Kiber təhlükəsizlik rəqəmsal məlumatların qorunması üçün nəzərdə tutulmuş texnologiya, proses və təlimatların birləşməsidir.
Bu sahə kiberməkanda məlumatların məxfiliyini, bütövlüyünü və əlçatanlığını təmin etmək üçündür. Kiber təhlükəsizlik fərdi məlumatlardan tutmuş dövlət və ya şirkətlərin kritik məlumatlarına qədər müxtəlif səviyyələrdə qoruma təmin edir və kiberhücumların qarşısını almağa kömək edir.
Kiber təhlükəsizliyin əsas sahələrinə şəbəkə təhlükəsizliyi, tətbiq(app) təhlükəsizliyi, məlumat-informasiya təhlükəsizliyi və əməliyyat təhlükəsizliyi daxildir.
Günümüzdə artan kiberhücum riskləri səbəbindən bu sahə olduqca əhəmiyyətlidir. Güclü kiber təhlükəsizlik sistemləri həm şəxsi məlumatları qoruyur, həm də təşkilatların fəaliyyətinin davamlılığını təmin edir.