Code Academy’nin üstünlükləri
Praktiki tədris
Dərs saatlarından əlavə təşkil edilən Lab günlərində instruktor və mentorla birlikdə keçirilən mövzuları praktika edəcəksən.
Buraxılış işi
Buraxılış işi Code Academy-dəki təhsilin yekun layihəsidir və gələcək həyatında çox önəmli rol oynayacaq.
Akademik transkript
Tapşırıq və layihələr instruktor tərəfindən yoxlanılır, qiymətləndirmə əsasında sənin bilik və bacarıqların müəyyənləşir.
Mentor sistemi
Akademiyada öyrəndiyin bilik və bacarıqları mentor sistemi ilə daha da möhkəmlənəcək.
Beynəlxalq sertifikat
Tədris proqramlarını uğurla başa vurduqda Code Academy diplomu və beynəlxalq sertifikat əldə etmək haqqı qazanacaqsan.
Təhsil lisenziyası
Elm və Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunmuş ilk və tək əlavə təhsil müəssisəsiyik.
Tədris proqramı
400 saatTədris zamanı dizayn alətlərinin ən son versiyasını öyrənəcək, bütün iş prosesini mənimsəyəcək və instruktorların geniş təcrübələrindən faydalanacaqsan.
1. Veb proqramlaşdırma əsasları
Bu modul HTML işarələmə dili, CSS təsvir və Javascript proqramlaşdırma dilinin əsaslarını əhatə edir. Modulda HTML etiketlərinin yaradılması, CSS özəllikləri və onların dəyərləri, Sass texnologiyası, Javascript Ecmascript 6 versiyası, DOM (Document Object Model), BOM (Browser Object Model), debugging və jquery kitabxanasından istifadə yolları öyrədilir.
2. HTML, CSS (Fundamentals & Advanced)
Bu modul front-end tərəfinin təməl proqramlaşdırma dilləri sayılan HTML, CSS dillərinin detallı şəkildə öyrənilməsini əhatə edir.
3. JavaScript (Fundamentals & Advanced)
Bu modulda JavaScript dilinin təməldən başlayaraq mükəmməl şəkildə öyrənilməsi əhatə olunur.
4. React (Fundamentals & Advanced)
Bu modul müasir front-end dillərindən sayılan REACT dilinin əsasları və professional şəkildə öyrənilməsini və tətbiqini əhatə edir.
5. Next.js & TypeScript (Fundamentals & Advanced)
Bu modul front-end tərəfinin Api-lərlə inteqrasiyasını ve bu inteqrasiya üçün nəzərdə tutulmuş texnologiyaların öyrənilməsini əhatə edir.
6. Backend Technologies and Data Base (MongoDB)
Bu modul front-end tərəfi ilə back-end tərəfinin birləşdirmə texnologiyalarının öyrənilməsi, həmçinin, verilənlər bazası ilə inteqrasiyasını əhatə edir.
7. Secuirty (JWT)
Bu modul veb layihəsinin təhülkəsizlik tədbirlərini gücləndirmək məqsədilə istifadə olunan texnologiyalarının izahını əhatə edir.
8. Design Patterns & MERN
Bu modul dizayn pattern-lərinin öyrənilməsi və MERN yanaşmasının icrasını əhatə edir.
9. e-Commers Project & SEO services
Bu modulda e-ticarət tipli bir layihənin inteqrasiyası və hazır layihədəki SEO xidmətlərinin əsaslarının öyrənilməsini əhatə edir.
Gələcəyi kodlaşdıranlar #məzunlarburada
Nurlan Hüseynov
Development Team Lead / Kapital Bank
"Təhsilim müddətində səhhətimlə bağlı problemlər yaşadığım üçün son imtahandan kəsildim. Ancaq Code Academy-nin mənə təklif etdiyi Zəmanətli təhsil sayəsində yenidən tədrisə başladım və yüksək şərəf diplomu ilə bitirdim."
Yasin Uğur
Software engineer / AREALai
"Code Academy-ə gəlməkdə əsas məqsədim karyerama tez zamanda başlamaq idi. Elə də oldu. Həm beynəlxalq Microsoft sertfikatının sahibi oldum, həm də məzun olduqdan qısa zaman sonra artıq işləməyə başladım."
İrada Feyzullayeva
Software Developer / Freelancer
"Qarşına təkcə hədəf qoymaq və xəyal etmək kifayət etmir, nəaliyyətə çatmaq üçün hərəkətə keçməlisən. Beləcə Proqramlaşdırma biliyimi artırmaq üçün akademiyaya gəldim."
Rəsul Ağarzayev
Frontend mühəndisi / Gamesys, Estoniya
"Akademiyadan ilk gözləntim yüksək səviyyəli təhsil, karyeramı bu sahə üzrə davam etdirmək və əhatəmi genişləmdirmək idi. Bunların hamısına nail ola bildim."
Sualın var?..
Gəl görüşək!
Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.
Gələcəyi proqramlaşdıranlar #MeetCodeEducator
Kənan
Tapdıqlı
Süleyman
Dadaşov
Asim
Rzayev
Turxay
Məmmədov
Məhəmməd
Mikayılov
Hüseyn
Mirzəyev
Pərvin
Qasımlı
Turxay Məmmədov
Müəlliminizi siz də tanıyın
Turxay bakalavr təhsilini 2017-ci ildə Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin Sənayə Mühəndisliyi ixtisası, magistr təhsilini isə 2019-cu ildə Küveytin Arab Open Universitetində Kompüter Elmləri ixtisası üzrə bitirmişdir. 4 ildən çoxdur ki, Software engineer kimi müxtəlif şirkətlərdə işləyən Turxay Ukraynanın Room 8 Studio və Limestone, Birləşmiş Krallığın River Island, Amerikanın Sentinel Systems, Amtrust Insurance şirkətlərində Senior .Net developer, Ukraynanın Pnn-Soft şirkətində isə WPF developer olaraq fəaliyyət göstərmişdir. Həmçinin, ERP, RMS, betting, gambling, gaming, reporting və başqa növ layihələrdə Senior .Net developer kimi də işləmişdir. Əlavə olaraq Turxayın AWS və Azure servislərindən S3, lambda functions və AppService, databaza olaraq isə Oracle, MsSQL və cloud-da MySQL ilə təcrübəsi olmuşdur. 30 iyul 2022-ci ildən etibarən isə akademiyamıza Proqramlaşdırma üzrə instruktor kimi fəaliyyətə başlamışdır.
#sertifikatburada (Code Academy)
Full stack əsaslı front-end tədris proqramını bitirdiyini təsdiq edəcək diplom və gələcək karyeranı qurmaqda sənə dəstək olacaq beynəlxalq sertifikat imtahanlarına giriş imkanı yaradırıq.
Bizdən tez-tez soruşurlar
- Ümumi
- Tədris proqramları
- Qəbul
- Qiymət və ödəniş
Code Academy nə ilə məşğuldur?
2015-ci ildə fəaliyyətə başlayan Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.
Harada yerləşir?
Code Academy şəhərin mərkəzində, gediş-gəliş üçün ictimai nəqliyyat imkanlarının əlverişli olduğu bir məkanda, Nizami küçəsi 203B, AF Business House-un 2-ci mərtəbəsində yerləşir.
Hansı tədris proqramları mövcuddur?
Code Academy 7 tədris proqramı mövcuddur. Full stack back-end, Full stack front-end, Qrafik Dizayn və Vizual Kommunikasiyalar, UX/UI Dizayn, Digital Memarlıq və 3D, 2D Motion Dizayn, Digital Marketing, Kiber Təhlükəsizlik.
Online tədrislər olur?
Bəli, Code Academy daxilində Digital Marketing, Full stack back-end, Full stack front-end və Digital Memarlıq və 3D tədris proqramları üzrə online tədris keçirilir. Tələbələr başlayacaq qruplara online formada sinifdaxili tələbələr ilə birlikdə dərsdə canlı şəkildə iştirak edirlər. Online qoşulan tələbələr tədris proqramının tərkib hissəsi olan ev tapşırıqları, quiz və test, kiçik və buraxılış layihələrini təhvil verib Code Academy-dən məzun ola bilərlər.
Dərs zamanı öz kompüterim olmalıdır?
Tədris zamanı mövzuların praktiki tətbiqinin dərhal həyata keçirilməsi üçün hər bir tələbə sinifdaxili kompüterlərlə təmin olunur.
Rus dilində dərslər var?
Akademiyada dərslər Azərbaycan dilində keçirilir
Qəbul üçün hansı sənədlər lazımdır?
Tədris proqramlarına qeydiyyat üçün yalnız şəxsiyyət vəsiqəsi tələb olunur.
Qeydiyyat neçə yaşdan aparılır?
Akademiyamızda qeydiyyat 15 yaşdan etibarən aparılır və tədris proqramlarından asılı olaraq dəyişir.
Qeydiyyat üçün nə zaman yaxınlaşa bilərəm?
Proqram məsləhətçiləri ilə danışdıqdan sonra, sizin üçün uyğun olan qrupa qeydiyyat aparılır. Dərslərin başlama tarixi isə akademiya tərəfindən müəyyən edilir.
Ali təhsilə ehtiyac var?
Code Academy-də təhsil almaq üçün ali təhsil vacib deyil. Tədris proqramına qatılan tələbələrin gələcəkdə mütəxəssis olmaq üçün istəkli olmaları kifayətdir.
İngilis dili vacibdir?
Full stack back-end, Full stack front-end, Digital Marketinq və Kiber Təhlükəsizlik tədris proqramları üçün ingilis dili biliyi vacibdir. Akademiya daxilində yalnız qeydiyyatdan keçən tələbələrimiz üçün yaradılan ingilis dili tədrisi ilə baza bilik çatışmazlığı təhsilin ilk aylarında aradan qaldırılır.
Tədris ödənişlidir?
Code Academy ödənişli xidmət göstərən bir tədris mərkəzidir. Tədris proqramının qiyməti tələbənin seçəcəyi ödəmə üsuluna, ödəmə şəklinə, seans seçiminə əsasən müəyyənləşdiyi üçün bu məlumatı proqram məsləhətçilərimiz görüş zamanı təqdim edir. Proqram məsləhətçilərimiz həftənin 6 günü xidmət göstərir
Niyə qiymət görüş zamanı deyilir?
Qiymət cədvəli ilə tanış olmaq üçün akademiyaya yaxınlaşaraq proqram məsləhətçiləri ilə görüşmək mümkündür. Görüş zamanı akademiyada dərslərin keçirilmə şəraiti, instruktorlar, təhsil modeli, kurrikulum, akademiyanın maddi texniki bazası və ümumi atmosferi ilə tanış ola biləcəksən. Yalnız bundan sonra namizəd bizimlə davam etmək istəyərsə qiyməti elan edirik və ona uyğun müvafiq ödəniş planını seçərək qeydiyyatdan keçir.
Zəmanət verilir?
Code Academy-nin Zəmanətli Təhsil Modeli ilə hər bir tələbəyə təhsilini təkrarlama imkanı verilir. 90% dərslərdə iştirak etməsinə baxmayaraq, tədrisi yetərincə mənimsəmədiyini düşünən məzunların təkrar təhsil alma hüququ var. İlk dəfə Code Academy-də tətbiq olunan bu sistem özünə tam inanan və sektorun tələblərinə hazır peşəkarlar yetişdirir.
Hansı ödəniş formaları mövcuddur?
Ödənişi hissəli və ya birbaşa şəkildə etmək mümkündür. Hissəli ödəniş 6-10 aylıq ödəmə şəklindədir. Qiymət seçdiyiniz ödəniş formasına görə müəyyənləşir. Həmçinin, BirBank kartın varsa tədris proqramlarını aylara bölərək də ödənişi həyata keçirə bilərsən.
Gələk əsas məsələyə…
Tədris proqramını tamamladıqdan sonra iş həyatına başlamağa tam hazır olursan. Sahə üzrə əməkhaqqı səviyyəsi belədir:
Junior Developer
Təcrübə: 2 ilə qədər
24.600 AZN +
Middle Developer
Təcrübə: 3 ilə qədər
40.800 AZN +
Senior Developer
Təcrübə: 5 ildən çox