Praktiki tədris
Dərs saatlarından əlavə təşkil edilən Lab günlərində instruktor və mentorla birlikdə keçirilən mövzuları praktika edəcəksən.
Buraxılış işi
Buraxılış işi Code Academy-dəki təhsilin yekun layihəsidir və gələcək həyatında çox önəmli rol oynayacaq.
Akademik transkript
Tapşırıq və layihələr instruktor tərəfindən yoxlanılır, qiymətləndirmə əsasında sənin bilik və bacarıqların müəyyənləşir.
Mentor sistemi
Akademiyada öyrəndiyin bilik və bacarıqları mentor sistemi ilə daha da möhkəmlənəcək.
Beynəlxalq sertifikat
Tədris proqramlarını uğurla başa vurduqda Code Academy diplomu və beynəlxalq sertifikat əldə etmək haqqı qazanacaqsan.
Təhsil lisenziyası
Elm və Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunmuş ilk əlavə təhsil müəssisəsiyik.
Tədris proqramı
330 saatCode Academy-də qrafik dizayna yalnız proqramlardan istifadə bacarığı kimi yanaşmırıq. Bizim üçün dizayn ideyanı araşdırmaq, ona estetik istiqamət vermək və onu insanlarda təsir yaradan vizual həllə çevirməkdir. Tədris modelimiz qlobal kreativ sənayenin ritmi, bazarın yenilənən ehtiyacları və AI-ın açdığı yeni imkanlar əsasında daim yenilənir. Məqsədimiz sadəcə alətlərə bələd olan deyil, günün vizual dilini anlayan, zövqü formalaşmış, yaradıcı baxışı və öz mövqeyi olan dizaynerlər yetişdirməkdir. Tədrisin mərkəzində praktika dayanır. Tələbə hər mövzuda araşdırır, ideya qurur, moodboard hazırlayır, kompozisiya və tipoqrafika ilə işləyir, fərqli dizayn üslublarını sınaqdan keçirir və onları real layihələrə tətbiq edir. Beləliklə, tələbə dizaynı düşünür, əsaslandırır və istiqamətləndirir. Burada bədii vizual estetika və dizayn üslubları texniki biliklə birgə inkişaf edir. Süni intellekt isə dizaynerin yerinə qərar verən vasitə deyil; araşdırmanı, vizuallaşdırmanı və iş axınını sürətləndirən yaradıcı köməkçidir. Suni intellektin dəstəyi ilə qazandığımız zamanı daha dərin düşüncəyə, daha cəsarətli ideyalara və daha güclü vizual nəticələrə yönəldirik.
Bu alətlərlə yaradacaqsan
1. Dizaynın əsasları: vektor, forma və rəng
Bu modul qrafik dizaynın və vizual kommunikasiyanın əsaslarını, Adobe Illustrator-da vektor və raster qrafika ilə işi, forma, rəng, qradient və AI alətlərinin tətbiqini əhatə edir.
2. Tipoqrafika və vizual iyerarxiya
Mətn, şəkil və boşluq münasibətlərini düzgün quraraq tipoqrafikanın, şəbəkə sistemlərinin və fərqli dizayn üslublarının köməyi ilə oxunaqlı, balanslı və diqqətçəkən kompozisiyalar yaradacaqsınız.
3. AI ilə yaradıcı düşüncə və iş axını
Bu modul süni intellektin dizayn prosesinə inteqrasiyasını, prompt quruluşunu, AI ilə vizual və video istehsalıyönəlmiş yeni iş axınlarını təqdim edir.
4. Foto və AI əsaslı manipulyasiya
Modul Adobe Photoshop və Adobe Firefly mühitində foto retuşu, AI əsaslı bərpa üsullarını, işıq-kölgə quruluşunu və məhsul manipulyasiyasını estetik və inandırıcı vizualların hazırlanması çərçivəsində birləşdirir.
5. Kompozisiya və üslublar
Bu modul qabaqcıl kompozisiya prinsiplərini tipoqrafik, illüstrativ, 3D və reklam yönümlü üslublarla bir araya gətirərək müxtəlif platformalar üçün yaradıcı dizayn həllərini əhatə edir.
6. Rəqəmsal dizayn sistemi: Sosial media dizaynı
Figma əsaslı bu modul sosial media üçün vizual sistemlərin, post seriyalarının, karusellərin və təqdimatların platforma qaydaları, grid və brandkit yanaşması əsasında hazırlanmasına həsr olunur.
7. Nəşr və editorial dizayn
Modul grid sistemləri, səhifə quruluşu, vizual ritm və məzmun ardıcıllığı vasitəsilə kataloq, jurnal və digər çoxsəhifəli nəşrlərin funksional və estetik şəkildə dizayn edilməsini əhatə edir.
8. Vizual brend kimliyi: Brendinq
Bu modul brend araşdırmasından loqotip və simvolun yaradılmasına, vizual kimlik sisteminin, brend təqdimat və brend kitabçanın hazırlanmasına qədər bütöv brendinq prosesini təqdim edir.
9. Qablaşdırma dizaynı
Bu modulda etiket, qablaşdırma, satış stendi və POS materialları dizayn etməyi öyrənirsiniz. Məqsəd məhsulun dəyərini və hekayəsini satış məkanında aydın, diqqətçəkən və fərqləndirici şəkildə təqdim etməkdir.
10. 2D Motion Dizayn
Bu modul Adobe After Effects-də laylar, maskalar, hərəkət qrafikləri, effektlər, AI əsaslı video istehsalı, mətn və loqo animasiyasını əhatə edən dinamik motion dizayn prosesini təqdim edir.
11. Peşəkar portfolio idarəetməsi və frilans fəaliyyət
Modul portfolioda iş seçimi, layihələrin təqdimat ardıcıllığı, Behance səhifəsi vasitəsilə peşəkar fəaliyyət üçün aydın və güclü portfolio strukturunun qurulmasına yönəlir.
Məzunlarımız Zirvələrdə #məzunlarburada
Murad Zeynalov
Qrafik Dizayner / Vibe&Wave Reklam agentliyi
"Code Azcademy-də Qrafik dizayn təhsilimi, "Yüksək Şərəf Məzunu" dərəcəsi ilə müvəffəqiyyətlə bitirmişəm. Təhsilimi bitirdikdən sadəcə 1 ay sonra işə başlamışam. Dizayn mənim üçün bir iş deyil. Bu bir həyat tərzidir. Code Academy bir muzeydir, biz yaradıcı insanlar da bu muzeydə olan şahəsərlər. Layiq olduğumuz yer və doğru sənətkarlar olan zaman, heç bir sənət əsəri öz dəyərini itirməz."
Şamxal Bayramov
Qrafik Dizayner / Trenders Reklam agentliyi
"Sevdiyin işi öyrənmək həmişə maraqlı və həyəcanverici olsa da, onu daha maraqlı edən bu yolda sənə yoldaş olan şəxslər və içində olduğun mühitdir. Bu məkan məhz Code Academy-dir. "
Sabina İbrahimova
Qrafik Dizayner /Sea Breeze “Dream Group İnternational”
"Code Academy mənə qrafik dizayn sahəsində hədəflərimə inamla irəliləməyə kömək etdi. Qazandığım bilik və praktiki təcrübə inkişafımda böyük rol oynadığını deyə bilərəm. İnanıram ki, insan məsuliyyətli və intizamlı yanaşarsa, istədiyi nəticələri əldə edə bilər. Bu təcrübə mənim üçün dəyərli bir başlanğıc oldu."
Nərmin Əlizadə
Middle Qrafik Dizayner / Olivia Beauty&Care
"Sevdiyin işi öyrənmək həmişə maraqlı və həyəcanverici olsa da, onu daha maraqlı edən bu yolda sənə yoldaş olan şəxslər və içində olduğun mühitdir. Bu məkan məhz Code Academy-dir."
Ləman Həsənli
Qrafik Dizayner / Qaraj Studio
"Code Academy yaradıcılığı inkişaf etdirən və fərqli düşüncələrə açıq bir mühitdir. Burada yeni ideyalar yaratmaq və onları sərbəst ifadə etmək üçün sərhəd yoxdur. Hər addım insanı özünü daha da inkişaf etdirməyə və fərqli düşünməyə sövq edir."
Sualın var?..
Gəl görüşək!
Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.
Tədrisi dizayn edənlər #MeetCodeEducator
Xudayar Ağayarov
Art director
Müəlliminizi siz də tanıyın
Xudayar Ağayarovun qrafik dizayn və reklam sahəsi ilə tanışlığı 2008-2009-cu illərə təsadüf edir. Yaxın dostlarından birinin bu sahədə fəaliyyəti onu reklam və dizayn sənayesi ilə maraqlanmağa təşviq edir. 2009-cu ildən etibarən Azərbaycanın bir sıra reklam və dizayn agentliklərində fəaliyyət göstərir və 2017-ci ildən etibarən bu günə kimi fəaliyyətini tam müstəqil şəkildə Ağayarov Büro olaraq davam etdirir. Dizayn fəaliyyəti boyu çox sayda Dövlət qurumları, özəl sektora məxsus startaplar, səhiyyə, sənaye, yerli və xarici biznes şirkətləri, müxtəlif tədbirlər, kafe və restoran sektoru üçün reklam və vizual kommunikasiya vasitələrini dizayn edib. Müxtəlif illərdə BP, Samsung, HP, Mobitel, Azercell, Bakcell, Azal Hava Yolları, Həyat Klinikası, Atəşgah Sığorta Şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi və s. kimi şirkətlərlə iş təcrübəsi var. Qrafik dizaynda konseptual düşüncəyə üstünlük verən Xudayarın bir sıra işləri Beynəlxalq dizayn festivallarında finalçılar və mükafatçılar arasında yer alıb, müxtəlif dizayn nəşrlərində paylaşılıb və çap edilibdir. Bu sahənin inkişafı üçün bir sıra Qrafik dizayn vebinarlarının təşkilatçısı və bloq yazarıdır.
#sertifikatburada (Code Academy)
Tədris proqramını bitirdiyini təsdiq edəcək diplom və gələcək karyeranı qurmaqda sənə dəstək olacaq beynəlxalq sertifikat imtahanlarına giriş imkanı yaradırıq.
Tələbələrin işləri
Uğurlu tələbələrimizin işləri ilə tanış ola bilərsiniz.
Bizdən tez-tez soruşurlar
- Ümumi
- Akademiya
- Qəbul
- Qiymət və ödəniş
Code Academy nə ilə məşğuldur?
2015-ci ildə fəaliyyətə başlayan Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.
Harada yerləşir?
Code Academy şəhərin mərkəzində, gediş-gəliş üçün ictimai nəqliyyat imkanlarının əlverişli olduğu bir məkanda, Nizami küçəsi 203B, AF Business House-un 2-ci mərtəbəsində yerləşir.
Hansı tədris proqramları mövcuddur?
Code Academy 10 tədris proqramı mövcuddur. Full stack back-end, Full stack front-end, Qrafik Dizayn və Vizual Kommunikasiyalar, UX/UI Dizayn, Digital Memarlıq və 3D, 2D Motion Dizayn, Digital Marketing, Kiber Təhlükəsizlik, Data Analitika və AI Powered Game Design.
Online tədrislər olur?
Bəli, Code Academy daxilində Digital Marketing, Full stack back-end, Full stack front-end və Digital Memarlıq və 3D tədris proqramları üzrə online tədris keçirilir. Tələbələr başlayacaq qruplara online formada sinifdaxili tələbələr ilə birlikdə dərsdə canlı şəkildə iştirak edirlər. Online qoşulan tələbələr tədris proqramının tərkib hissəsi olan ev tapşırıqları, quiz və test, kiçik və buraxılış layihələrini təhvil verib Code Academy-dən məzun ola bilərlər.
Dərs zamanı öz kompüterim olmalıdır?
Tədris zamanı mövzuların praktiki tətbiqinin dərhal həyata keçirilməsi üçün hər bir tələbə sinifdaxili kompüterlərlə təmin olunur.
Rus dilində dərslər var?
Akademiyada dərslər Azərbaycan dilində keçirilir.
Qeydiyyat neçə yaşdan aparılır?
Akademiyamızda qeydiyyat 15 yaşdan etibarən aparılır. Qeyd edək ki, yaş ortalaması tədris proqramlarından asılı olaraq dəyişir.
Qeydiyyat üçün nə zaman yaxınlaşa bilərəm?
Dərslərin başlama tarixi isə akademiya tərəfindən müəyyən edilir. Proqram məsləhətçiləri ilə danışdıqdan sonra, sizin üçün uyğun olan qrupa qeydiyyat aparılır.
Ali təhsilə ehtiyac var?
Code Academy-də təhsil almaq üçün ali təhsil vacib deyil. Tədris proqramına qatılan tələbələrin gələcəkdə mütəxəssis olmaq üçün istəkli olmaları kifayətdir.
İngilis dili vacibdir?
Digital Marketinq və Kiber Təhlükəsizlik tədris proqramları üçün ingilis dili biliyi vacibdir. Akademiya daxilində yalnız qeydiyyatdan keçən tələbələrimiz üçün yaradılan ingilis dili tədrisi ilə baza bilik çatışmazlığı təhsilin ilk aylarında aradan qaldırılır.
Tədris ödənişlidir?
Code Academy ödənişli xidmət göstərən bir tədris mərkəzidir. Tədris proqramının qiyməti tələbənin seçəcəyi ödəmə üsuluna, ödəmə şəklinə, seans seçiminə əsasən müəyyənləşdiyi üçün bu məlumatı proqram məsləhətçilərimiz görüş zamanı təqdim edir.
Niyə qiymət görüş zamanı deyilir?
Qiymət cədvəli ilə tanış olmaq üçün akademiyaya yaxınlaşaraq proqram məsləhətçiləri ilə görüşmək mümkündür. Görüş zamanı akademiyada dərslərin keçirilmə şəraiti, instruktorlar, təhsil modeli, kurrikulum, akademiyanın maddi texniki bazası və ümumi atmosferi ilə tanış ola biləcəksən. Yalnız bundan sonra namizəd bizimlə davam etmək istəyərsə qiyməti elan edirik və ona uyğun müvafiq ödəniş planını seçərək qeydiyyatdan keçir.
Zəmanət verilir?
Code Academy-nin Zəmanətli Təhsil Modeli ilə hər bir tələbəyə təhsilini təkrarlama imkanı verilir. 90% dərslərdə iştirak etməsinə baxmayaraq, tədrisi yetərincə mənimsəmədiyini düşünən məzunların təkrar təhsil alma hüququ var. İlk dəfə Code Academy-də tətbiq olunan bu sistem özünə tam inanan və sektorun tələblərinə hazır peşəkarlar yetişdirir.
Hansı ödəniş formaları mövcuddur?
Ödənişi hissəli və ya birbaşa şəkildə etmək mümkündür. Hissəli ödəniş 6-18 aylıq ödəmə şəklindədir. Qiymət seçdiyiniz ödəniş formasına görə müəyyənləşir.
Gələk əsas məsələyə…
Tədris proqramını tamamladıqdan sonra iş həyatına başlamağa tam hazır olursan. Sahə üzrə əməkhaqqı səviyyəsi belədir:
Junior qrafik dizayner
Təcrübə: 2 ilə qədər
15.600 AZN +
Senior qrafik dizayner
Təcrübə: 3 ilə qədər
34.200 AZN +
Art Direktor
Təcrübə: 5 ildən çox