumlarının insan resursları əməkdaşları üçün Digital Marketing for HR adlı workshop təşkil etdik. Workshop-da Akademiyamızın Digital Marketinq üzrə instruktoru Nahid Mammadzada insan resursları sektorunda Digital Marketinqin əhəmiyyəti və yeri, effektiv işə qəbul üçün LinkedIn istifadəsi, İR mütəxəssislərin namizədlərlə kommunikasiyası üçün sosial media mövzularına toxunaraq öz təcrübələrini İR mütəxəssisləri ilə bölüşdü.