Biznes dünyasında rəqabət hər gün daha da kəskinləşir və şirkətlər artıq təsadüfi qərarla deyil, dəqiq analiz, düzgün struktur və real istifadəçi ehtiyacları üzərindən hərəkət etməyin vacibliyini bilirlər. Məhz buna görə biznes analitika bu gün şirkətlərin ən kritik yönlərindən birinə çevrilib. Bir çox CEO (Chief Executive Officer) qeyd edir ki, uğurlu biznesin əsasında intuisiya yox, analitik düşüncə və proseslərin şəffaf şəkildə idarə olunması dayanır. Onların fikrincə, bu sahə yalnız texniki bacarıqlar deyil həm də biznesin necə işlədiyini, hansı mərhələdə hansı qərarın daha səmərəli olduğunu anlamaq deməkdir. Elə bu səbəbdən biznes analitika həm qlobal, həm də lokal bazarda şirkətlərin ən çox investisiya etdiyi sahələrdən biridir və strateji inkişafın mərkəzinə çevrilir.
Bu bloqda 0-dan başlayan bir namizədin Junior BA mərhələsindən Senior Biznes Analitik və hətta Product Owner, Business Architect və ya CEO kimi rollara qədər uzanan karyera xəritəsini real və dəqiq məlumatlarla izah edirik.

1. Başlanğıc mərhələsi: foundations (0-6 ay)
Biznes analitika sahəsinə yeni daxil olanlar adətən iki əsas sualla qarşılaşır:
“Haradan başlamalıyam?” və “Texniki bilik şərtdirmi?”
Bu mərhələdə məqsəd yalnız alət öyrənmək deyil, düşünmə tərzini formalaşdırmaqdır. Yeni başlayanlar aşağıdakı bacarıqlara fokuslanır:
- Analitik düşüncə
- Problem həlli
- Biznes proseslərinin məntiqi
- Əsas sənədləşmə bacarıqları (BRD, SRS, Use Cases)
- SQL və Excel kimi baza alətlər
- Miro, Figma, Notion, Jira kimi platformalar
Bu mərhələ CEO-ların da xüsusi vurğuladığı bir nöqtədir: “Texniki bilik öyrənilir, amma analitik düşüncə bir vərdişdir.” Buna görə də business analitika üçün ən vacib olan, situasiyanı anlamaq və problemi düzgün formalaşdırmaq bacarığıdır.
2. Junior Biznes Analitiki: ilk real layihələr (6-18 ay)
Junior BA artıq real layihələrdə iştirak etməyə başlayır. Bu mərhələdə öyrənilən bacarıqlar sahəyə tam daxil olmağın əsasını qoyur:
- İstifadəçi tələblərinin toplanması (elicitation)
- Layihə menecerləri və developer komandaları ilə komanda işi
- Use Case, User Story və Acceptance Criteria yazmaq
- BPMN ilə proseslərin modelləşdirilməsi
Junior mərhələdə məqsəd təcrübə toplamaq və biznes analitika proseslərini başdan sona anlamaqdır. CEO-lar üçün bu mərhələdə namizəd “öyrənməyə açıq” və “operativ” olmalıdır. Çünki biznes analitiki şirkətdə informasiya axınının düzgün qurulmasında kritik rol oynayır.
3. Middle Biznes Analitik: strategiya formalaşdırmaq (1.5-3 il)
Middle BA artıq daha çox məsuliyyət daşıyır və öz qərarlarını arqumentlərlə əsaslandıra bilir. Bu mərhələdə analitik:
- Layihənin müəyyən hissələrinə rəhbərlik edir
- Riskləri müəyyənləşdirir və həll yolları təklif edir
- Daha kompleks sistemlərin arxitekturasını başa düşür
- Stakeholder-larla daha yüksək səviyyəli görüşlər aparır
- Data analitika ilə biznes analitika arasında bağlantıları anlamağa başlayır
Middle BA-lar şirkət üçün əməliyyat səviyyəsindən strateji səviyyəyə doğru keçid yaradır. CEO-ların baxışına görə məhz bu mərhələ analitikin “Karyerasında dönüş nöqtəsi” hesab olunur.
4. Senior Biznes Analitik: strateji qərarların sahibi (3-6+ il)
Senior mərhələdə iş yalnız tələbləri toplamaq deyil, biznesin daha effektiv işləməsinə kömək etməkdir. Senior BA-lar:
- Biznes modellərini optimallaşdırır
- Çoxşaxəli layihələrə rəhbərlik edir
- Data, məhsul və biznes komandaları arasında strateji körpü rolunu oynayır
- Prosesləri yenidən dizayn edir (BPR)
- CEO və board səviyyəsində qərarların verilməsində iştirak edir
Bu mərhələ biznes analitika sahəsinin ən vacib hissəsidir. Senior BA artıq şirkətin gələcək inkişaf planlarının formalaşmasında aktiv rol oynayır.
5. Senior olduqdan sonra karyeranı necə davam etdirmək olar?
Biznes analitika sahəsində inkişaf yalnız “Senior” mərhələsi ilə bitmir. Təcrübəli analitiklər adətən aşağıdakı rollara keçir:
- Product Owner / Product Manager
- Solution Architect
- Business Architect
- Head of BA / BA Lead
- COO (Chief Operating Officer) və ya CEO rolları
Çünki CEO-ların böyük qismi biznes analitika bacarıqlarına malik insanlardır. Onlar analitik düşünən, məlumat əsaslı qərar verən və prosesləri ölçə bilən liderlərdir.
Bugün qlobal və lokal şirkətlərin çoxu məhz bu düşüncə tərzinə sahib BA-lara tələbat göstərir. Çünki düzgün analitika olmadan nə məhsul düzgün inkişaf edir, nə istifadəçi məmnun olur, nə də biznes böyüyür. Elə buna görə də Code Academy-də IT Biznes Analitika tədrisi tələbələrə real biznesin necə işlədiyini öyrədən strateji bir yol xəritəsidir.