Code Academy’nin üstünlükləri
Buraxılış layihəsi
Dərs saatlarından əlavə təşkil edilən Lab günlərində instruktor və mentorla birlikdə keçirilən mövzuları praktika edəcəksən.
Praktiki tədris metodu
Buraxılış işi Code Academy-dəki təhsilin yekun layihəsidir və gələcək həyatında çox önəmli rol oynayacaq.
Mentor sistemi
Tapşırıq və layihələr instruktor tərəfindən yoxlanılır, qiymətləndirmə əsasında sənin bilik və bacarıqların müəyyənləşir.
Praktiki tədris metodu
Akademiyada öyrəndiyin bilik və bacarıqları mentor sistemi ilə daha da möhkəmlənəcək.
Mentor sistemi
Tədris proqramlarını uğurla başa vurduqda Code Academy diplomu və beynəlxalq sertifikat əldə etmək haqqı qazanacaqsan.
Təhsil lisenziyası
Elm və Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunmuş ilk və tək əlavə təhsil müəssisəsiyik.
Tədris proqramı
140 saatTədris zamanı data analitika alətlərinin ən son versiyasını öyrənəcək, bütün iş prosesini mənimsəyəcək və instruktorların geniş təcrübələrindən faydalanacaqsan.
Bu alətlərlə analiz edəcəksən
1. Excel4Business
Modul iştirakçıların məlumat təhlilinə xidmət edən müasir metodlar və təcrübələr ilə tanış etmək məqsədi daşıyır. Buna data toplanması, vizualizasiyası, təhlili və nəticələri məlumat-əsaslı qərarvermə prinsiplərinə əsasən real biznes məqsədləri üçün istifadə edilir. Proqram real biznes təcrübələri və müvafiq biznes problemlərin analitik həlli yolları əsasında hazırlanmışdır ki, bu da tələbələrin əldə etdikləri yeni bilik və bacarıqları öz fəaliyyətlərində tətbiq etmələrinə imkan verir.
2. Stat4Business
Bu modulda məlumat əsaslı qərarvermə bacarıqlarını formalaşdıracaqsan. Təhlil zamanı məlumat aqreqasiyası, vizualizasiyası və emal avtomatlaşdırılması kimi bir çox zəruri olan elmi-nəzəri biliklərə yiyələnəcəksən.
3. SQL4Business
İri data massivlərini emal edib əldə etmək imkanı, müasir məlumat idarəetmə texnologiyalarının klassifikasiyası, tətbiq qaydaları və formaları, biznes təhlili məqsədləri üçün onların səmərəli formalaşdırılması texnikalarına sahib olacaqsan.
4. R4Business
Öncəki modulların imkanlarından istifadə etməklə analitik fəaliyyəti peşəkar səviyyəyə çatdıracaq, R proqramlaşdırma dilini, məlumat təhlili üçün tətbiq edilən metodologiyanı, məlumat vizualizasiyasını, proqnozlaşdırma texnikaları və təhlil nəticələrinin interpretasiyası mövzularını öyrənəcəksən.
Sualın var?..
Gəl görüşək!
Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.
İnstruktorlarımız #MeetCodeEducator
#sertifikatburada (Code Academy)
Data Analitika tədris proqramını bitirdiyini təsdiq edəcək diplom və gələcək karyeranı qurmaqda sənə dəstək olacaq beynəlxalq sertifikat imtahanlarına giriş imkanı yaradırıq.
Bizdən tez-tez soruşurlar
- Ümumi
- Tədris proqramları
- Qəbul
- Qiymət və ödəniş
Code Academy nə ilə məşğuldur?
2015-ci ildə fəaliyyətə başlayan Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.
Harada yerləşir?
Code Academy şəhərin mərkəzində, gediş-gəliş üçün ictimai nəqliyyat imkanlarının əlverişli olduğu bir məkanda, Nizami küçəsi 203B, AF Business House-un 2-ci mərtəbəsində yerləşir.
Hansı tədris proqramları mövcuddur?
Code Academy 7 tədris proqramı mövcuddur. Full stack back-end, Full stack front-end, Qrafik Dizayn və Vizual Kommunikasiyalar, UX/UI Dizayn, Digital Memarlıq və 3D, 2D Motion Dizayn, Digital Marketing, Kiber Təhlükəsizlik.
Online tədrislər olur?
Bəli, Code Academy daxilində Digital Marketing, Full stack back-end, Full stack front-end və Digital Memarlıq və 3D tədris proqramları üzrə online tədris keçirilir. Tələbələr başlayacaq qruplara online formada sinifdaxili tələbələr ilə birlikdə dərsdə canlı şəkildə iştirak edirlər. Online qoşulan tələbələr tədris proqramının tərkib hissəsi olan ev tapşırıqları, quiz və test, kiçik və buraxılış layihələrini təhvil verib Code Academy-dən məzun ola bilərlər.
Dərs zamanı öz kompüterim olmalıdır?
Tədris zamanı mövzuların praktiki tətbiqinin dərhal həyata keçirilməsi üçün hər bir tələbə sinifdaxili kompüterlərlə təmin olunur.
Rus dilində dərslər var?
Akademiyada dərslər Azərbaycan dilində keçirilir
Qəbul üçün hansı sənədlər lazımdır?
Tədris proqramlarına qeydiyyat üçün yalnız şəxsiyyət vəsiqəsi tələb olunur.
Qeydiyyat neçə yaşdan aparılır?
Akademiyamızda qeydiyyat 15 yaşdan etibarən aparılır və tədris proqramlarından asılı olaraq dəyişir.
Qeydiyyat üçün nə zaman yaxınlaşa bilərəm?
Proqram məsləhətçiləri ilə danışdıqdan sonra, sizin üçün uyğun olan qrupa qeydiyyat aparılır. Dərslərin başlama tarixi isə akademiya tərəfindən müəyyən edilir.
Ali təhsilə ehtiyac var?
Code Academy-də təhsil almaq üçün ali təhsil vacib deyil. Tədris proqramına qatılan tələbələrin gələcəkdə mütəxəssis olmaq üçün istəkli olmaları kifayətdir.
İngilis dili vacibdir?
Full stack back-end, Full stack front-end, Digital Marketinq və Kiber Təhlükəsizlik tədris proqramları üçün ingilis dili biliyi vacibdir. Akademiya daxilində yalnız qeydiyyatdan keçən tələbələrimiz üçün yaradılan ingilis dili tədrisi ilə baza bilik çatışmazlığı təhsilin ilk aylarında aradan qaldırılır.
Tədris ödənişlidir?
Code Academy ödənişli xidmət göstərən bir tədris mərkəzidir. Tədris proqramının qiyməti tələbənin seçəcəyi ödəmə üsuluna, ödəmə şəklinə, seans seçiminə əsasən müəyyənləşdiyi üçün bu məlumatı proqram məsləhətçilərimiz görüş zamanı təqdim edir. Proqram məsləhətçilərimiz həftənin 6 günü xidmət göstərir
Niyə qiymət görüş zamanı deyilir?
Qiymət cədvəli ilə tanış olmaq üçün akademiyaya yaxınlaşaraq proqram məsləhətçiləri ilə görüşmək mümkündür. Görüş zamanı akademiyada dərslərin keçirilmə şəraiti, instruktorlar, təhsil modeli, kurrikulum, akademiyanın maddi texniki bazası və ümumi atmosferi ilə tanış ola biləcəksən. Yalnız bundan sonra namizəd bizimlə davam etmək istəyərsə qiyməti elan edirik və ona uyğun müvafiq ödəniş planını seçərək qeydiyyatdan keçir.
Zəmanət verilir?
Code Academy-nin Zəmanətli Təhsil Modeli ilə hər bir tələbəyə təhsilini təkrarlama imkanı verilir. 90% dərslərdə iştirak etməsinə baxmayaraq, tədrisi yetərincə mənimsəmədiyini düşünən məzunların təkrar təhsil alma hüququ var. İlk dəfə Code Academy-də tətbiq olunan bu sistem özünə tam inanan və sektorun tələblərinə hazır peşəkarlar yetişdirir.
Hansı ödəniş formaları mövcuddur?
Ödənişi hissəli və ya birbaşa şəkildə etmək mümkündür. Hissəli ödəniş 6-10 aylıq ödəmə şəklindədir. Qiymət seçdiyiniz ödəniş formasına görə müəyyənləşir. Həmçinin, BirBank kartın varsa tədris proqramlarını aylara bölərək də ödənişi həyata keçirə bilərsən.
Gələk əsas məsələyə…
Tədris proqramını tamamladıqdan sonra iş həyatına başlamağa tam hazır olursan. Sahə üzrə əməkhaqqı səviyyəsi belədir:
Junior Data Analyst
Təcrübə: 2 ilə qədər
15.600 AZN +
Middle Data Analyst
Təcrübə: 3 ilə qədər
47.880 AZN +
Senior Data Analyst
Təcrübə: 5 ildən çox