Code for Future – Code Academy ilə Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən, universitet tələbələri üçün xüsusi hazırlanmış bootcamp formatlı tədris proqramıdır.
Proqram Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir və iştirakçılar üçün tamamilə ödənişsizdir.

Kimlər müraciət edə bilər?
Əgər sən:
BDU (Bakı Dövlət Universiteti) , AZTU (Azərbaycan Texniki Universiteti), AZMİU (Azərbaycan Memarlıq və İnşaat Universiteti), MAA (Milli Aviasiya Akademiyası), SDU (Sumqayıt Dövlət Universiteti) -da İT yönümlü ixtisaslar və ya mexanika yönümlü ixtisaslar üzrə III və ya IV kurs tələbəsisənsə,
Code for Future proqramına müraciət edə bilərsən.
Bu proqram artıq ixtisas seçimini etmiş, lakin biliklərini gücləndirmək istəyən tələbələr üçün nəzərdə tutulub. Layihədə tədris olunan proqramlar aşağıdakılardır:
- Kibertəhlükəsizliyin əsasları
- Süni intellekt Dəstəkli Proqramlaşdırma
- Data Analitika
- Autocad & Solidworks
#CodeForFuture-da nələr əldə edəcəksən?
Dərs kreditlərinin əvəzlənməsi
Code for Future-da iştirak etməklə cari semestr üzrə universitet dərs kreditlərini əldə edirsən. Beləliklə, təhsilini yarımçıq saxlamadan eyni zamanda praktiki bacarıqlar qazanırsan.
Praktiki tədris modeli
Proqram bootcamp formatında keçirilir. Öyrəndiyin nəzəri bilikləri dərhal praktiki tapşırıqlar və real ssenarilər üzərində tətbiq edirsən. Bu yanaşma səni iş mühitinə daha tez adaptasiya edir.
Beynəlxalq sertifikatlar
Proqramı uğurla başa vurduqdan sonra Code Academy sertifikatıvəmüvafiq sahə üzrə beynəlxalq sertifikatlarəldə etmək imkanı qazanırsan. Bu sertifikatlar CV-nin dəyərini artırır.
Karyera inkişafı
Code for Future-da qazandığın bilik və bacarıqlar sektorun gündəlik tələblərinə uyğun formalaşdırılıb. Bu da sənə işə qəbul proseslərində real üstünlük qazandırır.
Kibertəhlükəsizlik: kimlər üçün uyğundur?

Əgər sən:
- Analitik düşünməyi sevirsənsə
- Riskləri öncədən analiz etməyi maraqlı hesab edirsənsə
- Sistemlərin necə qorunduğu səni düşündürürsə
Kibertəhlükəsizlik istiqaməti sənin üçün uyğun ola bilər. Bu sahə daha çox təhlükəsizlik, nəzarət və məsuliyyət üzərində qurulub.
Proqramlaşdırma: kimlər üçün uyğundur?
Əgər sən:
- Məntiqi ardıcıllıqla düşünməyi sevirsənsə
- Problem həllindən zövq alırsansa
- Öz məhsulunu yaratmaq istəyirsənsə
Proqramlaşdırma istiqaməti sənə daha uyğun ola bilər. Bu sahə yaradıcılıq və davamlı inkişaf tələb edir.
Data Analitika: kimlər üçün uyğundur?
Əgər sən:
- Məlumatlarla işləməyi sevirsənsə
- Rəqəmlərdən məna çıxarmaq sənə maraqlıdırsa
- Qərarların data əsasında verilməsini istəyirsənsə
Data Analitika istiqaməti sənə uyğundur. Bu sahə biznes və texnologiya arasında körpü rolunu oynayır.
AutoCAD & SolidWorks: kimlər üçün uyğundur?
Əgər sən:
- Texniki düşüncəyə sahibsənsə
- Mexanika və dizayn səni maraqlandırırsa
- Çertyoj və 3D modellərlə işləməyi sevirsənsə
AutoCAD & SolidWorks istiqaməti sənə daha uyğun ola bilər. Bu sahə mühəndislik və istehsal sahələrində geniş istifadə olunur.
Hansını seçməlisən?
Bu sualın tək bir cavabı yoxdur. Seçim edərkən əsas meyar sənin marağın, düşüncə tərzin və potensialındır.
Əgər sən:
- Kibertəhlükəsizlik sahəsində sistemləri qorumaq,
- Proqramlaşdırma ilə real məhsullar yaratmaq,
- Data Analitika ilə məlumatdan dəyər çıxarmaq,
- AutoCAD & SolidWorks ilə texniki dizayn və mühəndislik bacarıqlarını inkişaf etdirmək
Istəyirsənsə ,#CodeForFuture proqramı sənin üçün doğru başlanğıc nöqtəsidir.
Burada sən yalnız tədris seçmirsən, öz gələcək karyera yolunu müəyyənləşdirirsən.
Gələcəyin üçün bu gün addım at.
Qeydiyyatdan keç və Code for Future layihəsində iştirak haqqı qazan. 🚀