Code Academy’nin üstünlükləri
Praktiki tədris
Dərs saatlarından əlavə təşkil edilən Lab günlərində instruktor və mentorla birlikdə keçirilən mövzuları praktika edəcəksən.
Buraxılış layihəsi
Buraxılış işi Code Academy-dəki təhsilin yekun layihəsidir və gələcək həyatında çox önəmli rol oynayacaq.
Akademik transkript
Tapşırıq və layihələr instruktor tərəfindən yoxlanılır, qiymətləndirmə əsasında sənin bilik və bacarıqların müəyyənləşir.
Mentor sistemi
Akademiyada öyrəndiyin bilik və bacarıqları mentor sistemi ilə daha da möhkəmlənəcək.
Təhsil lisenziyası
Elm və Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunmuş ilk əlavə təhsil müəssisəsiyik.
Tədris proqramı
80 saat
Bu alətlərlə yaradacaqsan!
1. Platformalar, araşdırma və AI düşüncə sistemi
Bu modul sənin üçün AI dünyasına düzgün giriş nöqtəsidir. Məqsəd yalnız alətləri tanımaq deyil, onların iş məntiqini anlamaq, hansı işi hansı platforma ilə daha yaxşı həll etməyi öyrənməkdir. ChatGPT, Gemini, Deep Research, NotebookLM və agent yanaşmaları ilə işləyərək məlumat toplama, fact-checking, sənədlərlə işləmə və bilik bazası qurma refleksi formalaşdıracaqsan. Eyni zamanda, AI-ı gündəlik iş, öyrənmə və qərarvermə prosesində daha sistemli istifadə etməyi öyrənəcəksən.
2. Prompt writing və nəticə idarəetməsi
Artıq məqsəd promptu sadəcə sorğu kimi yox, nəticə idarəetmə aləti kimi mənimsəməkdir. Burada struktur, kontekst, çıxış formatı, iterasiya və debug məntiqi ilə işləyərək AI-dan daha dəqiq və daha güclü nəticə almağı öyrənəcəksən. Real iş ssenariləri üzərində prompt paketləri quracaq, zəif cavabları necə gücləndirməyi və təkrar istifadə edilə bilən prompt sistemi yaratmağı mənimsəyəcəksən. Nəticədə, AI ilə işləyərkən təsadüfi yox, idarə olunan nəticələr çıxarma bacarığı qazanacaqsan
3. No-code botlar, Mini tətbiqlər və Avtomatlaşdırma
Süni intellektdən sadəcə istifadə etməyəcək, onu işləyən sistemlərə çevirməyi öyrənəcəksən. Məqsəd bot quruculuğu, mini tətbiq prototipləri və avtomatlaşdırma məntiqi vasitəsilə ideyanı sürətlə işlək həllə çevirməkdir. Modul ərzində məqsədli botların planlanması, no-code tətbiqlərin qurulması, AI ilə landing page hazırlanması və n8n üzərindən real workflow-ların yaradılması üzərində işləyəcəksən. Sonda isə təkrarlanan işləri sistemləşdirmək və AI ilə işləyən gündəlik axınlar qurmaq bacarığı qazanacaqsan.
4. Vizual istehsal və Image workflow
Text-to-image istehsalını sadəcə şəkil çıxarma səviyyəsində saxlama, onu peşəkar vizual sistemə çevir. Bu modulda kompozisiya, işıq, kinematoqrafik dil, consistency, image editing, polish və node əsaslı image workflow məntiqi ilə işləyəcəksən. Məqsəd diqqət çəkən, sabit və brendə uyğun vizual dünya qurmaqdır. Sən həm fotoreal, həm stilizə edilmiş nəticələr, həm də final keyfiyyətə yaxın polished vizuallar üzərində işləyərək təqdimata hazır output istehsal etməyi öyrənəcəksən.
5. Video istehsalı, Motion və Post-production
Vizualdan və mətndən videoya keçidi daha peşəkar və sistemli şəkildə qurmağı öyrənməyə hazır ol. Burada image-to-video, text-to-video, hərəkət nəzarəti, kamera dili, continuity, shot design, video workflow nodes və montaj məntiqi ilə işləyəcəksən. Məqsəd sadəcə hərəkətli görüntü almaq deyil, ritmi, kadr hissini və platformaya uyğun final videonu qurmağı öyrənməkdir. Modulun sonunda həm yaradıcı, həm də texniki baxımdan daha baxımlı və daha güclü video nəticələr çıxarma bacarığı əldə edəcəksən.
6. Səs, avatar və final output
Bu modul vizual və video nəticələri daha təsirli və daha tamamlanmış hala gətirmək üçün qurulub. AI voiceover, danışan avatarlar, musiqidə mood və struktur qurmaq, audio elementləri vizual kontentə uyğunlaşdırmaq kimi mövzular işlənir. Məqsəd kontenti yalnız görünən yox, həm də eşidilən səviyyədə gücləndirməkdir.
Hansı bacarıqlara sahib olacaqsan?
Strateji Düşünmə və AI ilə Qərarvermə
1Prompt Düşüncəsi
2Analitik Düşüncə və Nəticə Yaratma
3Sistemli İş Qurmaq
4Problem Həll Etmə
5Vizual Sistem və Estetik Nəzarət
6Kontent İstehsalı və Media Sistemi
7Video Redaktə və Hərəkət Hissi
8Brend Düşüncəsi və Vizual Sabitlik
9Final Keyfiyyət və Polish Bacarığı
10Təqdimat Bacarığı
11Sualın var?..
Gəl görüşək!
Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.
İnstruktorlarımız
Ümid Salay
Müəlliminizi siz də tanıyın
#sertifikatburada (Code Academy)
AI Professional tədrisini bitirdiyini təsdiq edəcək diplom və gələcək karyeranı qurmaqda sənə dəstək olacaq beynəlxalq sertifikat imtahanlarına giriş imkanı yaradırıq.
Tez-tez verilən suallar
Bu proqram üçün proqramlaşdırma biliyim olmalıdırmı?
Xeyr. Proqram sıfırdan öyrədilir və heç bir texniki baza tələb etmir. İştirakçı sadəcə öyrənməyə motivasiyalı olmalıdır.
Süni intellekt istifadə etməyi də öyrənəcəyikmi?
Bəli! Bütün proqram boyunca süni intellekt (ChatGPT, GitHub Copilot və s.) kod yazmaq, analiz etmək, sənədləşdirmək və təkmilləşdirmək üçün aktiv şəkildə istifadə olunur.
Bu diplom hansı sahədə iş tapmağımda kömək edəcək?
Diplom sizi süni intellekt ilə çalışan “Full-Stack Developer” kimi təqdim edir. Bu həm proqramlaşdırma bacarığınızı, həm də yeni dövrün texnologiyalarına uyğunlaşdığınızı göstərir.
Proqramı necə bitirirəm?
Tədris müddəti bitdikdən sonra 30 günlük buraxılış layihəsi mərhələsi başlayır. Layihəni hazırlayıb juri qarşısında təqdim edirsiniz. Tədris boyu toplanan ballar, üstəlik, layihə balı ilə yekun qiymət formalaşır.
Əyani və ya onlayn formada iştirak edə bilərəmmi?
Dərslər əyani iştirak tövsiyə olunur, çünki komanda ilə birlikdə öyrənmək, dərhal mentor dəstəyi almaq və real layihə mühitində çalışma təcrübəsi daha güclü nəticə verir. Onlayn iştirak isə Bakıdan kənarda yaşayan və ya fiziki iştirak imkanları məhdud olan tələbələr üçün daha əlverişlidir.