Code Academy’nin üstünlükləri
Praktiki tədris
Dərs saatlarından əlavə təşkil edilən Lab günlərində instruktor və mentorla birlikdə keçirilən mövzuları praktika edəcəksən.
Buraxılış layihəsi
Buraxılış işi Code Academy-dəki təhsilin yekun layihəsidir və gələcək həyatında çox önəmli rol oynayacaq.
Akademik transkript
Tapşırıq və layihələr instruktor tərəfindən yoxlanılır, qiymətləndirmə əsasında sənin bilik və bacarıqların müəyyənləşir.
Mentor sistemi
Akademiyada öyrəndiyin bilik və bacarıqları mentor sistemi ilə daha da möhkəmlənəcək.
Təhsil lisenziyası
Elm və Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunmuş ilk əlavə təhsil müəssisəsiyik.
Hansı bacarıqlara sahib olacaqsan?
240 saatCode Academy-də Software Engineering tədrisi yalnız proqramlaşdırma dili öyrənməklə məhdudlaşmır. Problemi anlamağı, uyğun arxitektura qurmağı və işlək tətbiq hazırlamağı öyrənirsiniz. AI isə kodu sizin yerinizə düşünən bir əvəzləyici deyil, işi sürətləndirən gündəlik alətdir.
1. Backend Development
Server tərəfində production səviyyəli tətbiqlər hazırlayırsınız. Biznes məntiqi, təbəqələnmiş arxitektura, xətaların idarə olunması və performans üzərində işləyirsiniz. Tədrisdə C# və .NET-dən istifadə olunur. Qazandığınız mühəndislik yanaşmasını isə digər proqramlaşdırma dillərində də tətbiq edə bilərsiniz.
2. Database və SQL
Relational database dizayn edir, cədvəllər arasında əlaqələr qurur, indekslərlə işləyir və mürəkkəb SQL sorğuları yazırsınız. Data modelləşdirmə backend mühəndisliyinin təməl bacarıqlarından biridir.
3. ORM
Tətbiqi ORM vasitəsilə database-ə bağlamağı, migration-lar və əlaqələrlə işləməyi, sorğuları optimallaşdırmağı öyrənirsiniz. Eyni zamanda ORM-in hansı hallarda kömək etdiyini, hansı hallarda isə məhdudiyyət yaratdığını anlayırsınız. Bu mərhələdə Entity Framework Core-dan istifadə olunur.
4. LLM inteqrasiyası
Böyük dil modellərini tətbiqə inteqrasiya edir, chat axını, strukturlaşdırılmış cavablar, streaming və tool calling ilə işləyirsiniz. Bu yanaşma konkret model provayderindən asılı deyil.
5. API dizaynı və təhlükəsizlik
RESTful API qurur, autentifikasiya və icazə modellərini tətbiq edirsiniz. OWASP Top 10, prompt injection riskləri və secret-lərin idarə olunması ilə işləyirsiniz. Təhlükəsizliyi tətbiqin dizayn mərhələsindən nəzərə almağı öyrənirsiniz.
6. Web Technologies
HTML, CSS və JavaScript-dən başlayır, server-side rendering, MVC və şablon sistemlərinə keçirsiniz. Brauzerdə və serverdə gedən proseslərin bir-biri ilə necə əlaqələndiyini öyrənirsiniz.
7. RAG, agent və AI keyfiyyəti
Vector database ilə axtarış qurur, RAG pipeline hazırlayır və qərar verə bilən agent yazırsınız. Eval dataset və LLM-as-judge vasitəsilə həmin AI feature-in keyfiyyətini ölçürsünüz. Bu yolla həqiqətən işləyən AI həllini yalnız işləyirmiş kimi görünən həllərdən ayırd etməyi öyrənirsiniz.
8. DevOps və deployment
Tətbiqi container-ə yığır, CI/CD pipeline qurur və cloud-a deploy edirsiniz. Testing, resilience və observability vasitəsilə tətbiqin canlı mühitdə stabil işləməsini təmin etməyi öyrənirsiniz.
Bu proqram kimlər üçündür?
Universitet tələbəsi və ya yeni məzunsansa
1
Proqramlaşdırma ilə ilk dəfə tanış olursansa
2
İşsizsənsə və ya karyeranı dəyişmək istəyirsənsə
3
Artıq kod yaza bilirsənsə, amma tətbiqdə çətinlik çəkirsənsə
4
Süni intellekt ilə işləməyi öyrənmək istəyən yaradıcısansa
5
Freelance və ya startup yönümlü çalışırsansa
6
Junior developer səviyyəsindəsən, amma fərqlənmək istəyirsənsə
7
Sualın var?..
Gəl görüşək!
Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.
İnstruktorlarımız
Ülvi Məcidov
Müəlliminizi siz də tanıyın
Ülvi bakalavr təhsilini Azərbaycan Turizm və Menecment Universitetində tamamlamışdır. 2020-ci ildə Code Academy-də Proqramlaşdırma tədrisini bitirmişdir. İlk iş təcrübəsinə 2016-cı ildə Mega Group-da Marketing Researcher olaraq başlamış, daha sonra JW Marriott Absheron və Four Seasons otelinin Qida və İçkilər şöbəsində işləmişdir. Proqramlaşdırma ilə bağlı ilk təcrübəsinə isə KhanElectronics şirkətində Web Developer, Rusiya şirkəti olan Unisoft LLC-də isə freelance olaraq başlamışdır. Daha sonra Enginous adlı Ukrayna şirkətində remote olaraq Backend Developer vəzifəsində işləmişdir. Hazırda Backend Developer olaraq Belarus şirkəti Omertex və Rusiya şirkəti Laolab- da remote olaraq fəaliyyət göstərir. Ülvi həmçinin Akademiyamızda 2021-ci ildə Müəllim Yetişdirmə Proqramına qoşulmuş və uğurla məzun olmuşdur. 2022-ci ildən etibraən akademiyamızda müəllim kimi fəaliyyətini davam etdirir.
#sertifikatburada (Code Academy)
Süni intellekt dəstəkli Proqramlaşdırma tədrisini bitirdiyini təsdiq edəcək diplom və gələcək karyeranı qurmaqda sənə dəstək olacaq beynəlxalq sertifikat imtahanlarına giriş imkanı yaradırıq.
Tez-tez verilən suallar
Bu proqram üçün proqramlaşdırma biliyim olmalıdırmı?
Xeyr. Proqram sıfırdan öyrədilir və heç bir texniki baza tələb etmir. İştirakçı sadəcə öyrənməyə motivasiyalı olmalıdır.
Süni intellekt istifadə etməyi də öyrənəcəyikmi?
Bəli! Bütün proqram boyunca süni intellekt (ChatGPT, GitHub Copilot və s.) kod yazmaq, analiz etmək, sənədləşdirmək və təkmilləşdirmək üçün aktiv şəkildə istifadə olunur.
Bu diplom hansı sahədə iş tapmağımda kömək edəcək?
Diplom sizi süni intellekt ilə çalışan “Full-Stack Developer” kimi təqdim edir. Bu həm proqramlaşdırma bacarığınızı, həm də yeni dövrün texnologiyalarına uyğunlaşdığınızı göstərir.
Proqramı necə bitirirəm?
Tədris müddəti bitdikdən sonra 30 günlük buraxılış layihəsi mərhələsi başlayır. Layihəni hazırlayıb juri qarşısında təqdim edirsiniz. Tədris boyu toplanan ballar, üstəlik, layihə balı ilə yekun qiymət formalaşır.
Əyani və ya onlayn formada iştirak edə bilərəmmi?
Həm əyani, həm də onlayn iştirak mümkündür. Canlı dərslər və ya interaktiv onlayn formatlardan birini seçə bilərsiniz. Dərslərə əyani iştirak tövsiyə olunur, çünki komanda ilə birlikdə öyrənmək, dərhal mentor dəstəyi almaq və real layihə mühitində çalışma təcrübəsi daha güclü nəticə verir. Onlayn iştirak isə Bakıdan kənarda yaşayan və ya fiziki iştirak imkanları məhdud olan tələbələr üçün daha əlverişlidir.
Təqaüd və endirim fürsətləri varmı?
Bəli. “SkillCheck” testində yüksək nəticə göstərənlər 30%-ə qədər təqaüd qazana bilərlər. Qrup endirimləri və kampaniyalar da mövcuddur.
Mənim yazdığım kodlara süni intellekt müdaxilə edəcəkmi?
Xeyr. Süni intellekt sizə alternativlər təklif edir, təhlil edir və yönləndirir. Son qərar və yazılış sizə aiddir, bu da öyrənmə prosesinin əsas hissəsidir.