Övladım ancaq oyun oynayır, onu doğru istiqamətə necə yönləndirə bilərəm?- bu sualın cavabı demək olar ki bütün valideynlərə maraqlıdır. Yeniyetmələr texnologiya ilə böyüyürlər və oyunlar onların dünyanı anlama üsullarından biridir. Əsas məsələ çox oyun oynamaq deyil, bu prosesi necə yönləndirdiyimizdir. “AI Powered Game Design” tədrisi yeniyetmələr yalnız oyun yaratmağı deyil, texnologiya ilə yaradıcı düşünməyi, süni intellekt alətlərindən istifadə etməyi və bir ideyanı layihəyə çevirməyi öyrədir. Burada məqsəd gələcəyin oyun dizaynerini yetişdirmək deyil özünü və maraqlarını kəşf edən, texnologiyanı istehlakçı kimi deyil, yaradıcı vasitə kimi istifadə edən şəxslər formalaşdırmaqdır.
Oyun oynamaqdan oyun qurmağa: fərq nədən ibarətdir?
Oyun oynamaq yeniyetmələr üçün təbii və faydalı fəaliyyətdir, lakin bu, adətən başqası tərəfindən yaradılmış qaydalar və dünyalar çərçivəsində baş verir. O artıq mövcud sistemin bir hissəsi olur. “Oyun qurmaq” isə tamam başqa təcrübədir burada onlar öz ideyasını, öz qaydalarını və öz dünyasını yaradır.
Bu proses zamanı övladlarınız:
- Məntiqi və analitik düşünməyi öyrənirlər,
- Yaradıcılıq və hekayə qurma bacarıqlarını inkişaf etdirirlər,
- Süni intellekt alətləri vasitəsilə vizual, səs və mətn elementlərini bir araya gətirirlər,
- Komanda ilə işləmə, layihə planlama və nəticəyə çatma kimi real həyat bacarıqları qazanırlar.

Övladım burada nə öyrənəcək?
Bu tədris yeniyetmələrə yalnız oyun proqramlaşdırmaq və dizayn bacarıqlarını öyrətmir. Onlar burada bir layihənin başlanğıcdan sonuna qədər olan bütün mərhələlərini görürlər, ideyanın yaranması, konseptin formalaşması, səslərin və vizualların uyğunlaşdırılması, test mərhələsi və təqdimat. Hər bir addım, texnologiyanı istehlak üçün deyil, yaradıcı məqsədlə istifadə etməyi öyrədir.
Bu proses övladlarınızın həm texnoloji savadını, həm də yaradıcı özünüdərk qabiliyyətini inkişaf etdirir. Onlar başa düşürlər ki, oyun sadəcə əyləncə deyil bilik, əmək və düşüncə tələb edən yaradıcı bir prosesdir.
Niyə oyun dizaynı deyil, “AI ilə yaradıcı düşüncə” maraqlıdır?
Oyun dizaynı bu tədrisdə bir məqsəd deyil, vasitədir. Bu vasitə yeniyetmələrə yaradıcı, analitik və tənqidi düşünməyi öyrədir. Onlar ideyalarını süni intellektin köməyi ilə reallaşdırır, hekayə qurma, vizual ifadə, problemləri həll etmə kimi bacarıqları təcrübə şəklində qazanırlar.
Bu, övladlarınızın gələcək peşələrinə yönləndirilməsindən daha çox, onlara texnologiya ilə sağlam münasibət qurmağı və onunla düşünməyi öyrədən bir yanaşmadır.
Süni intellekt ilə oyun yaratmaq
Proqramın ən maraqlı tərəfi süni intellektin yaradıcı şəkildə istifadə edilməsidir.
Onlar burada süni intellekt alətlərini sadəcə öyrənmirlər, bununla övladlarınız fikirlərini formalaşdırır, vizuallaşdırır və həyata keçirirlər.
Bu təcrübə onlara göstərir ki, süni intellekt yalnız proqram deyil həm də yaradıcılıq qabiliyyətini inkişaf etdirən vasitədir. Texnologiyanı doğru istiqamətdə yönləndirdikdə, o, övladınızın düşüncə sərhədlərini genişləndirir.

Praktiki nəticə
Tədrisin sonunda hər bir iştirakçı öz oyun ideyasını real nəticəyə çevirir. Bu, sadəcə bir tapşırıq deyil ideyaların reallaşması prosesidir. Onlar ilk dəfə öz əməyinin nəticəsini görür və bu, övladlarınıza həm motivasiya, həm də özünə inam qazandırır.
Sosial və şəxsi bacarıqların inkişafı
Komanda işi, ünsiyyət, liderlik bunlar yalnız oyun layihəsində deyil, həyatın hər sahəsində vacib bacarıqlardır. Tədris zamanı onlar qrup halında layihə üzərində işləməklə həm də sosiallaşma və əməkdaşlıq mədəniyyəti qazanırlar.
Valideynlər üçün əsas məqam
Ən əsası, bu proqram yeniyetmələrin oyunla münasibətini dəyişir. Onlar artıq yalnız oyun oynayan deyil, oyun yaradan, ideya düşünən, texnologiyanı mənalı şəkildə istifadə edən fərdlərə çevrilirlər.
Bu, gələcək üçün bir peşə deyil düşünmə tərzidir.
Uşaq artıq ekran qarşısında vaxt keçirmir, öyrənir, yaradır və öz dünyasını qurur.
Əgər siz də övladınızın oyun marağını yaradıcı və texnoloji bacarığa çevirmək istəyirsinizsə, bu, doğru zamandır.
Övladınız oyun yaratsın, hər kəs oynasın !