Bloq / Kiber Təhlükəsizlik / Kiber Təhlükəsizlik: Niyə bu sahəyə tələbat çoxdur?

Kiber Təhlükəsizlik: Niyə bu sahəyə tələbat çoxdur?

Statista-nın verdiyi məlumata görə (2024) dünya üzrə kiber təhlükəsizlik mütəxəssislərinin sayı təxminən 5,46 milyona çatıb. Bu rəqəm göstərir ki, kiber təhlükəsizlik bacarıqları müxtəlif sənayelərdə fəaliyyət göstərən təşkilatlar üçün vacib hesab olunur. Kiber cinayətkarlar iri şirkətlərdən tutmuş kiçik bizneslərə, səhiyyə müəssisələrindən təhsilə və dövlət qurumlarına qədər geniş bir şəbəkəni hədəf alır. Buna görə də, hər bir şirkət öz fəaliyyətini qorumaq və kibertəhlükələrə qarşı müqavimət göstərmək üçün kiber təhlükəsizlik mütəxəssislərinə ehtiyac duyur. 

Sənayelər üzrə kiber təhlükəsizliyin əhəmiyyəti

Son illərdə kiber təhlükəsizlik bütün sahələr üçün ən böyük problemlərdən birinə çevrilib. Dünya İqtisadi Forumu (WEF) tərəfindən yayımlanan hesabatda göstərilir ki, səhiyyə sektoruna qarşı kiber cinayətkarlıq fəaliyyəti rekord səviyyəyə çatıb və hücumların 14,2 faizi kritik infrastruktur obyektlərini hədəf alır. Məxfi pasiyent məlumatlarının oğurlanması kimi bir çox hücumlara qarşı, səhiyyə təşkilatları məlumatların təhlükəsizliyini və əməliyyatların davamlılığını təmin etməkdə ciddi çətinliklərlə üzləşir. 

Statista-nın hesabatına görə, 2023-cü ilin iyun-avqust aylarında dünya üzrə dövlət qurumlarına qarşı 100,000-dən çox kiber təhlükəsizlik insidenti qeydə alınıb. Kiber təhlükəsizlik istənilən sahə və ölçüdə olan müəssisələr üçün əhəmiyyət daşıyır. Təkcə səhiyyə və maliyyə sektoru deyil, həm də telekommunikasiya, nəqliyyat və enerji sahələri də müxtəlif kibertəhlükələrlə üzləşir. 

Kibertəhlükələrdən yaranan maliyyə itkilərinin artması təşkilatları və sənayeləri kiber təhlükəsizlik mütəxəssislərinə üstünlük verməyə vadar edir. Şirkətlər güclü təhlükəsizlik həllərini başa düşən, optimal həllərlə təmin edən mütəxəssislərə ehtiyac duyurlar. Həmçinin süni intellekt, kvant hesablaması və bulud təhlükəsizliyin sahələrindəki inkişaf da kiber təhlükəsizlik sahəsinə ehtiyacı artırıb. 

Aşağıdakı sahələrdə kiber təhlükəsizlik üzrə ixtisaslaşmış mütəxəssislərə tələbat sürətlə artır:

  • Kiber təhlükəsizlik analitiki
  • Kiber təhlükəsizlik texniki mütəxəssisi
  • IT şəbəkə mütəxəssisi
  • IT texniki dəstək mütəxəssisi
  • Şəbəkə mühəndisi
  • Şəbəkə təhlükəsizliyi memarı (Network Security Architect)
  • Sistem administratoru
  • SOC (Təhlükəsizlik Əməliyyatları Mərkəzi) analitiki
  • Kiber təhdid analitiki

Kiber təhlükəsizlik yalnız texniki bacarıqları deyil, həm də təşkilat daxilində təhlükəsizlik mədəniyyətini formalaşdırmaq üçün hərtərəfli yanaşma tələb edir. Şirkətlər müntəzəm olaraq kiber təhlükəsizlik təlimləri keçirərək işçiləri məlumatlı olmasını təmin etməlidir və beləliklə, işçilər kiberhücumlara qarşı daha hazırlıqlı olurlar. 

Kiber təhlükəsizlik sahəsinə olan tələbat və maaşlar

Cybersecurity Ventures proqnozlaşdırır ki, qlobal kibercinayətkarlıq xərcləri 2025-ci ildə illik $10,5 trilyon ABŞ dollarına çatacaq, 2015-ci ildə isə bu rəqəm $3 trilyon idi. Nəticədə, hazırda bu sahə üzrə təlabat yüksəkdir. Dünya İqtisadi Forumu bildirir ki, 67% təşkilat kiber təhlükəsizlik sahəsində ciddi boşluqlar olduğunu qəbul edir. ABŞ-da kiber təhlükəsizlik mütəxəssislərinin orta illik maaşı $120,360 təşkil edir (Research.com 2025), Birləşmiş Krallıqda orta illik maaş £45,000-dir. Payscale-ə əsasən Almaniyada maaş €39,000- €78,000 arasında dəyişir, orta illik maaş isə €52,095-dir. Talentup-a görə Fransada sahə üzrə maaşlar müxtəlifdir, əksəriyyəti €34,000- €74,000 arasında qazanır, orta illik maaş isə €60,400-dür. 

Kiber təhlükəsizlik sahəsində olan sürətli inkişaf mütəxəssislərin daima yenilikləri izləməsini tələb edir. Buna görə də, bu sahədə karyera quranlar hər zaman yeni biliklər əldə etməlidir. 

Kiber Təhlükəsizlik

Digital dünyanın sürətli inkişafı məlumatların təhlükəsizliyini kiberhücumlardan qorumağı tələb edir. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təhsil tərəfdaşı olan Code Academy əmək bazarının tələblərinə cavab verən peşəkar kadrlar hazırlayır.

Növbəti qrup: 31 May 2025