Bloq / Proqramlaşdırma / AI səni əvəz etmir, səni gücləndirir. Yeni tədris proqramımız – Süni İntellekt dəstəkli Proqramlaşdırma

AI səni əvəz etmir, səni gücləndirir. Yeni tədris proqramımız – Süni İntellekt dəstəkli Proqramlaşdırma

Texnologiya sürətlə dəyişir. Bu dəyişikliklərin mərkəzində süni intellekt və proqramlaşdırmadayanır. Artıq gələcəyin proqramçısı təkcə kod yazmaqla kifayətlənmir, süni intellekt ilə birlikdə yaradır.

Code Academy olaraq təqdim etdiyimiz yeni Süni İntellekt dəstəkli Proqramlaşdırma tədris proqramı, proqramlaşdırma sahəsində inqilabi bir yanaşma təqdim edir. Bu proqramlaşdırma, sənə təkcə kodlaşdırma bacarıqları deyil, eyni zamanda süni intellektlə effektiv əməkdaşlıq etməyi öyrədir.

Niyə “Süni İntellekt dəstəkli Proqramlaşdırma”?

Çünki texnologiyanın tələbi dəyişib. Proqramlaşdırmada artıq daha sürətli, daha keyfiyyətli və yaradıcı nəticələr tələb olunur. süni intellektI ilə yazılan kodlar artıq gündəlik iş proseslərinin bir hissəsinə çevrilib. Yeni “Süni İntellekt dəstəkli Proqramlaşdırma ” tədrisi səni sürətlə dəyişən texnologiya dünyasına uyğunlaşdıraraq bir məhsulun sıfırdan ideyasını formalaşdırmağa kömək edəcək. Həmçinin proqramlaşdırmada süni intellektin gücü ilə dizayn və inkişaf etdirməyə dəstək olacaq. “Süni İntellekt dəstəkli Proqramlaşdırma ” proqramlaşdırma və süni intellekt bacarıqlarını birləşdirərək səni çevik, yaradıcı, tələb olunan peşəkar kimi formalaşdırır.

Proqramın Strukturu və Tədris Modeli

360 dərəcəlik səyahət: Proqramlaşdırmadan süni intellekt  əməkdaşlığına doğru.

Süni İntellekt dəstəkli Proqramlaşdırma sahəsi, sənə yalnız proqramlaşdırma öyrətmir. Tədris səni süni intellektlə birgə işləyə bilən müasir proqramçı kimi yetişdirmək üçün hazırlanıb. Bu, 360 saatlıq peşəkar və dərin inkişaf yoludur.

300 saat əsas tədris saatı və 60 saat dərsdənkənar fəaliyyət saatıdır. Bu proqram hər kəsin texnologiya sahəsində inkişaf etməsinə imkan verir. Əvvəlcədən proqramlaşdırma biliklərinə malik olmaq mütləq deyil. 

Proqrama başlamazdan əvvəl iştirakçılara SkillCheck (bacarıq testi) testi tətbiq olunur. Nəticələrinə əsasən aşağıdakı imkanlar təqdim edilir:

●   İştirakçının tədrisə hazır olub-olmadığı qiymətləndirilir

●   Ehtiyac olarsa ilkin hazırlıq materialları təqdim olunur

●   Yüksək nəticə göstərənlərə 30%-dək təqaüd təqdim edilir

Yeni tədris proqramı kimlə üçündür?

“Süni İntellekt dəstəkli Proqramlaşdırma” tədrisi sıfırdan başlayan, mövcud proqramlaşdırma  bacarıqlarını süni intellektlə təkminləşdirməyi arzu edən, hətta öz işində qalıb gələcəyə uyğunlaşmaq istəyən hər kəs üçündür. Əgər sən texnologiya ilə gələcəyini qurmaq, fərqlənmək və bu sürətlə dəyişən dünyaya uyğunlaşmaq istəyirsənsə, “Süni İntellekt dəstəkli Proqramlaşdırma”  sahəsi sənə uyğun olacaq.

Yeni reallıq, yeni yanaşma!

Code Academy-də hazırlanan Süni İntellekt dəstəkli Proqramlaşdırma tədris proqramı sadəcə yeni modullar və saat artımı deyil, tam tədris modelinin transformasiyasıdır. Biz proqramlaşdırmada süni intellektdən sadecə bir alət kimi deyl, əməkdaş kimi istifadə etməyi seçirik.

Bu proqramla tələbə:

●   süni intellekt ilə kod yazmaq, təhlil etmək və təkmilləşdirmək bacarığı əldə edir.

●   Eyni problemi bir neçə dildə həll etməyi öyrənir, texnologiya çevikliyi qazanır.

●   Real layihələr üzərində işləyir və nəticədə portfoliyoya hazır məhsul əlavə edir.

●   Buraxılış layihəsini hazırlayır və onu auditoriya qarşısında təqdim etmə təcrübəsi qazanır.

●   Təkcə proqramçı yox, məhsul düşüncəli mühəndis kimi formalaşır.

Diplom və Karyera İmkanları

Süni İntellekt dəstəkli Proqramlaşdırma tədrisini tamamlayan iştirakçılar “AI-Enhanced Full-Stack Developer” diplomu əldə edirlər. Bu diplom, proqramlaşdırma bacarıqları ilə yanaşı, süni intellektlə işləmə və real məhsul hazırlama təcrübəsini də əks etdirir. Diplom beynəlxalq standartlara uyğundur və portfoliyoya əlavə oluna bilər. Dərslərdə 80% iştirak edənlərə iştirak sertifikatı, proqramı uğurla bitirənlərə isə rəsmi diplom təqdim olunur.

Süni İntellekt dəstəkli Proqramlaşdırma tədrisini bitirənlər back-end developer, süni intellekt ilə işləyən full-stack developer, freelance proqramçı və ya startap qurucusu kimi müxtəlif sahələrdə karyera qurmaq imkanı əldə edirlər. Süni İntellekt və proqramlaşdırmanın inteqrasiyasına əsaslanan bu proqram, iştirakçıları yalnız texniki biliklə deyil, həm də gələcək yönümlü və yaradıcı düşüncə ilə gücləndirir.

Niyə məhz Code Academy?

Süni İntellekt dəstəkli Proqramlaşdırma tədrisi Code Academy-nin 10 illik təcrübəsi və yüzlərlə şirkətlə əməkdaşlığı nəticəsində formalaşdırılıb. Müasir iş dünyasının tələblərinə uyğunlaşdırılmış real layihələr, praktiki tapşırıqlar və mentor dəstəyi ilə tələbələr ilk gündən biliklərini tətbiq edərək öyrənməyə başlayır. Code Academy sənə sadəcə kod yazmağı yox, süni intellekt dövründə fərqlənməyi öyrədir. Seçiminlə gələcəyini dəyişməyə indi başla.

Süni intellekt dəstəkli Proqramlaşdırma

Növbəti qrup: 13 Sentyabr 2025