Cari dövrdə rəqəmsallaşma və böyük məlumatlar artdıqca, şirkətlərin uğur qazanması üçün biznes analitika artıq seçim deyil, zərurətə çevrilib. Biznes analitika nədir?
Biznes analitika təşkilatların məlumatlardan istifadə edərək strateji qərarlar verməsinə, əməliyyatların optimallaşdırılmasına, müştəri davranışlarının təhlilinə və səmərəli planlaşdırma aparmasına imkan yaradır. Biznes analitika əsasən məlumat analizi, statistik modelləşdirmə, proqnozlaşdırıcı analitika, vizualizasiya və məlumatların interpretasiyası kimi prosesləri əhatə edir. Biznes analitika keçmiş məlumatlardan nəticələr çıxararaq gələcək fəaliyyətləri daha düzgün planlamaqdır. Biznes analitika alətləri bu prosesdə mühüm rol oynayır. Bəzi qabaqcıl xarici şirkətlər bu sahədə böyük uğurlar qazanıblar. Məsələn, Amazon istifadəçi məlumatlarını təhlil edərək şəxsi təkliflər hazırlayır və satış strategiyalarını daim təkmilləşdirir. Netflix isə istifadəçi izləmə vərdişlərini analiz edərək kontent tövsiyə sistemini inkişaf etdirir. Bu isə müştəri məmnuniyyəti və loyallığı üçün vacibdir. Bu şirkətlərin uğurunun arxasında məhz güclü biznes analitika sistemləri dayanır.
Biznes analitika əsasən üç növə bölünür:
- Deskriptiv analitika: Nə baş verdiyini anlamağa kömək edir.
- Proqnozlaşdırıcı analitika: Nə baş verə biləcəyini təxmin edir.
- Preskriptiv analitika:Nə edilməli olduğunu təklif edir.
Şirkətlər bu üsullarla risklərin idarə olunması, marketinq strategiyasının gücləndirilməsi, satışların artırılması və əməliyyat xərclərinin azaldılması kimi məqsədlərə nail ola bilirlər. Ən əsası, biznes analitika tətbiqləri idarəetməni daha effektiv və şəffaf edir. Biznes analitikada əsas istifadə olunan texnologiyalara Power BI, Tableau, Google Data Studio, Python, R dili və SQL aid edilir. Bu vasitələrlə hazırlanan dashboardlar, interaktiv qrafiklər və real vaxt analizləri qərar qəbul etmə prosesində vacib yer tutur. İntuitiv interfeysə malik bu alətlər biznes analitika prosesini həm daha əlçatan, həm də daha dərin təhlilə əsaslanan hala gətirir. Bununla yanaşı, əlavə dəyər yaradan analitika biznesin gələcəyini formalaşdırır. Data-driven ilə qərarlar daha dəqiq, daha sürətli və rəqabətli olur. Açar performans göstəriciləri (KPI) əsasında nəticələrin ölçülməsi şirkətə nəzarət etməyə və davamlı inkişafı təmin etməyə şərait yaradır. Biznes analitika burada əsas funksiyanı yerinə yetirir.
Son olaraq qeyd edək ki, biznes analitika mütəxəssisləri əmək bazarında yüksək tələbatdadır. Azərbaycanda da bir çox şirkət biznes analitika sahəsində mütəxəssislər axtarır və biznes analitikaya yaranan ehtiyac getdikcə çoxalır. Bu sahə həm də texnologiya ilə maraqlanan gənclər üçün gələcək vəd edən bir istiqamətdir. Elə bu səbəbdən də bu yöndə irəliləmək istəyən şəxslərə “Biznes analitika” təlimimizi tövsiyyə edirik. Biznes analitika sadəcə texniki bacarıqlar toplusu deyil. Bu, məlumatları anlayışa, anlayışı isə qərarlara çevirmə sənətidir. Gələcək, biznes analitikanı mənimsəyənlərindir.