Üstünlüklər səni çağırır!
Praktiki tədris
Dərs saatlarından əlavə təşkil edilən Lab günlərində instruktor və mentorla birlikdə keçirilən mövzuları praktika edəcəksən.
Buraxılış işi
Buraxılış işi Code Academy-dəki təhsilin yekun layihəsidir və gələcək həyatında çox önəmli rol oynayacaq.
Akademik transkript
Tapşırıq və layihələr instruktor tərəfindən yoxlanılır, qiymətləndirmə əsasında sənin bilik və bacarıqların müəyyənləşir.
Mentor sistemi
Akademiyada öyrəndiyin bilik və bacarıqları mentor sistemi ilə daha da möhkəmlənəcək.
Beynəlxalq sertifikat
Tədris proqramlarını uğurla başa vurduqda Code Academy diplomu və beynəlxalq sertifikat əldə etmək haqqı qazanacaqsan.
Təhsil lisenziyası
Elm və Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunmuş ilk və tək əlavə təhsil müəssisəsiyik.
Tədris proqramı
400 saatBu tədris proqramı fundamental alqoritmik biliklərin mənimsənilməsindən başlayaraq back-end ağırlıqlı texnologiyaları əhatə edir.
1. Tədrisə giriş və alqoritmlər
Bu modul proqramlaşdırmanın əsas prinsiplərini əhatə edir. Modulda proqramlaşdırma platformaları, paradiqmalar, alqoritmlər və onun tarixi, sadə diaqram çəkilişi, həmçinin, elementlərin açıqlamaları kimi vacib məqamlar izah olunur
2. C# ilə proqramlaşdırmaya giriş
Bu modul kompüter daxilində kodların işləmə prinsipi və Microsoft tərəfindən yaradılan C# proqramlaşdırma dilində yazılan kodların izahını əhatə edir. Modulda C# tarixçəsi, obyekt yönümlü proqramlaşdırmanın əsas prinsipləri, design pattern-lər, S.O.L.I.D prinsipləri, data strukturları və digər məqamlar detallı şəkildə əhatə olunur.
3. Verilənlər basasının əsasları (MS SQL Server)
Bu modul SQL proqramlaşdırma dilində yazılan kodların izahını əhatə edir. Modul QL server arxitekturası, data növləri, DDL və DML alt sorğuları, verilənlər bazasının qurulması və dizaynı kimi vacib məqamları əhatə edir.
4. ORM (Entity framework), ADO.Net texnologiyaları
Bu modulda verilənlər bazasına qoşulmaq üçün nəzərdə tutulmuş texnologiyalar və onlardan istifadə edərək verilənlər bazasına inteqrasiya öyrədilir.
5. Front-end texnologiyaları (HTML, CSS, Javascript)
Bu modulda tətbiqin back-end tərəfini front-end tərəfi ilə əlaqələri öyrədilir. Belə ki, əvvəlcə front-end dilləri tədris edilir, daha sonra onun back-end tərəfi ilə inteqrasiyası tədris edilir.
6. ASP.Net Core (.Net 6) framework
Bu modulda .NET core framework texnologiyaları və əsas etibarilə veb developmentin əsasını təşkil edən ASP.NET core detallı şəkildə öyrədilir. Bu modul ən böyük modullardan olub, veb arxitekturasını əhatə edir.
7. API (REST, SOAP) Veb servislər
Bu modulda veb servislər, yəni, API-lar detallı şəkildə öyrədilir və həm Soap, həm də Rest servisləri üzrə inteqrasiyaları əhatə edir. Əlavə olaraq layihələrdəki təhlükəsizlik nüanslarının nəzərə alınması və JWT token texnologiyasının tətbiqi öyrədilir.
8. DevOps (Azure, GitHub, Docker, RabbitMQ) texnologiyaları
Bu modul lokalda hazır olan layihənin reala inteqrasiya olunması üçün nəzərdə tutulmuş texnologiyaları öyrədir. Modulda CMD Linux komandaları, GitBash-ın ətraflı izahatı və praktikası, GitHub repo ilə əlaqələrin yaradılması, terminalın IDE mətn redaktoru haqqında ümumi məlumat və üstünlükləri izah olunur.
Gələcəyi kodlaşdıranlar #MəzunlarBurada
Rəsul Ağarzayev
Frontend mühəndisi / Gamesys, Estonia
"Akademiyadan ilk gözləntim yüksək səviyyəli təhsil, karyeramı bu sahə üzrə davam etdirmək və əhatəmi genişləmdirmək idi. Bunların hamısına nail ola bildim"
İrada Feyzullayeva
Software Developer / Freelancer
"Qarşına təkcə hədəf qoymaq və xəyal etmək kifayət etmir, nəaliyyətə çatmaq üçün hərəkətə keçməlisən. Beləcə Proqramlaşdırma biliyimi artırmaq üçün akademiyaya gəldim."
Yasin Uğur
Software engineer / AREALai, Türkiyə
"Code Academy-ə gəlməkdə əsas məqsədim karyerama tez zamanda başlamaq idi. Elə də oldu. Həm beynəlxalq Microsoft sertfikatının sahibi oldum, həm də məzun olduqdan qısa zaman sonra artıq işləməyə başladım."
Sualın var?..
Gəl görüşək!
Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.
Gələcəyi proqramlaşdıranlar #MeetCodeEducator
Kənan
Tapdıqlı
Ülvi
Məcidov
Mahmud
Qəribov
Hüseyn
Həsənli
Cavid
Əsədullayev
Cavid
Bəşirov
Kamran
Abdullayev
Elçin
Ağayev
Elçin Ağayev
Müəlliminizi siz də tanıyın
Elçin 3 ildən çoxdur ki, proqramlaşdırma sahəsində işləyir və bu müddət ərzində o, 2 fərqli korporativdə işləmişdir. İlk təcrübəsi “Code Academy”də mentorluq olmuşdur. Daha sonra isə “ASAN İnnovasiyalar Mərkəzi” ndə “Back-end” proqramçı olaraq fəaliyyətinə davam etmişdir. Bu müddət ərzində “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti”ndə təhsilinə davam etmişdir. Daha sonra iş həyatına “Code Academy” də Veb proqramlaşdırma müəllimi olaraq davam etmişdir. Bununla yanaşı bütün bu müddət ərzində “freelance” layihələr yazaraq təcrübəsini artırmışdır.
#sertifikatburada (Code Academy)
Full stack əsaslı back-end tədris proqramını bitirdiyini təsdiq edəcək diplom və gələcək karyeranı qurmaqda sənə dəstək olacaq beynəlxalq sertifikat imtahanlarına giriş imkanı yaradırıq.
Bizdən tez-tez soruşurlar
- Ümumi
- Tədris proqramları
- Qəbul
- Qiymət və ödəniş
Code Academy nə ilə məşğuldur?
2015-ci ildə fəaliyyətə başlayan Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.
Harada yerləşir?
Code Academy şəhərin mərkəzində, gediş-gəliş üçün ictimai nəqliyyat imkanlarının əlverişli olduğu bir məkanda, Nizami küçəsi 203B, AF Business House-un 2-ci mərtəbəsində yerləşir.
Hansı tədris proqramları mövcuddur?
Code Academy 7 tədris proqramı mövcuddur. Full stack back-end, Full stack front-end, Qrafik Dizayn və Vizual Kommunikasiyalar, UX/UI Dizayn, Digital Memarlıq və 3D, 2D Motion Dizayn, Digital Marketing, Kiber Təhlükəsizlik.
Online tədrislər olur?
Bəli, Code Academy daxilində Digital Marketing, Full stack back-end, Full stack front-end və Digital Memarlıq və 3D tədris proqramları üzrə online tədris keçirilir. Tələbələr başlayacaq qruplara online formada sinifdaxili tələbələr ilə birlikdə dərsdə canlı şəkildə iştirak edirlər. Online qoşulan tələbələr tədris proqramının tərkib hissəsi olan ev tapşırıqları, quiz və test, kiçik və buraxılış layihələrini təhvil verib Code Academy-dən məzun ola bilərlər.
Dərs zamanı öz kompüterim olmalıdır?
Tədris zamanı mövzuların praktiki tətbiqinin dərhal həyata keçirilməsi üçün hər bir tələbə sinifdaxili kompüterlərlə təmin olunur.
Rus dilində dərslər var?
Akademiyada dərslər Azərbaycan dilində keçirilir
Qəbul üçün hansı sənədlər lazımdır?
Tədris proqramlarına qeydiyyat üçün yalnız şəxsiyyət vəsiqəsi tələb olunur.
Qeydiyyat neçə yaşdan aparılır?
Akademiyamızda qeydiyyat 15 yaşdan etibarən aparılır və tədris proqramlarından asılı olaraq dəyişir.
Qeydiyyat üçün nə zaman yaxınlaşa bilərəm?
Proqram məsləhətçiləri ilə danışdıqdan sonra, sizin üçün uyğun olan qrupa qeydiyyat aparılır. Dərslərin başlama tarixi isə akademiya tərəfindən müəyyən edilir.
Ali təhsilə ehtiyac var?
Code Academy-də təhsil almaq üçün ali təhsil vacib deyil. Tədris proqramına qatılan tələbələrin gələcəkdə mütəxəssis olmaq üçün istəkli olmaları kifayətdir.
İngilis dili vacibdir?
Full stack back-end, Full stack front-end, Digital Marketinq və Kiber Təhlükəsizlik tədris proqramları üçün ingilis dili biliyi vacibdir. Akademiya daxilində yalnız qeydiyyatdan keçən tələbələrimiz üçün yaradılan ingilis dili tədrisi ilə baza bilik çatışmazlığı təhsilin ilk aylarında aradan qaldırılır.
Tədris ödənişlidir?
Code Academy ödənişli xidmət göstərən bir tədris mərkəzidir. Tədris proqramının qiyməti tələbənin seçəcəyi ödəmə üsuluna, ödəmə şəklinə, seans seçiminə əsasən müəyyənləşdiyi üçün bu məlumatı proqram məsləhətçilərimiz görüş zamanı təqdim edir. Proqram məsləhətçilərimiz həftənin 6 günü xidmət göstərir
Niyə qiymət görüş zamanı deyilir?
Qiymət cədvəli ilə tanış olmaq üçün akademiyaya yaxınlaşaraq proqram məsləhətçiləri ilə görüşmək mümkündür. Görüş zamanı akademiyada dərslərin keçirilmə şəraiti, instruktorlar, təhsil modeli, kurrikulum, akademiyanın maddi texniki bazası və ümumi atmosferi ilə tanış ola biləcəksən. Yalnız bundan sonra namizəd bizimlə davam etmək istəyərsə qiyməti elan edirik və ona uyğun müvafiq ödəniş planını seçərək qeydiyyatdan keçir.
Zəmanət verilir?
Code Academy-nin Zəmanətli Təhsil Modeli ilə hər bir tələbəyə təhsilini təkrarlama imkanı verilir. 90% dərslərdə iştirak etməsinə baxmayaraq, tədrisi yetərincə mənimsəmədiyini düşünən məzunların təkrar təhsil alma hüququ var. İlk dəfə Code Academy-də tətbiq olunan bu sistem özünə tam inanan və sektorun tələblərinə hazır peşəkarlar yetişdirir.
Hansı ödəniş formaları mövcuddur?
Ödənişi hissəli və ya birbaşa şəkildə etmək mümkündür. Hissəli ödəniş 6-10 aylıq ödəmə şəklindədir. Qiymət seçdiyiniz ödəniş formasına görə müəyyənləşir. Həmçinin, BirBank kartın varsa tədris proqramlarını aylara bölərək də ödənişi həyata keçirə bilərsən.
Gələk əsas məsələyə…
Tədris proqramını tamamladıqdan sonra iş həyatına başlamağa tam hazır olursan. Sahə üzrə əməkhaqqı səviyyəsi belədir:
Junior Developer
Təcrübə: 2 ilə qədər
24.600 AZN +
Middle Developer
Təcrübə: 3 ilə qədər
40.800 AZN +
Senior Developer
Təcrübə: 5 ildən çox