Praktiki tədris
Dərs saatlarından əlavə təşkil edilən Lab günlərində instruktor və mentorla birlikdə keçirilən mövzuları praktika edəcəksən.
Buraxılış işi
Buraxılış işi Code Academy-dəki təhsilin yekun layihəsidir və gələcək həyatında çox önəmli rol oynayacaq.
Akademik transkript
Tapşırıq və layihələr instruktor tərəfindən yoxlanılır, qiymətləndirmə əsasında sənin bilik və bacarıqların müəyyənləşir.
Mentor sistemi
Akademiyada öyrəndiyin bilik və bacarıqları mentor sistemi ilə daha da möhkəmlənəcək.
Beynəlxalq sertifikat
Tədris proqramlarını uğurla başa vurduqda Code Academy diplomu və beynəlxalq sertifikat əldə etmək haqqı qazanacaqsan.
Təhsil lisenziyası
Elm və Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunmuş ilk və tək əlavə təhsil müəssisəsiyik.fər
Tədris proqramı
360 saatQrafik Dizayn və Vizual Kommunikasiyalar tədrisi sektorun ehtiyaclarını nəzərə alaraq hazırlanmışdır və məqsəd sadəcə texniki mütəxəssislər hazırlamaq deyil, xüsusilə dizaynın əsaslarını tələbələrə öyrədərək sahib olduqları xəyal güclərini reallığa çevirmələrinə imkan yaratmaqdır.
Bu alətlərlə yaradacaqsan
1. Qrafik dizayna giriş (Vektor qrafikası)
Bu modul dizayn ilə tanışlıq və proqram təminatlarından istifadəni öyrədir. Qrafik dizaynın əsas prinsipləri, vektor qrafikasının xüsusiyyətləri, Adobe Illustratorla yaxından tanış olmaqla kompleks və çətin vektor obyektlərin hazırlanması, naxışların yaradılması və dizaynın ilkin nəzəri prinsipləri öyrədilir.
2. Rəng nəzəriyyəsi
Rənglərin qanunauyğunluqları və onların istifadə qaydaları, qrafik dizaynda rəng kataloqları, onların çapda və monitorlarda istifadə qaydaları, rəng kodları, rəng palitraları və digital fırçalardan istifadə izah edilir.
3. Tipoqrafika və mətnlərlə iş
Vizual kommunikasiyanın ən önəmli elementlərindən biri hesab edilən simvol və mətnlərlə işləmə prinsipləri, dizaynlar hazırlanarkən mətnlərin önəmi və onların dizayna qatdığı dəyər öyrədilir.
4. Rastr qrafikası
Bu modulda Adobe Photoshop proqramına giriş, şəkillərlə iş və onlar vasitəsilə kompozisiyaların yaradılması, yaradıcı düşüncənin dizaynda necə tətbiq edilməsi izah edilir. Həmçinin, şəkil və mətnlərlə kompozisiyaların təşkili də öyrədilir.
5. Manipulyasiya və foto redaktə
Şəkillər üzərində daha çətin və kompleks işlərin görülməsi, işıq və kölgənin istifadə prinsipləri izah edilir. Tədris zamanı reklamçılıq dünyasına giriş edərək yaradılmış kompozisiyalarda düzgün marketing baxışının yaradılmasl prinsipləri öyrədilir. Həmçinin, süni intellektin qrafik dizaynda rolu və dizaynerə qatdığı dəyərlər, süni intellekt platformaları və onlardan istifadə öyrədilir.
6. Vizual kommunikasiyada üslublar və kompozisiyalar
Rənglərin qanunauyğunluqları və onların istifadə qaydaları, qrafik dizaynda rəng kataloqları, onların çapda və monitorlarda istifadə qaydaları, rəng kodları, rəng palitraları və digital fırçalardan istifadə izah edilir.
7. Qrafik dizaynda 3D
Adobe Illustrator və Adobe Dimension ilə 3D qrafikasına giriş edilərək, dizaynda 3D modellərinin hazırlanması və istifadə qaydaları öyrədilir. Həmçinin, materiallarla iş və işıqlandırmanın əsas prinsipləri, 2D və 3D qrafikasının kompozisiyada birgə istifadəsi izah edilir.
8. Çoxsəhifəli materialların dizaynı (Editorial dizayn)
Bu modulda çoxsəhifəli materialların (məhsul kataloqları, jurnallar, müxtəlif kontentli broşürlər) dizaynı və çapa hazırlanma məntiqləri, mətn kontenti - başlıqlar, yarımbaşlıqlar, kütləvi mətnlərlə daha üst səviyyədə işləmə öyrədilir. Eyni zamanda mətnlər, şəkillər və digər obyektlərin səhifə dizaynında istifadəsi qaydaları da izah edilir.
9. Brendinq
Brendinq haqqında ümumi məlumatlar, şirkətlərin brendinqi, onların simasının yaradılması və ya yenilənməsi (rebrandinq), əsas mərhələlər öyrədilir. Bununla yanaşı loqotiplər, loqobook, korporativ üslüb, reklam materialları və promo materialların yaradılması prinsipləri, proyektin təqdim edilməsi prosesi izah edilir.
10. Qablaşdırma və etiket dizaynı
Qablaşdırma dizaynın prinsipləri, etiket və qablaşdırmalar, onların dizaynlarının hazırlanmasında diqqət ediləcək əsas məqamlar, satış nöqtələrində olan stendlərin və digər reklam materiallarının (POS) brendinqi öyrədilir.
11. Hərəkətli Qrafika (2D Motion)
Bu modulda Adobe After Effects ilə motion qrafikasına giriş edilir. Hərəkətli qrafikanın baza prinsipləri və hərəkətin fizikası, mətn və "shape" animasiyaları, daha sonra yaradılmış konseptin animasiya edilməsi, Adobe Premier vasitəsilə video və musiqilərlə iş öyrədilir.
Dizaynın gələcəyi #məzunlarburada
Turqay Qasımlı
Lead Product Manager / Yelo Bank
"Xoşbəxt insan sevdiyi işlə məşğul olandır. Sevdiyin işlə məşğulsansa, uğur qaçınılmazdır."
Ruqiyə Babayeva
Qrafik Dizayner / Code Academy
"Əsl uğur işə həvəslə yanaşmaq və həyatın hər anına yaradıcılıq gətirməklə mümkündür. Code Academy məqsədimə çatmağımda mənə lazımi bilik və bacarıqlar verərək, bu uğura nail olmağımda mühüm rol oynadı."
Rima Əlizadə
Qrafik Dizayner / McCan
"Məqsədiniz varsa, arxasınca getmək lazımdır. Çünki zaman keçdikdən sonra başa düşürük ki, artıq başqa bir fürsətimiz yoxdur. Həqiqətən, çalışqan birisinizsə, bu yolu getməyə dəyər."
Şamxal Bayramov
Qrafik Dizayner/ Xəzər Media Mərkəzi
"Sevdiyin işi öyrənmək həmişə maraqlı və həyəcanverici olsa da, onu daha maraqlı edən bu yolda sənə yoldaş olan şəxslər və içində olduğun mühitdir. Bu məkan məhz Code Academy-dir."
Sualın var?..
Gəl görüşək!
Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.
Tədrisi dizayn edənlər #MeetCodeEducator
Rizvan
Bağırlı
Fərid
Rzazadə
Fuad
Aydınzadə
Fuad
Qonaqov
Xudayar
Ağayarov
Murad
Əsədov
Knyaz
Yaqubov
Günay
Əliyeva
Qoşqar
Nuriyev
Şahin
Əliyev
Günay Əliyeva
Məhsul Dizayneri
Müəlliminizi siz də tanıyın
Bakalavr təhsilini Bakı Dövlət Universitetində Kompüter Elmləri ixtisası üzrə bitirən Günay məzun olduqdan sonra 2020-ci ildə Code Academy-də Qrafik və Veb dizayn tədrisinə başlamış və tədrisi yüksək şərəf diplomu ilə bitirib. Həmin ildə rəsm çəkməyə başlayaraq qısa müddətdə uğurlu nəticələr əldə edib. Günay 2 ilə yaxındır ki, dizayn sahəsindədir və ilk təcrübəsinə ATL Tech şirkətində UI/UX Dizayn üzrə intern olaraq başlayıb, təcrübə müddətini uğurla başa vuraraq 1 il müddətində UI/UX Dizayner olaraq fəaliyyət göstərib. Həmin illərdə paralel olaraq freelance layihələrlə təcrübəsini daha da artırmağa davam edib. A-Group sığorta şirkəti üçün mobil tətbiq, Dövlət Vergi Xidməti üçün daxili sistem, Time Academy vebsaytı kimi layihələrin veb dizaynını hazırlayıb. Əlavə olaraq Rizvan Bağırlının Tipoqrafika kitabında da Günayın dizaynları yer alıbdır. Qeyd edək ki, Günay hal-hazırda Expressbankda Məhsul Dizayneri olaraq da fəaliyyətinə davam edir. 2021-ci ildən Code Academy-də müəllim yetişdirmə proqramına qoşularaq uğurla məzun olan Günay 23 may tarixindən etibarən Qrafik və Veb dizayn üzrə İnstruktor olaraq akademiyamızda fəaliyyətinə başlayıb.
#sertifikatburada (Code Academy)
Tədris proqramını bitirdiyini təsdiq edəcək diplom və gələcək karyeranı qurmaqda sənə dəstək olacaq beynəlxalq sertifikat imtahanlarına giriş imkanı yaradırıq.
Tələbələrin işləri
Uğurlu tələbələrimizin işləri ilə tanış ola bilərsiniz.
Bizdən tez-tez soruşurlar
- Ümumi
- Tədris proqramları
- Qəbul
- Qiymət və ödəniş
Code Academy nə ilə məşğuldur?
2015-ci ildə fəaliyyətə başlayan Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.
Harada yerləşir?
Code Academy şəhərin mərkəzində, gediş-gəliş üçün ictimai nəqliyyat imkanlarının əlverişli olduğu bir məkanda, Nizami küçəsi 203B, AF Business House-un 2-ci mərtəbəsində yerləşir.
Hansı tədris proqramları mövcuddur?
Code Academy 7 tədris proqramı mövcuddur. Full stack back-end, Full stack front-end, Qrafik Dizayn və Vizual Kommunikasiyalar, UX/UI Dizayn, Digital Memarlıq və 3D, 2D Motion Dizayn, Digital Marketing, Kiber Təhlükəsizlik.
Online tədrislər olur?
Bəli, Code Academy daxilində Digital Marketing, Full stack back-end, Full stack front-end və Digital Memarlıq və 3D tədris proqramları üzrə online tədris keçirilir. Tələbələr başlayacaq qruplara online formada sinifdaxili tələbələr ilə birlikdə dərsdə canlı şəkildə iştirak edirlər. Online qoşulan tələbələr tədris proqramının tərkib hissəsi olan ev tapşırıqları, quiz və test, kiçik və buraxılış layihələrini təhvil verib Code Academy-dən məzun ola bilərlər.
Dərs zamanı öz kompüterim olmalıdır?
Tədris zamanı mövzuların praktiki tətbiqinin dərhal həyata keçirilməsi üçün hər bir tələbə sinifdaxili kompüterlərlə təmin olunur.
Rus dilində dərslər var?
Akademiyada dərslər Azərbaycan dilində keçirilir
Qəbul üçün hansı sənədlər lazımdır?
Tədris proqramlarına qeydiyyat üçün yalnız şəxsiyyət vəsiqəsi tələb olunur.
Qeydiyyat neçə yaşdan aparılır?
Akademiyamızda qeydiyyat 15 yaşdan etibarən aparılır və tədris proqramlarından asılı olaraq dəyişir.
Qeydiyyat üçün nə zaman yaxınlaşa bilərəm?
Proqram məsləhətçiləri ilə danışdıqdan sonra, sizin üçün uyğun olan qrupa qeydiyyat aparılır. Dərslərin başlama tarixi isə akademiya tərəfindən müəyyən edilir.
Ali təhsilə ehtiyac var?
Code Academy-də təhsil almaq üçün ali təhsil vacib deyil. Tədris proqramına qatılan tələbələrin gələcəkdə mütəxəssis olmaq üçün istəkli olmaları kifayətdir.
İngilis dili vacibdir?
Full stack back-end, Full stack front-end, Digital Marketinq və Kiber Təhlükəsizlik tədris proqramları üçün ingilis dili biliyi vacibdir. Akademiya daxilində yalnız qeydiyyatdan keçən tələbələrimiz üçün yaradılan ingilis dili tədrisi ilə baza bilik çatışmazlığı təhsilin ilk aylarında aradan qaldırılır.
Tədris ödənişlidir?
Code Academy ödənişli xidmət göstərən bir tədris mərkəzidir. Tədris proqramının qiyməti tələbənin seçəcəyi ödəmə üsuluna, ödəmə şəklinə, seans seçiminə əsasən müəyyənləşdiyi üçün bu məlumatı proqram məsləhətçilərimiz görüş zamanı təqdim edir. Proqram məsləhətçilərimiz həftənin 6 günü xidmət göstərir
Niyə qiymət görüş zamanı deyilir?
Qiymət cədvəli ilə tanış olmaq üçün akademiyaya yaxınlaşaraq proqram məsləhətçiləri ilə görüşmək mümkündür. Görüş zamanı akademiyada dərslərin keçirilmə şəraiti, instruktorlar, təhsil modeli, kurrikulum, akademiyanın maddi texniki bazası və ümumi atmosferi ilə tanış ola biləcəksən. Yalnız bundan sonra namizəd bizimlə davam etmək istəyərsə qiyməti elan edirik və ona uyğun müvafiq ödəniş planını seçərək qeydiyyatdan keçir.
Zəmanət verilir?
Code Academy-nin Zəmanətli Təhsil Modeli ilə hər bir tələbəyə təhsilini təkrarlama imkanı verilir. 90% dərslərdə iştirak etməsinə baxmayaraq, tədrisi yetərincə mənimsəmədiyini düşünən məzunların təkrar təhsil alma hüququ var. İlk dəfə Code Academy-də tətbiq olunan bu sistem özünə tam inanan və sektorun tələblərinə hazır peşəkarlar yetişdirir.
Hansı ödəniş formaları mövcuddur?
Ödənişi hissəli və ya birbaşa şəkildə etmək mümkündür. Hissəli ödəniş 6-10 aylıq ödəmə şəklindədir. Qiymət seçdiyiniz ödəniş formasına görə müəyyənləşir. Həmçinin, BirBank kartın varsa tədris proqramlarını aylara bölərək də ödənişi həyata keçirə bilərsən.
Gələk əsas məsələyə…
Tədris proqramını tamamladıqdan sonra iş həyatına başlamağa tam hazır olursan. Sahə üzrə əməkhaqqı səviyyəsi belədir:
Junior qrafik dizayner
Təcrübə: 2 ilə qədər
15.600 AZN +
Senior qrafik dizayner
Təcrübə: 3 ilə qədər
34.200 AZN +
Art Direktor
Təcrübə: 5 ildən çox