• 330 saat tədris
  • Campus

Qrafik Dizayn və Vizual Kommunikasiyalar

Dizayn istənilən mesajı vizuallar vasitəsilə ötürməkdir. Qrafik Dizayn və Vizual Kommunikasiyalar tədris proqramının sonunda yaradıcılığın daha da inkişaf edəcək, vizuallarla danışmaq sənə asan gələcək.

hero icon

advantages icon
Praktiki tədris

Dərs saatlarından əlavə təşkil edilən Lab günlərində instruktor və mentorla birlikdə keçirilən mövzuları praktika edəcəksən.

advantages icon
Buraxılış işi

Buraxılış işi Code Academy-dəki təhsilin yekun layihəsidir və gələcək həyatında çox önəmli rol oynayacaq.

advantages icon
Akademik transkript

Tapşırıq və layihələr instruktor tərəfindən yoxlanılır, qiymətləndirmə əsasında sənin bilik və bacarıqların müəyyənləşir.

advantages icon
Mentor sistemi

Akademiyada öyrəndiyin bilik və bacarıqları mentor sistemi ilə daha da möhkəmlənəcək.

advantages icon
Beynəlxalq sertifikat

Tədris proqramlarını uğurla başa vurduqda Code Academy diplomu və beynəlxalq sertifikat əldə etmək haqqı qazanacaqsan.

ministry logo
Təhsil lisenziyası

Elm və Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunmuş ilk əlavə təhsil müəssisəsiyik.

Tədris proqramı

330 saat

Qrafik Dizayn və Vizual Kommunikasiyalar tədrisi sektorun ehtiyaclarını nəzərə alaraq hazırlanmışdır və məqsəd sadəcə texniki mütəxəssislər hazırlamaq deyil, xüsusilə dizaynın əsaslarını tələbələrə öyrədərək sahib olduqları xəyal güclərini reallığa çevirmələrinə imkan yaratmaqdır.

1. Qrafik dizayna giriş (Vektor qrafikası)

check icon Sual kopyalandı
plus

Bu modul dizayn ilə tanışlıq və proqram təminatlarından istifadəni öyrədir. Qrafik dizaynın əsas prinsipləri, vektor qrafikasının xüsusiyyətləri, Adobe Illustratorla yaxından tanış olmaqla kompleks və çətin vektor obyektlərin hazırlanması, naxışların yaradılması və dizaynın ilkin nəzəri prinsipləri öyrədilir.

2. Rəng nəzəriyyəsi

check icon Sual kopyalandı
plus

Rənglərin qanunauyğunluqları və onların istifadə qaydaları, qrafik dizaynda rəng kataloqları, onların çapda və monitorlarda istifadə qaydaları, rəng kodları, rəng palitraları və digital fırçalardan istifadə izah edilir.

3. Tipoqrafika və mətnlərlə iş

check icon Sual kopyalandı
plus

Vizual kommunikasiyanın ən önəmli elementlərindən biri hesab edilən simvol və mətnlərlə işləmə prinsipləri, dizaynlar hazırlanarkən mətnlərin önəmi və onların dizayna qatdığı dəyər öyrədilir.

4. Rastr qrafikası

check icon Sual kopyalandı
plus

Bu modulda Adobe Photoshop proqramına giriş, şəkillərlə iş və onlar vasitəsilə kompozisiyaların yaradılması, yaradıcı düşüncənin dizaynda necə tətbiq edilməsi izah edilir. Həmçinin, şəkil və mətnlərlə kompozisiyaların təşkili də öyrədilir.

5. Manipulyasiya və foto redaktə

check icon Sual kopyalandı
plus

Şəkillər üzərində daha çətin və kompleks işlərin görülməsi, işıq və kölgənin istifadə prinsipləri izah edilir. Tədris zamanı reklamçılıq dünyasına giriş edərək yaradılmış kompozisiyalarda düzgün marketing baxışının yaradılmasl prinsipləri öyrədilir. Həmçinin, süni intellektin qrafik dizaynda rolu və dizaynerə qatdığı dəyərlər, süni intellekt platformaları və onlardan istifadə öyrədilir.

6. Vizual kommunikasiyada üslublar və kompozisiyalar

check icon Sual kopyalandı
plus

Rənglərin qanunauyğunluqları və onların istifadə qaydaları, qrafik dizaynda rəng kataloqları, onların çapda və monitorlarda istifadə qaydaları, rəng kodları, rəng palitraları və digital fırçalardan istifadə izah edilir.

7. Qrafik dizaynda 3D

check icon Sual kopyalandı
plus

Adobe Illustrator və Adobe Dimension ilə 3D qrafikasına giriş edilərək, dizaynda 3D modellərinin hazırlanması və istifadə qaydaları öyrədilir. Həmçinin, materiallarla iş və işıqlandırmanın əsas prinsipləri, 2D və 3D qrafikasının kompozisiyada birgə istifadəsi izah edilir.

8. Çoxsəhifəli materialların dizaynı (Editorial dizayn)

check icon Sual kopyalandı
plus

Bu modulda çoxsəhifəli materialların (məhsul kataloqları, jurnallar, müxtəlif kontentli broşürlər) dizaynı və çapa hazırlanma məntiqləri, mətn kontenti - başlıqlar, yarımbaşlıqlar, kütləvi mətnlərlə daha üst səviyyədə işləmə öyrədilir. Eyni zamanda mətnlər, şəkillər və digər obyektlərin səhifə dizaynında istifadəsi qaydaları da izah edilir.

9. Brendinq

check icon Sual kopyalandı
plus

Brendinq haqqında ümumi məlumatlar, şirkətlərin brendinqi, onların simasının yaradılması və ya yenilənməsi (rebrandinq), əsas mərhələlər öyrədilir. Bununla yanaşı loqotiplər, loqobook, korporativ üslüb, reklam materialları və promo materialların yaradılması prinsipləri, proyektin təqdim edilməsi prosesi izah edilir.

10. Qablaşdırma və etiket dizaynı

check icon Sual kopyalandı
plus

Qablaşdırma dizaynın prinsipləri, etiket və qablaşdırmalar, onların dizaynlarının hazırlanmasında diqqət ediləcək əsas məqamlar, satış nöqtələrində olan stendlərin və digər reklam materiallarının (POS) brendinqi öyrədilir.

11. Hərəkətli Qrafika (2D Motion)

check icon Sual kopyalandı
plus

Bu modulda Adobe After Effects ilə motion qrafikasına giriş edilir. Hərəkətli qrafikanın baza prinsipləri və hərəkətin fizikası, mətn və "shape" animasiyaları, daha sonra yaradılmış konseptin animasiya edilməsi, Adobe Premier vasitəsilə video və musiqilərlə iş öyrədilir.

Növbəti qruplarımız

2 yeni qrup

Aşağıdakı bölmədən tezliklə başlayacaq qruplarımızla tanış ol və tədris başlamadan yerini tut.

5 May 2025
Dərs günləri

Həftəiçi

Dərs saatları

19:00-21:45

  • campus
Dərs günləri

Həftəsonu

Dərs saatları

10:00-14:45

  • campus

Dizaynın gələcəyi #məzunlarburada

satisfaction icon
Turqay Qasımlı

Lead Product Manager / Yelo Bank

"Xoşbəxt insan sevdiyi işlə məşğul olandır. Sevdiyin işlə məşğulsansa, uğur qaçınılmazdır."

satisfaction icon
Ruqiyə Babayeva

Qrafik Dizayner / Code Academy

"Əsl uğur işə həvəslə yanaşmaq və həyatın hər anına yaradıcılıq gətirməklə mümkündür. Code Academy məqsədimə çatmağımda mənə lazımi bilik və bacarıqlar verərək, bu uğura nail olmağımda mühüm rol oynadı."

teaching icon
Rima Əlizadə

Qrafik Dizayner / McCan

"Məqsədiniz varsa, arxasınca getmək lazımdır. Çünki zaman keçdikdən sonra başa düşürük ki, artıq başqa bir fürsətimiz yoxdur. Həqiqətən, çalışqan birisinizsə, bu yolu getməyə dəyər."

teaching icon
Şamxal Bayramov

Qrafik Dizayner/ Xəzər Media Mərkəzi

"Sevdiyin işi öyrənmək həmişə maraqlı və həyəcanverici olsa da, onu daha maraqlı edən bu yolda sənə yoldaş olan şəxslər və içində olduğun mühitdir. Bu məkan məhz Code Academy-dir."

Sualın var?..
Gəl görüşək!

Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.

Zəhmət olmasa, adınızı qeyd edin

Zəhmət olmasa, soyadınızı qeyd edin

Telefon nömrəsin düzgün daxil edin

Zəhmət olmasa, doğru email ünvanınızı qeyd edin

Zəhmət olmasa, nömrənizə gələn 4 rəqəmli OTP kodu daxil edin

Göndərilir...

Tədrisi dizayn edənlər #MeetCodeEducator

teacher

Fuad Qonaqov

Qrafik dizayner

Müəlliminizi siz də tanıyın

Fuad 15 ildən çoxdur ki, qrafik dizayn sahəsindədir və bu müddət ərzində o, fərqli dizayn şirkətlərində işləmişdir. İlk təcrübəsi təhsil sahəsi ilə əlaqədar olmuş və "Magnum Agency" şirkətində Qrafik dizayner olaraq fəaliyyət göstərmişdir. Fuad burada qrafik dizayn ilə yanaşı veb dizaynla da bağlı təcrübə qazanmışdır və Amnesty International Türkiyə söbəsi üçün imza kampaniyasını dəstəkləyən sosial reklamın, Muğan Bank üçün İllik hesabatın hazırlanmasında iştirak etmişdir. Təhsilini bitirdikdən sonra "Baxçasaray"da Qrafik dizayner vəzifəsində fəaliyyətinə davam etmiş və Bakı şəhərində tanınmış Maestro, Il Mosaica, Avenue, Hong Kong Chinese və digər bizneslərin brendinqini hazırlamışdır. Daha sonra Fuad "Paradox Branding Studio"da Qrafik dizayner vəzifəsində fəaliyyətinə davam etmişdir. Burada işlədiyi müddətdə Fuad "SOCAR Polymer" zavodunun açılışının dizaynında fəal iştirak etmişdir. Bundan əlavə, "Tufandağ" istirahət mərkəzinin brend üslubunu, "İçərişəhər"in xəritəsini, "Formula 1" üçün promo məhsullarını və "2017 Baku Marshal’s Club" üçün maskot hazırlamışdır. Fuad 6 dekabr 2021-ci ildən etibarən akademiyamızda Qrafik və Veb Dizayn müəllimi olaraq fəaliyyət göstərir.

  • tools
  • tools

#sertifikatburada (Code Academy)

Tədris proqramını bitirdiyini təsdiq edəcək diplom və gələcək karyeranı qurmaqda sənə dəstək olacaq beynəlxalq sertifikat imtahanlarına giriş imkanı yaradırıq.

certificate image

Tələbələrin işləri

Uğurlu tələbələrimizin işləri ilə tanış ola bilərsiniz.

Bizdən tez-tez soruşurlar

  • Ümumi
  • Akademiya
  • Qəbul
  • Qiymət və ödəniş

Code Academy nə ilə məşğuldur?

Sual kopyalandı minus

2015-ci ildə fəaliyyətə başlayan Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.

Harada yerləşir?

Sual kopyalandı minus

Code Academy şəhərin mərkəzində, gediş-gəliş üçün ictimai nəqliyyat imkanlarının əlverişli olduğu bir məkanda, Nizami küçəsi 203B, AF Business House-un 2-ci mərtəbəsində yerləşir.

Gələk əsas məsələyə…

Tədris proqramını tamamladıqdan sonra iş həyatına başlamağa tam hazır olursan. Sahə üzrə əməkhaqqı səviyyəsi belədir:

Junior qrafik dizayner

Təcrübə: 2 ilə qədər

15.600 AZN +

Senior qrafik dizayner

Təcrübə: 3 ilə qədər

34.200 AZN +

Art Direktor

Təcrübə: 5 ildən çox

78.500 AZN +

join us icon
Qərar verə bilmirsən? Master-klassda iştirak et

Onlayn və ya əvvəlcədən görüş təyin edərək kampusda demo dərsə qatıla bilərsən. Əminik ki, gələcəyin üçün ən yaxşı qərarı verəcəksən.