İnteryer dizayn insanlar üçün xoş, sağlam, estetik bir mühit əldə etməkçün məkanların daxili hissəsini yaxşılaşdırmaq sənətidir.
Belə layihələri planlamaq, araşdırma və idarə etmək üçün yaradıcılıqla yanaşı texnii bacarıqlar da lazım olur.
İnteryer dizayn üçün vacib olan alətlərə planlaşdırma üçün CAD proqramı, rəng çalarlarını uyğunlaşdırmaq üçün rəng çarxları, ideya və fikirləri vizuallaşdırmaq üçün usə əhval lövhələri(mood board) daxildir.
Bundan əlavə, 3D virtual reallıq proqramları müştərilərə təklif olunan məkanları reallaşdırmaqdan öncə əyani təcrübədən keçirməyə imkan verir.
Code Academy gələcək innovasiyaları bu gündən duyub qlobal iş imkanlarına uyğun mütəxəssislər hazırlayan tədris müəssisəsidir.
İnteryer və eksteryer dizaynla maraqlanırsansa, xəyalındakı layihəni yaratmaq və modelləmək istəyirsənsə, bu sahədə biliklərini artırmağı hədəfləyirsənsə, Digital Memarlıq və 3D tədris proqramını sənin üçün hazırlamışıq.