Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

Digital Memarlıq və 3D

#DizaynBurada

digital-memarliq-3d

Digital Memarlıq və 3D

#DizaynBurada

Xəyallarını reallaşdır
Yeni texnologiyalar sayəsində artıq öz xəyallarımızı bir neçə saat ərzində reallaşdıra bilərik. Arzu etdiyimiz ev dizaynı, mebel dizaynı, otaqda etmək istədiyimiz dəyişikliyi kompüter arxasında əyləşərək qısa müddətdə vizuallaşdıra və eyni zamanda texniki olaraq işləyən layihə yarada bilərik. Digital Memarlıq və 3D tədris proqramımız öz xəyalını reallaşdırmaq istəyən hər kəsə bu imkanı yaradır.

Code Academy-nin Autodesk şirkəti ilə olan partnyorluğu əsasında tələbələr ən son texnoloji məhsulları istifadə edərək öz xəyallarının memarı ola bilərlər.

Kimlər üçündür?

İnteryer və eksteryer dizayna, vizualizasiya texnologiyalarına maraqlı olmaları, bu sahədə öz biliklərini artırmaq istəyən və ya karyera qurmağı hədəfləyən hər kəs tədris proqramında iştirak edə bilər.

Digital Memarlıq və 3D tədris proqramında iştirak etmək üçün memarlıq və incəsənət ixtisası üzrə ali təhsilli olmaq tələb olunmur.

tədris

proqramı

Məqsədimiz dizayn, memarlıq və vizualizasiya sahələrində öz karyeralarına başlayan və fəaliyyət göstərən insanları sektorun ehtiyaclarına uyğun bacarıqlara yiyələndirməkdir. Eyni zamanda maraqlanan şəxsləri gələcəyin texnologiyası olan 3D modelling sahəsi ilə ətraflı tanış etmək, onları bu sahənin ortaya çıxardığı yeni fürsətlərdən faydalanma bacarıqlarına yiyələndirməkdir.
AutoCAD faktiki olaraq hər sahədə istifadə olunan bir proqramdır. Bu, hər hansı bir çertyoj yaratmaq üçün vasitədir. Sadə cizgilərdən başlayaraq 3D modellərin qurulmasına qədər işləri yerinə yetirməyə imkan verir. Özəl villaların, biznes mərkəzlərinin, fabriklərin, zavodların və s. tikilməsi üçün universal bir vasitədir.

İşçi layihəsinə elektrik layihəsinin, döşəmə planının, tavan planının, divar kəsimlərinin, fasad işçi layihəsinin və s. hazırlanması aiddir.
Revit proqramı vasitəsilə interyer və eksteryer dizaynda sürətli və detallı nəticə əldə etmək mümkündür. İnteryer dizayn tədrisinə əşya yerləşimi, rənglərin harmoniyası və psixoloji təsirləri, fiziki olaraq materialların tanınması və s. aiddir.

Eksteryer dizayn tədrisinə isə, fasadların çəkilməsi, kəsiklərin alınması, dam örtüklərinin konstruktiv qaydaları və s. aiddir.
3D modelləşdirmə hazırda dünyanın ən populyar 3D istiqamətlərindən biridir. Bu tədrisdə müxtəlif 3D əşyaların modelləşdirilməsi(mətbəx mebeli, divan, kreslo və s.), modelləşdirilmiş əşyaların müxtəlif qlobal saytlarda yerləşdirilməsi və əlavə gəlir əldə etmə yolları öyrədilir.
Vizualizasiya modulunda interyer və eksteryer dizaynda süni-təbii işıqlandırmanın analizi, tətbiqi, işıq-kölgə münasibətlərinin qorunması öyrədilir.
V-ray və Corona hazırlanmış səhnələrin realistik vizual şəklində görünməsi üçün güclü vasitələrdir. Bir cisim nə qədər düzgün şəkildə simulyasiya edilərsə, vizual olaraq da bir o qədər düzgün görünəcəkdir.

V-ray və Corona ilə vizualizasiya modulunda düzgün material analizi, çoxşaxəli işıqlardan istifadə edərək daha realistik görüntü almaq və s. tədris edilir.
Adobe Photoshop şəkillərin sonradan işlənməsi, həmçinin tekstur yaratmaq və müxtəlif effektlər əlavə etmək üçün çox güclü məhsul – təqdimat proqramıdır. Adobe Photoshop-un əsas xüsusiyyətlərini bilmək realistik vizualizasiya ilə işləmək üçün vacibdir.

bizim

müəllimlər

Tədris etdikləri istiqamətlər üzrə böyük təcrübələrə və beynəlxalq sertifikatlara malik müəllimlərimiz.

Özal Əhmədov

Pərvin İsmayılov

İlham Əli-məmmədov

Nazilə Əli-Məmmədova

tədris üzrə

sertifikatlar

Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunmuş əlavə tədris müəssisəsi olaraq bitirmə layihələrini uğurla təhvil verən tələbələr Code Academy-nin məzun diplomu ilə təltif olunacaqlar. Tələbələrimizə məzun, şərəf məzunu və yüksək şərəf məzunu dərəcələri tətbiq olunacaqdır.
Dizayn və tərtibat sahəsində karyeranızı AutoCad sertifikatı ilə inkişaf etdirin. CAD-ın sadə prinsiplərini tətbiq edərək müvafiq iş prosesi və layihə hədəfləri üzrə biliklərinizi nümayiş etdirin.
Modelləşdirmə və sənədləşdirmə qabiliyyətlərinizi Revit ilə nümayiş etdirin və gələcək karyeranızı Revit memarlıq sertifikatı ilə sübut edin.

Qəbul

prosesimiz

Qəbul prosesimiz aşağıdakı addımlardan ibarətdir. Biz təkcə tələbələri qəbul etmirik. Akademiyamızda hüquqşünas, rəssam, mühasib, bioloq və bir çox fərqli sahələrdən olan şəxsləri bir araya toplayan zəngin bir təhsil mühiti yaratmışıq. Karyeranızı bizimlə birgə dəyişmək üçün istəkli olmağınız kifayətdir.
muraciet

Onlayn müraciət et

Saytımızdan onlayn formu dolduraraq Proqram Məsləhətçisi ilə görüş təyin et.

proqram-meslehet

Proqram Məsləhətçisi ilə görüş

Görüş zamanı akademiyada tədris şəraiti ilə əyani tanış ol, şərtlər haqqında detallı məlumat al və mütəxəssis ilə görüşüb suallarına cavab tap.

odenis-novu

Ödəniş növü və dərs vaxtını seç

Seçimlərinə bağlı olaraq tədrisin müddəti  qrafiki ilə tanış ol, qiymətini öyrən.

imtahan

İmtahanda iştirak et

İmtahan zamanı bugünə kimi olan komputer və ingilis dili biliklərin yoxlanılacaq. Uyğun balı topla və birbaşa tədrisə keç.

qeydiyyat

Qeydiyyatdan keç

Özünüzə uyğun ödəniş növünü seçərək qeydiyyat sənədlərini tamamla.

tədrisin

formaları

sep-line

Campus

Tələbələrimiz akademiyaya gələrək dərslərdə birbaşa iştirak edib tədrisə yiyələnə bilərlər.

Online Campus

Online qeydiyyatdan keçərək sinifdaxili tələbələr ilə birlikdə dərsdə canlı şəkildə iştirak edib tədris proqramının tərkib hissələrini təhvil verib məzun ola bilərlər.

Növbəti

başlayacaq qruplar

13 Avqust

Digital Memarlıq və 3D

həftə sonu

Saat:

19:00-21:4515:30-20:15

Tədris forması:

Campus | Online Campus

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.

Yeni texnologiyalar sayəsində artıq öz xəyallarımızı bir neçə saat ərzində reallaşdıra bilərik. Arzu etdiyimiz ev dizaynı, mebel dizaynı, otaqda etmək istədiyimiz dəyişikliyi kompüter arxasında əyləşərək qısa müddətdə vizuallaşdıra və eyni zamanda texniki olaraq işləyən layihə yarada bilərik. Digital Memarlıq və 3D tədris proqramımız öz xəyalını reallaşdırmaq istəyən hər kəsə bu imkanı yaradır.

Code Academy-nin Autodesk şirkəti ilə olan partnyorluğu əsasında tələbələr ən son texnoloji məhsulları istifadə edərək öz xəyallarının memarı ola bilərlər.