4-5 dəq. oxuma vaxtı
2026-11-05
API Nədir və İT Biznes Analitik Ondan Niyə Qorxmamalıdır?
API: restoran analogiyası API (Application Programming Interface) iki sistemin bir-biri ilə qaydalı şəkildə danışmasını təmin edən interfeysdir. Restoranı düşünün: müştəri mətbəxə girmir, ofisiant sifarişi aparır, yeməyi gətirir. Mobil tətbiq də bankın əsas sisteminə birbaşa girmir. API vasitəsilə “sifariş” verir və “cavab” alır.