Bloq / Game Design / Övladınız Bu Yay İlk Oyununu Yaratmağa Hazırdır? 

Övladınız Bu Yay İlk Oyununu Yaratmağa Hazırdır? 

Yay tətili uşaqlar üçün yalnız əyləncə deyil, həm də yeni bacarıqlar qazanmaq üçün əvəzolunmaz fürsətdir. AI (süni intellekt) və oyun dizaynı – gələcəyin iki güclü tendensiyasıdır. İndi yeniyetmələrin bu iki sahə ilə tanış olması üçün əla fürsət yaranıb. Code Academy-nin təqdim etdiyi AI-Powered Game Design Yay Bootcamp proqramı, 12–16 yaşlı onları texnologiya və yaradıcılığın kəsişdiyi bir dünyaya aparır. Bu proqram övladınıza oyun dizaynı və AI(süni intellekt) alətləri ilə real oyun yaratma təcrübəsi qazandıracaq.  

Niyə övladınız yay bootcamp-ına qoşulmalıdır?

AI-Powered Game Design yay bootcamp-ı 12–16 yaş arası yeniyetmələr üçün nəzərdə tutulub. Bu 5 həftəlik intensiv proqram hər həftənin 5 günü, gündə 3 saat olmaqla, real bir oyun quruculuğu prosesini tam əhatə edir. Yeniyetmələr AI-Powered Game Design Yay Bootcamp – ında ideyadan başlayaraq, vizual dizayn, mexanika, səviyyə quruluşu və optimizasiyaya qədər oyun inkişafının bütün mərhələlərini praktiki şəkildə öyrənirlər. Ən əsası AI-Powered Game Design tədrisi uşaqlara heç bir proqramlaşdırma təcrübəsi olmadan sıfırdan öz oyunlarını yaratmaq imkanı verir.

AI-Powered Game Design proqramının əsas məqsədi oyun dizaynı və AI (süni intellekt) alətlərini praktiki şəkildə tətbiq etməklə yaradıcılığı, texnoloji bacarıqları birləşdirməkdir.

Yay Bootcamp-ı onlara hansı bacarıqları qazandırır?

  • Yaradıcılıq və texnologiya əməkdaşlığı: Yeniyetmələr yalnız texniki biliklər yox, həm də problem həll etmə və kreativ düşüncə bacarıqları əldə edirlər.
  • Real layihə təcrübəsi və liderlik: Övladınız sıfırdan oyun yaratmaqla həm liderlik, həm komanda işi, həm də öz fikrini təqdim etmə bacarığını inkişaf etdirəcək.
  • Gələcək karyera üçün güclü təməl: Game designer, game developer və ya game artist olmaq istəyənlər üçün bu proqram uyğun seçimdir.

Tədris zamanı onları nələr gözləyir?

1-ci Həftə: Oyun Dizaynına İlk Addım

AI-Powered Game Design Yay Bootcamp-nın ilk həftəsində iştirakçılar oyun dünyasına giriş edirlər. Oyun növləri, dizayn prinsipləri, səviyyə dizaynı və oyun hekayəsinin qurulması kimi fundamental anlayışları öyrənirlər. Mətn əsaslı AI (süni intellekt) alətləri ilə tanış olaraq ideya formalaşdırmadan, sənədləşdirməyə qədər bütün mərhələlərə baxış keçirirlər. Fizika qaydaları, atributlar və hesab sistemləri ilə oyunlara interaktivlik qatmağı da öyrənirlər.

2-ci Həftə: Görünüşü Dizayn Et – 2D Vizuallar və AI İncəsənəti

İkinci həftədə AI vasitəsilə 2D oyun vizuallarının hazırlanmasına fokuslanılır. İştirakçılar AI-Powered Game Design Yay Bootcamp-də Recraft AI kimi vizual alətlərlə işləyərək öz oyunları üçün qrafik elementlər yaradır, bu vizualları platforma və puzzle oyunlarına tətbiq edirlər. Vizual düşüncə və yaradıcı yanaşma bu mərhələdə əsas bacarıqlardandır.

3-cü Həftə: UX/UI və Texniki Mexanika

Bu mərhələdə artıq oyunların daha funksional və istifadəçi dostu olması üçün iştirakçılar UX/UI dizayn prinsiplərini öyrənirlər. İnterfeys elementləri, menyular, nəticə ekranları və animasiyalarla tanış olur, eyni zamanda düşmən AI davranışları, obyekt təsnifi kimi texniki detallar üzərində işləyirlər.

4-cü Həftə: Səs və Məlumat Axını

Oyun atmosferini gücləndirən əsas faktorlardan biri də səsdir. Bootcamp-in dördüncü həftəsində yeniyetmələr AI ilə orijinal səs effektləri yaradır və oyunlara uyğun şəkildə inteqrasiya edirlər. Bundan əlavə, verilənlərə əsaslanan proqramlaşdırma ilə tanış olaraq müxtəlif informasiya növlərinin oyun daxilində istifadəsini öyrənirlər.

5-ci Həftə: Tam Layihə və Final Təqdimatı

AI-Powered Game Design Yay Bootcamp-nın son həftəsində isə iştirakçılar əvvəlki mərhələlərdə öyrəndikləri bilikləri birləşdirərək tam bir oyun layihəsi hazırlayırlar. Bu, onların həm texniki, həm də yaradıcı bacarıqlarını nümayiş etdirmələri üçün ideal fürsətdir. Layihələr təqdim edilir, geribildirimlər alınır və uşaqlar öz dizayn etdikləri oyunu real auditoriyaya nümayiş etdirirlər.

Praktiki Yanaşma və Real Nəticələr

AI-Powered Game Design Yay Bootcamp-i yalnız nəzəri biliklərlə kifayətlənmir. Burada hər şey praktikaya əsaslanır. Proqramın sonunda hər bir yeniyetmə öz oyun layihəsini sıfırdan hazırlayır və təqdim edir. Bu layihələr təkcə onların öyrəndiklərini nümayiş etdirmir, eyni zamanda ilk portfoliolarının təməlini formalaşdırır. Bu da gələcəkdə texnoloji və yaradıcı sahələrdə peşəkar karyera qurmaq istəyənlər üçün mühüm başlanğıcdır.

Əgər övladınızın yay tətilini fərqli, faydalı və ilhamverici keçirməsini istəyirsinizsə, AI-Powered Game Design Yay Bootcamp proqramı bunun üçün ən doğru seçimdir.

AI Powered Game Design

Növbəti qrup: 4 Avqust 2025