Code Academy’nin üstünlükləri
Praktiki tədris
Dərs saatlarından əlavə təşkil edilən Lab günlərində instruktor və mentorla birlikdə keçirilən mövzuları praktika edəcəksən.
Buraxılış layihəsi
Buraxılış işi Code Academy-dəki təhsilin yekun layihəsidir və gələcək həyatında çox önəmli rol oynayacaq.

Akademik transkript
Tapşırıq və layihələr instruktor tərəfindən yoxlanılır, qiymətləndirmə əsasında sənin bilik və bacarıqların müəyyənləşir.
Mentor sistemi
Akademiyada öyrəndiyin bilik və bacarıqları mentor sistemi ilə daha da möhkəmlənəcək.

Beynəlxalq sertifikat
Tədris proqramlarını uğurla başa vurduqda Code Academy diplomu və beynəlxalq sertifikat əldə etmək haqqı qazanacaqsan.

Təhsil lisenziyası
Elm və Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunmuş ilk əlavə təhsil müəssisəsiyik.
Tədris proqramı
200 saatTədris zamanı dizayn alətlərinin ən son versiyasını öyrənəcək, bütün iş prosesini mənimsəyəcək və instruktorların geniş təcrübələrindən faydalanacaqsan.
1. İstifadəçi təcrübəsi (AI Powered)
İstifadəçi təcrübəsi nədir, bu sahəni tətbiq edən dizaynerə lazım olan bacarıqlar və alətlər. UX-in biznesə qatdığı dəyər, məhsul və servis dizaynı anlayışı. Agile yanaşma, istifadəçi yönümlü dizayn və Dizayn Düşüncə (Design Thinking) yanaşmasının tətbiqi.
2. Digital məhsul (AI Powered)
Digital məhsul ideyasının fərziyyə üzərindən araşdırılması, məhşur mental modellər, empati quraraq istifadəçi kütləsinin və müştəri yolu xəritəsinin (Customer Journey Map) formalaşması. Sorğu anketlərinin hazırlanması və anket görüşlərinin keçirilməsi. Digital məhsulun informasiya arxitekturası, müştəri yolu (User Flow), kağız prototiplərin qurulması və testinqlə yoxlanılması. UX portfolionun hazırlanması.
3. İnterfeys
İnterfeys nədir və məqsədi nədir, fərqli növləri, yaxşı və pis interfeyslərin nümunələri. İnterfeyslərin keyfiyyətinin ölçülmə meyarları. Moodboard və əsas trendlər. Figma alətinin əsas funskionallığı.
4. Dizaynın təməl bilikləri
Dizaynın təməl bilikləri, kompozisiya və Gestalt prinsipləri. Modul şəbəkəsi və adaptiv dizaynın qurulma qaydaları. Veb tipoqrafika, rəng, kontrast və rəng trendləri haqqında. Wireframe və prototiplərin gətirdiyi dəyər və formalaşması.
5. İstifadəçi interfeysi prinsipləri
stifadəçi interfeysi daxilində istifadə olunan elementlərin birləşərək səhifə halına gətirilməsi. Dizayn prosesini rahatlaşdırmaq və sürətləndirmək üçün dizaynın sistemləşdirilməsi (UI Kit, Atomic Design, Design System). Figma üzərindən tipoqrafik stillər və komponentlərin qurulması. Fiziki məhdudiyyəti olan insanlar üçün interfeyslərin hazırlanması qaydaları. Apple üçün “Human Interface Design” və “Material design” qurulma prinsipləri. “Figma” aləti üzərindən interaktiv prototiplərin hazırlanması və animasiyası.
6. Dizaynın növbəti mərhələlərə ötürülməsi
Hazırlanmış işin mühəndislərə düzgün qaydada ötürülməsi və növbəti addımların izlənilməsi vacibdir. Hazırlanan məhsul dizaynın öz funksionallıqlarını tam yetirə bilməsi və insanların istifadəsinə yararlı hala gətirilməsi üçün proqramçılarla mütəmadi əlaqə mütləqdir.
7. İstifadəçi təcrübəsi metrikləri (AI Powered)
İstifadəçi təcrübəsinə bağlı olan, izlənilməsi və ölçülməsi mütləq olan metriklər mövcuddur. Bunlara “conversion” və “bounce rate” məhsulda istifadəçinin keçirdiyi vaxt, qarşılaşdığı texniki xətalar və digər metriklər daxildir.
8. Analitika və nəticələrin izlənilməsi
UX/UI dizaynerin analitika üzrə diqqət yetirməli olduğu məqamlar var.Google Analytcs, Hotjar və digər istifadəçi hərəkətlərini izləməyə kömək edən, həmçinin auditoriyanı müəyyənləşdirməyə icazə verən alətlər hazır dizaynı daha da mükəmməlləşdirməyə imkan verəcək. Digital məhsul dizaynının gətirdiyi dəyəri rahatlıqla izləyə bilmək olur.
Gələcəyi dəyişənlər #məzunlarburada

Səkinə İsmayılova
UX/UI Dizayner / PAŞA Bank
"Code Academy keyfiyyətli təhsili, stimulativ mühiti ilə yanaşı tələbələrinə geniş bağlantılar və inkişaf imkanları təqdim edir. Bu sayədə məzunlar karyerada uğura daha çox yaxınlaşır."

Bəhruz Axundov
UI/UX designer / Guavapay Limited
"Code Academy-nin dizayn tədrisi möhtəşəm bir təcrübə idi və mənim yaradıcılığım üçün çoxsaylı dəyərli bacarıqlar əldə etməyimə və yeni dostlar tapmağa imkan yaratdı. Dizaynı öyrənmək istəyən hər kəsə məsləhət görürəm."

Elmar Soltanov
UX/UI Specialist/ Azerconnect Group
"Code Academy mənə UX/UI Dizayn üzrə təhsil verərək dizayn həvəsimi reallaşdırmaqda kömək etdi. Müəllimlərimin əvəz olunmaz dəstəyi və öz inadkarlığım sayəsində uğurlu UX/UI Dizayn mütəxəssisi oldum. Dəyişiklikdən çəkinməyin və yeni fürsətləri dəyərləndirin—bu, potensialınızı ortaya çıxarmağın yoludur."

Fatimə Əlizadə
Məhsul Dizayneri / ABB
"Code Academy karyera yolumda verdiyim ən doğru qərarlardan biridir. Peşəkar müəllimimdən əldə etdiyim bilik və təcrübələr bu yolda sürətli irəliləməyə və özümü daha da inkişaf etdirməyimə təkan verdi. Əlavə olaraq demək istərdim ki, səmimi mühit və xoş kollektiv sevdiyim nüanslardan idi."

Lamiyə Hüseynova-Rüstəmli
Junior UX specialist / ABB
"İş sahəmi UX/UI dizayna dəyişmək qərarına gələndə tərəddüd etmədən Code Academy-ni seçdim və qərarımda yanılmadığımı elə ilk gündən hiss elədim. Tədris gözləntilərimi üstələdi, instruktorların yanaşması, motivasiyası isə qiymətsiz idi. Onlar dizaynı həqiqətən də sevdirə bildilər!"

Kamran Nadirov
UX/UI Dizayner / ABB
"Code Academy-də tədris mənim karyeramda dəyişiklik yaratdı. Müəllimlərin mükəmməl təcrübəsi və praktiki yanaşması sayəsində dizayn prinsipləri ilə tanış oldum. İndi bu bilikləri real iş mühitində tətbiq edirəm. İnkişafımda yaratdığı töhvələrə görə, Code Academy-ə təşəkkür edirəm!"
Sualın var?..
Gəl görüşək!
Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.
Gələcəyi yaradanlar #MeetCodeEducator

Knyaz Yaqubov
Art Director
Müəlliminizi siz də tanıyın
Knyaz 15 ildən çoxdur ki, dizayn sahəsində fəaliyyət göstərir. Müxtəlif mətbəələrdə, reklam şirkətlərində, Safaroff Creative Agentliyində qrafik və veb dizayner olaraq fəaliyyət göstərmiş, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzində dizayn rəhbəri vəzifəsində çalışmışdır. Bu günə qədər bir çox bootcamp-larda iştirak edib və bir çox dizayn müsabiqələrinin qalibi olmuşdur. Adobe Certified Expert (ACE) ünvanına sahib olan Knyaz Yaqubov 2017-ci ildən Code Academy komandasına qoşulub. Qrafik və Veb Dizayn tədris proqramı üzrə instruktoru olmuş Knyaz, hal-hazırda isə UX/UI Dizayn proqramının rəhbəri və instruktorudur. 2020-ci ildə həmtəsisçilərindən olduğu MARKA dizayn studiyasında fəaliyyətini davam etdirir.
Knyaz deyir ki...
Mən düşünürəm ki, dizaynın nəzəriyyəyə ehtiyacı yoxdur. Amma dizaynerlərin nəzəriyyəyə ehiyacı mütləq var.
Tələbələrin işləri
Uğurlu tələbələrimizin işləri ilə tanış ola bilərsiniz.
Bizdən tez-tez soruşurlar
- Ümumi
- Akademiya
- Qəbul
- Qiymət və ödəniş
Code Academy nə ilə məşğuldur?
2015-ci ildə fəaliyyətə başlayan Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.
Harada yerləşir?
Code Academy şəhərin mərkəzində, gediş-gəliş üçün ictimai nəqliyyat imkanlarının əlverişli olduğu bir məkanda, Nizami küçəsi 203B, AF Business House-un 2-ci mərtəbəsində yerləşir.
Gələk əsas məsələyə…
Tədris proqramını tamamladıqdan sonra iş həyatına başlamağa tam hazır olursan. Sahə üzrə əməkhaqqı səviyyəsi belədir:
Kiçik mütəxəssis
Təcrübə: 2 ilə qədər
24.000 AZN +
Mütəxəssis
Təcrübə: 3 ilə qədər
36.000 AZN +
Baş Mütəxəssis
Təcrübə: 5 ildən çox